• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Qadınlar haqqında suallara cavablar

İSLAMDA ÇOXEVLİLİYİN HİKMƏTİ NƏDİR? 

02 Bazar ertəsi May 2016

Posted by science1985 in Qadınlar haqqında suallara cavablar

≈ Bir şərh yazın

Son dövrlərdə İslamın qadına münasibəti haqqında bir çox araşdırmalar aparılmışdır. Bu araşdırmalarda daha çox, İslamda qadın, onun hüquqları, şahidliyi, mirasdakı payı, kişi ilə bərabərhüquqlu olub-olmaması, evlilikdəki mövqeyi, iş həyatı, boşanma haqqı və s. mövzularla yanaşı İslam dininin kişilərin birdən çox qadınla evlənməsinə icazə verməsi mövzusu da öz əksini tapmışdır. Çoxevliliyə qarşı çıxılmasına başlıca səbəb kimi, bunun qadın-kişi bərabərliyini ortadan qaldırdığı, qadının hüquqlarına mane olduğu, elecə də müasir həyat tərzinə uyğun gəlmədiyi fikirləri göstərilmişdir.

Müsəlman olmayanlar İslamı ləkələmək üçün çoxevlilik mövzusundan istifadə etməyi düşünmüş, bəzi müsəlmanlar da ya iman zəifliyindən, ya da məsələnin hikmət və səbəblərini qavraya bilmədiklərindən, Avropanın təsiri ilə çoxevlilik haqqındakı tənqidlərə qoşulmuşlar. Müsəlman və qeyri-müsəlman bəzi yazarlar da bu mövzudakı tənqidlərə cavab vermişlər. Ancaq bunların bəzilərində feminizmə meyl, bəzilərində isə Qərb mədəniyyətinin təsiri müşahidə olunur.

Ümumiyyətlə çoxevlilik daha çox Avropalılar tərəfindən tənqidə məruz qalmışdır. Amma bəzi qərbli mütəfəkkirlər ictimai əxlaq və iqtisadi baxımdan çoxevliliyi münasib görmüşlər. Onlar Avropadakı bir çox kişilərin bir qadınla kifayətlənmədiyinə görə əxlaqsızlıqların baş alıb getməsinə və nikahdankənar uşaqların dünyaya gəlməsinə qarşı çoxevliliyin çarə olduğunu söyləmişlər. Biz isə bu yazımızda məsələnin İslam hüququndakı yeri, hökmləri və şərtləri haqqında məlumat verməyə çalışacağıq.

TARİXDƏ ÇOXEVLİLİK:

Çoxevlilik bəzilərinin düşündüyü kimi İslam dini ilə başlamamışdır. İslamiyyətdən əvvəl Babilistan, Misir, Yunanıstan, İran, Çin və Hindistan kimi bir çox cəmiyyətlərdə mövcud olan çoxevlilik, İslamiyyətdən sonra da digər mədəniyyətlərdə davam etmişdir. Çoxevliyiyi İslam dini qanuniləşdirməmişdir. Brahmanizm və Zərdüştlük kimi şərq dinlərində də çoxevlilik var idi. Yəhudilik və xristianlıqda da çoxevliliyi qadağan edən hər hansı bir hökm yoxdur. Kitabı-müqəddəsdə Hz. İbrahim, Hz. Yaqub, Hz. Davud, Hz. Süleyman və bəzi peyğəmbərlərin birdən çox qadınla evli olduğundan bəhs edilir. Digər tərəfdən Hammurapi[1] qanunlarında da bir neçə qadınla evlilikdən bəhs olunur. Qədim Roma hüququnda da istifraş (evli olmadan bir qadınla birlikdə yaşamaq) adətinə rast gəlmək mümkündür. Bütün bunlar göstərir ki, çoxevliliyə dini məsələ olmaqdan çox ictimai məsələ olaraq ta qədim dövrlərdən bəri bir çox cəmiyyət və mədəniyyətlərdə rast gələ bilərik.[2]

Cahiliyyə dövründə də çoxevlilik mövcud idi. Çoxevlilik ərəblər arasında geniş yayılaraq adət halına gəlmişdi və bunu qadağan edən hər hansı qayda-qanun yox idi. Hətta o dövrdə kişilər həyat yoldaşları üzərində hər cür haqqa sahib olduğuna görə, qadınlar ərlərinin vəfatından sonra onun varislərinə miras qalırdı. Həmin dövrdə çox qadınla evlənmək sosial-iqtisadi mövqe ilə əlaqəli olduğuna görə güc və sərvət əlaməti sayılırdı.

Rəsulullahın (s.ə.s) müsəlman olan bəzi səhabələrə dörddən çox olan yoldaşlarını boşamalarını söyləməsi bu adətin cahiliyyə dövründə də olduğunu göstərir. Məsələn, Qeys ibn Harisin nikahında səkkiz qadın vardı. Müsəlman olandan sonra bunu Allah Rəsuluna (s.ə.s) demiş, O (s.ə.s) da, yoldaşlarından dörd nəfəri seçib qalanlarını boşamağı əmr etmişdir.[3]

Qaylan əs-Səqafi də cahiliyyə dövründə evləndiyi on xanımı ilə birlikdə İslamı qəbul etmiş, ancaq Rəsulullah (s.ə.s) ona xanımlarından dörd nəfəri seçib geri qalanları boşamağı əmr etmişdir.[4]Bunlardan əlavə müsəlman olarkən Novfəl ibn Müaviyə əl-Kinaninin beş, Urvə ibn Məsud əs-Səqafinin on, Safvan ibn Ümeyyə əl-Cumahinin səkkiz xanımı olduğu və Rəsulullahın (s.ə.s) bu səhabələrə xanımlarından dördünü seçməyi əmr etdiyi də rəvayət edilmişdir.[5]

İSLAMDA ÇOXEVLİLİK:

Çoxevliliyi İslam dini gətirməmişdir. Yəni İslam tək evliliyi çoxevliliklə (dörd) əvəz etməmiş, əksinə əvvəldən olan bu prosesi daha da sistemləşdirərək dörd nəfərlə məhdudlaşdırmış, bəzi hökm və şərtlərlə tənzimləmişdir.

 Çoxevlilik özünəməxsus bəzi çətinlikləri ehtiva edə bilər. Ancaq bütün zaman və şərtləri nəzərə aldıqda çoxevliliyin faydaları nisbətən daha çox olduğuna görə buna icazə verilmişdir. Əslində eyni vəziyyət tək qadınla evlənən insana da aiddir. Ola bilər ki, evlənməmək evliliyə nəzərən daha üstün görünsün. Ancaq insanların ümumi vəziyyəti nəzərə alınanda evliliyin labüdlüyü heç kim tərəfindən inkar edilə bilməz. Bu baxımdan xüsusilə yaşadığımız mühiti düşünərək çoxevliliyi mütləq şər kimi görmək doğru deyil. İslam ümumbəşəri din olduğu üçün gətirdiyi hökmlərdə bütün dövrlərin və insanlığın ehtiyacını əsas götürür.

Məsələyə bu nəzərdən baxanda müəyyən şərtlərlə icazə verilən çoxevliliyin bəzi hikmətlərini belə sıralaya bilərik:
1. Zina və əxlaqsızlığın qarşısını almaq. 
2. Əhalinin artımını təmin etmək.
3. Bəzi şərtlərdə himayəsiz qalan qadınlara sahib çıxmaq.
4. Qadınların çox olduğu dövrlərdə onların ismət və namuslarını qorumaq.[6]
Bu hikmətlərini nəzərə alaraq çoxevliliyə icazə verilməsinin əsas məqsədinin səddi-zəraiyə[7]əsaslandığını görərik.
Bəzi Qərb ölkələrində nikahdankənar evlilikdən dünyaya gələn uşaqların sayı normal evlilikdən dünyaya gələn uşaqların sayından daha çoxdur. Bunu nəzərə alsaq, Qərbin çoxevliliyə qarşı çıxmasına baxmayaraq bir çox qadınla birlikdə olan insanların yaşadığı cəmiyyətlərdəki zina və əxlaqsızlığın hansı səviyyəyə çatdığını görərik. Müharibələrdən sonra bəzi ölkələrdə dul qalan yüz minlərlə qadının məruz qaldığı çətinlikləri düşünəndə çoxevliliyin hikmətlərini anlamaqda çətinlik çəkmərik. Çünki İslam nəsəbə çox əhəmiyyət verdiyi kimi, “zinaya yaxınlaşmayın”[8] əmri ilə də nəsəbi pozacaq bütün yolları qapamışdır.
 İslamın hökmlərini ümumi olaraq dəyərləndirməliyik. Dini hökmlərin tətbiqində ortaya çıxan problemlərin səbəbi həmin hökmlərin mahiyyətindən deyil, mühitin – İslama uyğun həyat tərzinin olmamasından qaynaqlanır.
ÇOXEVLİLİYİN HÖKMÜ:

“İslam hər kişiyə dörd qadınla evlənməyi əmr edir” kimi yanlış anlayış çoxevliliyə qarşı çıxılmasının əsas səbəblərindən biri olaraq göstərilir. Halbuki, birdən çox qadınla evlənmək dini məcburiyyət – fərz və ya vacib əməl deyil. Sadəcə olaraq ehtiyac olduğu təqdirdə buna icazə verilmiş və qadağan edilməmişdir.[9] Buna görə istənilən kişi öz imkan və şəraitini nəzərdən keçirərək ikinci dəfə evlənmək haqqında özü qərar verə bilər. Qadın da evli bir kişi ilə evlənib-evlənməmək məsələsində seçim haqqına sahibdir. Əgər ikinci evliliyin gerçəkləşməsi birinci evliliyi təhlükə altına salacaqsa bu təqdirdə ikinci dəfə evlənmək doğru deyildir.
KİMLƏR EVLƏNƏ BİLƏR?

Onu da qeyd edək ki, istər tək evlilikdə, istərsə də çoxevlilikdə tərəflərin imkanlarına görə evliliyin hökmü dəyişir. İslam fiqhçiləri şəxsin xüsusi imkanlarını nəzərə alaraq nikahın hökmünün dəyişə biləcəyini söyləmişlər. Zina eləmə və haram əməl işləmə təhlükəsi ilə üzləşən bir adam mehr ödəməyə[10] gücü çatırsa və ailənin zəruri ehtiyaclarını təmin etməyə imkanı varsa, hətta bəzilərinə görə oruc da tuta bilmirsə, onun evlənməsi fərzdir.
Mehr ödəməyə, ailənin dolanışığını təmin etməyə gücü çatan və haram işləməkdən uzaq olsa da, sırf ehtiyatən ailə qurmaq istəyən bir şəxsə evlənmək vacibdir.
Bəzi alimlərə görə, bir insanın ailə quracağı təqdirdə harama girməsi, zülm və əziyyət verməsi mütləq deyil, ehtimal daxilindədirsə, onun evlənməsi məkruhdur.
Mehr və nəfəqəyə sahib olmayan şəxsin zinaya düşmə təhlükəsi olsa da evlənməsi məkruh sayılmışdır. Səbəb olaraq da mehir və nəfəqənin qul haqqı olduğu, zinadan çəkinməyin isə Allahın haqqı olduğu, bu iki haqq qarşılaşısında qul haqqının seçiləcəyi göstərilmişdir. Ancaq belə vəziyyətdə olan şəxsin başqalarından borc almaq imkanı varsa evlənməsi məndub və ya vəziyyətə görə vacib olar. Çünki ayədə bildirilir ki, iffətli və namuslu qalmaq niyyəti ilə evlənmək istəyən şəxs kasıblıqdan qorxmamalıdır.[11]
Hər hansı bir təhlükə, fiziki problem yoxdursa, evlənməyə də arzu və istək vardırsa, belə bir şəxsin ailə qurması sünnədir.[12] Çünki Rəsulullah (s.ə.s), “Ey gənclər! Sizdən evliliyin məsuliyyətini yerinə yetirməyə gücü çatan evlənsin”[13]– buyurmuşdur.
Bütün bunlardan anlayırıq ki, İslama görə insan necə gəldi evlənə bilməyəcəyi kimi, ikinci və üçüncü dəfə necə gəldi evlənə bilməz. Evliliyin hökmü şəxsin vəziyyətinə görə necə dəyişirdisə, birdən artıq qadınla evlənərkən də həmin hökm dəyişəcək. Bu hökm yerinə görə məcburiyyət ifadə edə bildiyi kimi, məkruh və ya haram da ola bilər. Bu səbəbdən ikinci qadınla evlənəcək kişinin maddi imkanları qadınların mehrlərini verəcək, nəfəqələrini[14] təmin edəcək miqdarda olmalı, ayədəki ədalət şərtinə tam mənada əməl olunmalıdır.
QURANDA ÇOXEVLİLİK:

Qurani Kərimdə evliliyin hikmət və faydalarından, qadın və kişinin bir-birinə qarşı haqqlarından bəhs edən, həmçinin tərəflərin bir-birinə qarşı xoşrəftar olmasını tövsiyə edən bir çox ayələr mövcuddur. Ancaq biz burada yalnız mövzumuzla əlaqli bəzi xüsuslara toxunacağıq.
Uca Allah Nisa surəsində “Onlarla yaxşı rəftar edin” [15] buyuraraq ailə səadətinə və xoşrəftar olmağa diqqət çəkir.
Başqa bir ayədə isə “Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da onun dəlillərindəndir.”[16] buyuraraq ailə içində olması lazım olan ən əhəmiyyətli iki şeyə – “rəhmət” və “bağrıbadaşlığa”[17]candan dostluğa işarə edir.
Əraf surəsində, “Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan odur…[18] – buyrularaq evlilikdə tərəflər arasındakı səmimiyyət, xoşbəxtlik və sükunətə diqqət çəkilir.
Buradan anlayırıq ki, evlənməkdən məqsəd tərəflərin xoşbəxt olacağı, qarşılıqlı hörmət, sevgi və məhəbbətin olduğu ailə yuvası qurmaqdır.
Eyni zamanda Uca Allah “Onlar da sizdən möhkəmcə təminat almışdılar”.[19] ayəsi ilə, evliliyin kişinin xanımına verdiyi əhəmiyyətli təminat olduğunu bildirmişdir. Almalılı Həmdi Yazırın açıqlamasına görə ayədəki “təminat” Allahın əmri və Peyğəmbərin (s.ə.s) sünnəsinə uyğun kəsilən nikah, kişinin evlilik müddətində xanımına qarşı xoşrəftar və şirindilli olmasıdır.[20]
Ayələrə nəzər saldıqda görürük ki, yalnız tək evlilikdə yox, bundan sonrakı evliliklərdə də bu xüsuslara diqqət edilməlidir. Ər-arvad arasında gözəl davranış, sevgi, şəfqət, hörmət və qayğının olması Qurana əsaslanır. Buna görə də ikinci dəfə evlənmək fikrinə düşən kişi bunları nəzərə almaq məcburiyyətindədir. Əks təqdirdə ikinci evliliklə şəxsin birinci evliliyi təhlükəyə girəcəksə, Quranın qoyduğu qaydalara riayət olunmayacaqsa, ətrafındakı insanların sui-zənnə düşməsinə səbəb olacaqsa həmin şəxsin dinin verdiyi ikinci evlilik səlahiyyətindən istifadə etməsi caiz deyil. Bu səbəbdən məsələni bəzilərinin zənn etdiyi kimi yalnız şəhvət hissləri ilə əlaqələndirmək doğru deyil.
QADINLARLA MÜNASİBƏTDƏ ƏDALƏT:

Qurani-Kərimdə çoxevliliyə icazə verilən ayə belədir: “Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətli olmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə[21] (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır..”[22]Ayə iki, üç və ya dörd qadınla evlənməyi ədalət şərtinə bağlamışdır. Qadınlar arasında ayədəki ədaləti təmin etməkdən qorxan kişi tək qadınla kifayətlənməlidir ki, bu vacibdir.[23]
Rəsulullah (s.ə.s) “Bir şəxsin iki xanımı olar, birinə daha çox meyl edərsə, o kimsə qiyamət günü bir tərəfi əyri olaraq gələr” buyuraraq məsələnin əhəmiyyətinə diqqət çəkmişdir. [24]
Ayənin sonunda, “bu haqsızlıq etməməyə daha yaxındır” buyurulmuşdur. Bu da onu göstərir ki, kişi çoxevliliklə ağır məsuliyyətin altına girir. Yəni qadınlar arasında haqqa riayət edə bilməyib ədalətsizlikdən qorxanlar bir qadınla evli qalmalıdır.
Fiqh kitablarının nikah fəsillərinin “qasm” və “nəfəqə” hissələrində ər-arvad arasında riayət edilməsi fərz olan ədalətin necə təmin ediləcəyi təfərrüatı ilə izah edilmişdir. Xülasə, birdən çox qadını nikahı altında tutan kişi, onlar arasında cavan-yaşlı, bakirə-dul, xəstə-sağlam deyə ayrıseçkilik eləmədən onların yanında bərabər müddətdə qalmalıdır. Bura hər şey, gəzmək-əylənmək, yemək-içmək, geyim-kecim və s. daxildir. Əgər kişi həyat yoldaşları arasında ədaləti təmin etməz və qadınlardan biri onu məhkəməyə şikayət edərsə, məhkəmə ona uyğun cəza tətbiq etməli və ondan ədalətli olmağı tələb etməlidir[25]. 
Bunlar hüquqi yöndən kişinin riayət etməli olduğu qaydalardır. Bunlardan əlavə kişi qadınlarına qarşı hisslərindən məsuliyyət daşımır. Çünki, bu onun əlində olmayan bir şeydir. Necə ki, Allah Nisa surəsində “Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz. (Birinə) tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər (özünüzü) doğruldub (Allahdan) qorxsanız, Allah Bağışlayandır, Rəhmlidir.[26]Buyuraraq duyğularda tarazlığı qorumağın çətinliyini bildirmişdir.
Hz. Aişədən (r. anha) nəql edildiyinə görə Rəsulullah (s.ə.s) xanımlarına qarşı ədalətli davranar və sonra da belə dua edərdi “Allahım! Bu mənim gücümün çatdığı ədalətdir, gücümün çatmadığından məni məsul tutma.”[27]
İSLAMDAKI ÇOXEVLİLİYİN HİKMƏTLƏRİ:

Mövzuya keçmədən əvvəl bir xüsusu nəzərə çatdırmaqda fayda vardır. Bəzilərinin zənn etdiyi kimi, İslam tarixində bütün kişilər çoxevlilik etməmişdir. Osmanlı dövlətində belə, birdən çox qadınla evli olan kişilərin sayı, ən çox on faizi təşkil edirdi ki, bu da on kişidən doqquzunun tək qadınla evli olduğunu göstərir.[28] Hazırki İslam ölkələrində isə bu nisbət daha da aşağıdır. Bu da onu göstərir ki, İslamın yayıldığı ərazilərdə çoxevlilik qadınların haqqlarını əlindən almamışdır. Tam əksinə İslamda səbəblərin və ehtiyacın olduğu zamanlarda çıxış yolu olaraq çoxevliliyə icazə verilmişdir.
Dövrümüzə nəzər salaraq belə bir qənaətə gələ bilərik: İslam ölkələrində birdən çox qadınla evlənən kişilərin sayı Avropada qadınlarla qeyri-rəsmi evli olanların nisbətindən daha azdır. Dinin çoxevliliyə icazə verməsi nəticəsində, İslam dünyasında nikahdankənar dünyaya gələn uşaqlara çox rast gəlinmir. Eləcədə qadınlar himayəsiz və kimsəsiz qalaraq başqalarına möhtac olmamış, əxlaqsızlığa sürüklənməmişdir.
Tarixə nəzər salanda görərik ki, müharibələr nəticəsində dul qalan qadınların sayı kişilərə nisbətən çox olmuşdur. Məsələn, İkinci dünya müharibəsindən sonra Almaniyada qadınların sayı kişilərdən 7.300.000 nəfər çox olmuş, bunların 3 milyonu da dul qalmışdı. Müharibədən sonra buna çıxış yolu olmadığına görə bir çox Alman qadını məcburən kiçik mənfəətlər qarşılığında müttəfiq güclərin əxlaqsız əməllərinə alət olmuşdur.
1948-ci ildə Münhendə təşkil edilən Beynəlxalq Gənclik Konfransında cinslər arasındakı qeyri-bərabərliyin həlli yollarını axtararkən iştirakçılardan bəzilərinin məhz çoxevliliyi dilə gətirməsi diqqət çəkicidir.[29]
 Bu bir həqiqətdir ki, dünyanın müxtəlif yerlərində qadın və kişilər arasında sayca tarazlıq pozulmuşdur. Məsələn, Amerikada qadınların sayı kişilərdən 8 milyon çoxdur. Orta Asiyada, Afrikada, Bosniya və digər üçüncü dünya ölkələrində də qadınların sayı kişilərin sayından çoxdur. Belə vəziyyətlərdə çoxevlilik qəbul edilmədiyi təqdirdə nikahdankənar “evliliklər” və cəmiyyətin gələcəyini təhlükəyə atan əxlaqsızlıqlar baş verəcəkdir.
Qadınlar kişilərə nəzərən daha uzunömürlüdürlər. Kişilərdən daha əvvəl yetkin olduqlarına görə, qadınların övlad sahibi olmaq arzusu da kişilərə nisbətən daha güclüdür. Qadınlar fiziki olaraq kişilərdən daha zərifdirlər. Məhz bu və bənzəri səbəbləri nəzərə alsaq onların qayğıya və şəfqətə daha çox ehtiyacı olduğunu, onlara sahib çıxmağın vacibliyini daha yaxşı anlayarıq.   
Quran, “Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır…”[30] buyuraraq qadınların analıq xüsusiyyətinə diqqət çəkir. Rəsulullah (s.ə.s) da “Ey insanlar! Vədud (ərini çox sevən) və vəlud (çox uşaq dünyaya gətirən, doğan) qadınla evlənin. Çünki mən (qiyamət günü) digər ümmətlərə qarşı sizin çoxluğunuzla öyünəcəyəm”[31]buyuraraq ümmətin çoxluğunun əhəmiyyətinə diqqət çəkmişdir. Buna görə evlənməyin əsas məqsədinin nəslin artması olduğunu düşündükdə, çox evliliyin daha bir hikmətini anlamış oluruq.
Son olaraq bir xüsusa da toxunaq. Hal-hazırki Avropa mədəniyyətinin çoxevliliyi qəbul etməməsi o demək deyil ki, bütün dünya qadınları bu fikirdədir. Xeyr, əksinə bir çox Afrikalı qadınlar özünü tək hiss etdiyi zaman ərini təkrar evlənməyə məcbur edir. Nigeriyanın bir şəhərində aparılan sorğuda iştirak edən qadınların yüzdə altmışı ərlərinin başqa bir qadınla evlənməyini məmnuniyyətlə qəbul etmişdir. Başqa bir araşdırmaya görə Keniyada yüz qadından yetmiş altısı çox evliliyə müsbət baxmışdır. Amerikada çox evliliyi qəbul edən Mormon[32]qadınları da, xanımlardan birinin digərinə kömək etdiyi üçün bu işi həm karyera, həm də uşağa baxmaq yönündən daha ideal saymışlar.[33]                             
ÇOXEVLİLİKDƏ QADININ ROLU:

Bəziləri çoxevlilik zamanı qadın-kişi bərabərliyinin pozulduğunu, kişilərə verildiyi kimi də qadınlara da belə bir haqqın verilməsinin vacibliyini söyləmişlər. Ancaq tarix göstərir ki, qadınların birdən artıq kişi ilə evlənməyinə bir neçə qəbilə və cəmiyyət xaricində rast gəlinməyib. Hal-hazırda aparılan araşdırmalar nəticəsində məlum olub ki, qadınlar bu fikri bəyənmir və bunu istəmirlər.[34] Çünki qadının psixoloji vəziyyəti və fiziki quruluşu buna uyğun deyil. İslam dini də bunu nəzərə alaraq ortaya çıxacaq böyük fəsadların qarşısını almaq üçün belə bir işin mümkün olmadığını bildirir. Həm də belə bir icazə nəsəbin qarışmasına, evlilik maneələrinin ortadan qalxmasına səbəb olardı. Sadalananlar isə İslamın əhəmiyyət verdiyi şeylərdir. İnsan fitrəti ilə tərs mütənasib olan belə bir hərəkətə İslamın icazə verməsi qeyri-mümkündür.
Digər tərəfdən kişinin birinci evləndiyi xanımının haqq və hüququnu tapdayacağı və aralarında qısqanclığa səbəb olacağı düşünülərək ikinci və ya üçüncü dəfə evlənməsinə qarşı çıxmışlar. Xatırladaq ki, İslam, hökmləri duyğu və hissləri göz ardı etmədən ağıl və məntiq üzərində qurmuşdur. Cəmiyyətin təməlini meydana gətirən ailə məsələsində də eynilə belədir. Bəziləri çoxevliliyi qəbul etməsə də, məsələyə insan nəslinin artması, qadın-kişi xarakterlərinin müxtəlifliyi yönündən baxdıqda bu etirazların əsassız olduğunu görə bilərik. Hər qadın evlənmə haqqına sahibdir. Evli olan kişi ilə evlənmək qərarını vermək də qadının özünə aiddir.
Evlənmək istəyən qadın yoldaşının ikinci qadınla evlənməyini istəmirsə əvvəlcədən ərindən təfvizi talaq adlanan boşama haqqını almalı və beləliklə kişinin ikinci evliliyinə mane ola bilər. Bu bir təmlik (haqq əldə etmə) olduğuna görə ərin bundan boyun qaçırması mümkün deyil. Bu vəziyyətdə qadının haqqının pozulmasından söhbət gedə bilməz.
NƏTİCƏ:

İslam dini gətirdiyi hökmlərlə tarixdə bir çox cahil cəmiyyət və mədəniyyətlərdə mövcud olan çoxevliliyi tənzimləmiş, onu müəyyən sayla məhdudlaşdırmış və qadınlar arasında haqq-ədalətin qorunmasını əmr etmişdir.
İslamın bu hökmünü bir əmr olaraq yox, şəxslərə və cəmiyyətlərə görə dəyişə bilən bir məsələ kimi düşünməliyik. Yaşadıqları mühitin təsirində qalaraq çoxevliliyin yalnış olduğunu tənqid edənlər haqsızdırlar. Çünki məsələni doğru anlamaq üçün, bütün dövrləri və bu dövrdə yaşamış insanların vəziyyəti, qadın-kişi xarakterindəki fərqlər nəzərə alınmalı ailə həyatının məqsədi unudulmamalıdır. Bu səbəbdən dinin bu hökmündən istifadə etmək istəyənlər buna ehtiyac olub-olmadığını, ilk evliliklərinin aqibətini yaxşı düşünməli, cəmiyyətin münasibətini nəzərə almalı, xüsusilə tək evliliyin çox olduğu ərazilərdə daha çox diqqətli olmalı və oranın adət-ənənəsinə sadiq qalmalıdırlar.
Nəticə olaraq onu deyə biərik ki, həqiqi möminin çoxevliliyi İslamın imicini zədələyəcək və insanların dini yanlış anlamasına, bəzilərinin də dindən uzaqlaşmasına səbəb olacaqsa onun birdən artıq qadınla evlənmə qapısını açmağa haqqı yoxdur.
YAZININ MƏNBƏLƏRİ:

[1] Hammurapi (e. ə. 1792-1750) — Babil hökmdarı. Mərkəzi hakimiyyəti möhkəmləndirmiş, qanunlar vermişdi. Bu qanunlarda xüsusi mülkiyyətin, insanların hüquqlarının möhkəmləndirilməsi və təbiətin qorunması məsələlərinə xüsusi diqqət yetirilmişdi.
[2]Ömer Nasuhi Bilmen, “Taaddüd-ü Zevcât”, Sebilürreşad Dergisi, c. 23, s. 590; Kevser Kamil Ali, “Çok Evlilik”, Diyanet Vakfı İslam Ansiklopedisi, c. 8, s. 365, 366.
[3] Əbu Davud, Talaq 35
[4] Tirmizi, Nikah 33
[5] Adnan Demircan, “Cahiliye ve Hz. Peygamber Döneminde Çok Kadınla Evlilik”, İstem Dergisi, sayı:2.
[6] Ömer Nasuhi Bilmen, Istılahat-ı Fıkhiyye Kamusu, c. 2, s. 114.
[7] Günahlara gedən yolları bağlayaraq cəmiyyətin rifahını təmin etmək.
[8] İsra Surəsi, 17/32
[9] Muhammed Ali es-Sabuni, Tefsiru âyâti’l-ahkâm, c. 1, s. 397-398.
[10] Mehr ödəmək –Nikahda kişinin qadına verdiyi və qadının haqqı olan qızıl, gümüş və ya hər hansı bir dəyərli şey.
[11] İbn Abidin, Haşiyətü reddil muxtar: III, s. 6.
[12] İbn Abidin, Haşiyətü raddil muxtar: III, s. 7.
[13] Buxari, Savm 10.
[14] Ailənin güzəranı – yemək, yaşamaq və geyim ehtiyacları bura daxildir.
[15] Nisa Surəsi 4/19.
[16] Rum Surəsi 30/21.
[17] Ürək dostu, çox yaxın, can bir qəlbdə.
[18] Əraf 7/189.
[19] Nisa 4/21.
[20] Almalılı Həmdi Yazır: Haqq Dini Quran Dili, s. 1321.
[21] Keçmiş dövrlərdə müharibələr zamanı ələ keçirilən qadına deyilir. Cenevrə konvensiyası ilə hökmü qaldırılmışdır.  
[22] Nisa 4/3. Cahiliyyə dövründə müharibədə yetim qalan uşaqları malına yiyələnmək məqsədilə qohumları himayə edirdilər. Yetim qızlar da evlilik yaşına çatanda malına sahib olmaq üçün onunla özləri evlənirdilər. Haqq-hüquqununu müdafiə edən heç kimsəsi olmayan yetim qız isə məcburən həmin evlilik təklifini qəbul etməli olurdu. Ayədə yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn qadınlarla evlənin, bunu edərkən də haqsızlıq etməyin, yetimin haqqını verin deyilir. Əsasən Quran tək evliliyi tövsiyə edir. İki, üç, dörd qadınla evlilik məsələsinə dolayı yolla toxunur.
[23] Sabûnî, Tefsiru âyâti’l-ahkâm, I, 400.
[24] Nəsai, İşratun-nisa 3; İbn Macə, Nikah 47. 
[25] Serahsi, Mebsut, c. 5, s. 217-219
[26] Nisa Surəsi 4/129
[27] Əbu Davud, Nikah 37; Hakim, Müstədrək, II, 204.
[28] Ahmet Akgündüz, Bilinmeyen Osmanlı, s. 417, 418.
[29] Şerif Muhammed, “İslam ve Diğer Geleneklerde Kadın”, Yeni Ümit Dergisi, Sayı: 55.
[30] Bəqərə Surəsi 2/223.
[31] Əbu Davud, Nikah 4; Nəsai, Nikah 11.
[32] 1800-cü illərdə qurulan bir Xristian camaatıdır.
[33] Şərif Məhəmməd, “İslam və Digər Ənənələrdə Qadın”, Yeni Ümid Jurnalı, 55.
[34] Semra Ulaş, “İslam’da Çok Kadınla Evlilik”, İslâmî Araştırmalar Dergisi, cilt: 6, sayı: 1

Miras bölgüsündə kişi və qadın arasında fərq

15 Cümə Yan 2016

Posted by science1985 in Qadınlar haqqında suallara cavablar

≈ Bir şərh yazın

IMG_4766.JPG

Sual: İslama görə qadınlara mirasdan 1 pay, kişilərə isə 2 pay düşür. Bu ədalətsizlik deyilmi?

CAVAB: Bu iddia sahibləri ya bu hökmün səbəbini İslami kitablarda görmədən bunu söyləyirlər ya da qərəzli olaraq həqiqəti demək istəmirlər.

Əvvəla qeyd etmək lazımdır ki, bərabərlik hər zaman ədalətin mövcud olması demək deyildir. Bərabərlik və ədalət fərqli məfhumlardır. Ədalət anlayışı mövcud vəziyyət və şərtlərə görə müxtəlif formada izah oluna bilər. Məsələn, ailə və ya cəmiyyətdə bir-birindən fərqli vəzifə və mükəlləfiyyətlər daşıyan iki insanın yüzə-yüz bərabər imkan və vasitələrə malik olması əslində ədalət sayıla bilməz. Bu hal həm cəmiyyətə, həm də ailə fərdlərinə də aiddir.

IMG_0722[1]

İslam şəriətinə görə evin dolanışıq vəzifəsi və qadının, uşaqların ehtiyaclarının qarşılanması vəzifəsi sırf kişiyə aiddir. Daha dəqiq desək, İslam şəriətinə görə hər kişi öz ailəsini maddi cəhətdən təmin etməlidir, ailəsini qorumalı və himayə etməlidir, qazandıqları mallarından ailəsi yolunda xərcləməlidir və s. Bundan başqa kişi evlənərkən qadına mehir vermək öhdəliyi varkən, qadının isə belə bir məcburiyyəti yoxdur və sahib olduğu mal tamamilə özünə aiddir.

Deməli, 2 pay miras alan kişi sahib olduğu maddi vəsaitdən evləndiyi qadına mehir vermək, habelə uşaqlarının və yoldaşının ehtiyacları üçün də xərcləmək məcburiyyətindəykən, mirasdan 1 pay alan qadının aldığı bu pay tamamilə özünə aiddir. Dolayısı yolla ədalət təmin edilmiş olur. Ailənin bütün maddi yükü xərcləri kişinin üzərinə düşdüyündən bu addim kişini düşəcək çətin vəziyyətdə buraxmamaq üçündür. Bu hökmlər, evində iqtisadi müstəqilliyini itirəcəyi zaman anlayışsız bir ər tərəfindən əziləcək qadını əzdirməmək hikmətindədir. Belə dərdi olmayan qadın yoldaşıyla malını paylaşa bilər.

Kimsə belə sual verə bilər ki, “Bəlkə kişi öz malından ailəsi üçün xərcləməyəcək?”

Bu əslində sadəcə sual xətrinə verilmiş sualdır. Bəli, elə kişi ola bilər ki, İslamın qaydalarını pozaraq öz malını ailəsi yolunda xərcləməz, xəsislik edər, amma bu o kişinin haqlı olduğu yaxud Qurandakı hökmün səhv olduğu anlamına əsla gəlməz.

Çünki İslamdan xəbəri olan her kes bilir ki, İslama göre aileye baxmaq, onun maddi (yemek, içmək, paltar ve s.) ve diger telebatlarını ödemek mükellefiyyeti her bir müsəlman kişinin üzərinə düşən bir borcdur. Qurani Kərimdə buyrulur:

“Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür.” (Bəqərə/233)

Göründüyü kimi Allah Təala (c.c) bunu bir mükellefiyyet olaraq kişinin üzərinə qoymuşdur, qadının yox. Kişinin bu hökmə emel edib-etmemesi ise başqa məsələdir. Əməl edərsə, əlbəttə savab qazanar, Allah (c.c) qatında mükafatlandırılar, emel etmezse, günaha girər və cəzalandırılar.

Qadına geldikde ise eger qadın işleyib aile büdcesine xeyir verirse, kişiden ferqli olaraq bu onun üçün bir mükellefiyyet yox, sadece seçimdir. Yeni ki, İslam kişiden ferqli olaraq qadının üzerine aileye baxmaq, aileni maddi cehetden temin etmek kimi ağır bir yük qoymamışdır.

“Qadınların dini əskikdir” hədisisin izahı

19 Cümə Dek 2014

Posted by science1985 in Qadınlar haqqında suallara cavablar

≈ Bir şərh yazın

İslamda çoxlu nigaha icazə verilməsinin hikməti nədir?

16 Çərşənbə İyl 2014

Posted by science1985 in Qadınlar haqqında suallara cavablar

≈ Bir şərh yazın

Çox nigahlılıqla bağlı ayə belədir:

“Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda TƏKCƏ BİR NƏFƏR (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. BU, ƏDALƏTLİ OLMAĞA (ədalətdən kənara çıxmamağa) DAHA YAXINDIR. (Nisa, 3)

Göründüyü kimi burada çoxlu qadınla evlənmək kimi bir məcburiyyəti yoxdur. Bu, sadəcə olaraq bir seçimdir. Amma ayənin sonuna diqqət edək: “Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda TƏKCƏ BİR NƏFƏR (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. BU, ƏDALƏTLİ OLMAĞA (ədalətdən kənara çıxmamağa) DAHA YAXINDIR.”

Çox qadınla evlilik ənənəsi İslamdan çox əvvəllər də mövcud idi. Başqa sözlə, çox evliliyi təsis edən İslam dini deyildir. Əksinə, İslam özündən əvvəl mövcud olan sərhədsiz evlənmə sisteminə bir məhdudiyyət gətirmişdir. Yəni, İslam çox evliliyi birdən dördə çıxarmamış, əksinə sərhədsiz olan evliliyi dördə endirmişdir. Məsələn, Giylan adlı səhabə İslamdan əvvəl 10 qadınla evliykən, İslama girincə dörd qadınla evliliyini davam etdirmişdir. İslamın istədiyi tək qadınla evlilikdir. Ancaq, dördə qədər evlənmənin də qarşısını kəsməmişdir.

Nisa surəsi 3-cü ayədə “həyat yoldaşları arasında ədaləti təmin edə bilməyəcəksinizsə tək yoldaşla kifayətlənin” buyurulmaqda və Nisa surəsinin 129-cu ayəsində də “Siz nə qədər çox istəsəniz də, heç vaxt həyat yoldaşlarınız arasında ədalətlə rəftar etməyi bacarmazsınız” buyurulmaqdadır. Bu ayələr açıq şəkildə bir həyat yoldaşını tövsiyə etməkdədir. Göründüyü kimi əsas olan, tövsiyə edilən hər zaman tək qadınla evlilikdir, ancaq birdən çox qadınla evlənmənin önü kəsilməmişdir.

Məsələn, Qərb hüququna görə bir kişi ilə qadın evlənsə və qadın məsələn, iflic olsa kişi ikinci bir qadınla evlənə bilməz. O, yoldaşını boşayaraq evlənmək məcburiyyətindədir. Ancaq, İslam “ilk yoldaşınla boşanma, onunla evli qalmağa davam et, ancaq bir başqa yoldaş al” deyər. Görəsən, hansı daha insanidir? İslam bütün insanların dinidir. Sağlam olan insanlara bir həyat yoldaşını tövsiyə edərkən, birdən çox qadınla evlənmənin önünü kəsməyərək nümunədə olduğu kimi müxtəlif zərərlərin də qarşısını almaqdadır. Həmçinin qadın, evlənmədən əvvəl nikah əqdi bağlarkən “məndən başqa heç kimlə evlənməyəcəksən” deyə tələb qoya bilər. Əgər kişi buna uymazsa nikahı etibarlı olsa da “sözünü tutmaması səbəbilə” məsul olar.

Psixologiya elminin də söylədiyi kimi uzun müddət cinsi istəklərini yerinə yetirə bilməyən insanlarda dərin psixoloji problemlər, nevrozlar meydana gəlməkdədir. Eyni zamanda, kişilərdə olmaq üzrə, xüsusilə qadınların ailə qurma, uşaq sahibi olma kimi hiss və istəkləri çoxdur. Almaniyada İkinci Dünya müharibəsindən sonra qadın sayı kişilərin sayının üç qatına çatmış və cəmiyyətdə bir çox qadın ərsiz qalmışdı. Bu vəziyyətdə subay və dul qalan qadınların cinsi və hissi ehtiyaclarını qarşılamaq, sağlam fərd kimi qala bilmələrini təmin etmək üçün qarşımızda üç həll yolu vardır.

1. Bir qadınla evlilik şərt olar. Ərsiz qadınlar kimsəylə evlənə bilməz və ailə həyatı olmayan qadınların sağlam qalması gözlənilməz.

2. Kişilərlə qadınlar arasında sərbəst bir əlaqə sistemi olar və ailə təşkilatı deyilən bir şey olmaz və ya ailə içi pozulmalar meydana çıxar.

3. Bir kişinin birdən çox qadınla evlənməsinə icazə verilər və hər qadının bir həyat yoldaşı və ailəsi olar.

Ağlı başında olan hər kəs, üçüncü variantın evli olmayan qadınların istər psixoloji, istər fizioloji vəziyyətlərini düzəltmələri və bir ailə mühitində olmaları üçün ən məntiqli yol olduğunu qəbul edər. Dörd qadınla evlilik bir əmr deyil, sərhədsiz evliliyə bir məhdudiyyətdir. Tövsiyə edilən də hər zaman tək qadınla evlilikdir. İslamda dörd evliliyə qarşı olan kəslərin zinaya qarşı olmamaları da çox qəribədir. Çünki, onlar zina edəcəkləri adam sayında özlərinə bir məhdudiyyət gətirməzlər. Qadınların niyə dörd kişi ilə evlənə bilməyəcəyini soruşanlardan, yüzlərlə, bəlkə də minlərlə ildir doğulan uşaqların ana məlum, atasının kim olduğunun necə ortaya çıxacağı sualına cavab almaq lazımdır.

Qadın Peyğəmbər Göndərilməməsinin Hikməti Nədir?

16 Çərşənbə İyl 2014

Posted by science1985 in Qadınlar haqqında suallara cavablar

≈ Bir şərh yazın

IMG_7005.JPG

Quran ayələrində bildirildiyi kimi peyğəmbərlərin xüsusiyyətlərindən biri də onların kişi olmalarıdır. “Səndən əvvəl (peyğəmbər olaraq) göndərdiklərimiz şəhər xalqından özlərinə vəhy edər olduğumuz rical (kişi) adamlar idi. “(Yusuf 12/109; ayrıca bax ən/en-Nəhl 16/43; əl-Ənbiya 21/7.)

Qadınların peyğəmbər olaraq göndərilməməsinin əsl səbəbini, əlbəttə ki, Allah Təala (c.c) bilir, ancaq “Bunun hikməti nə ola bilər?” sualına belə cavab verilə bilər.

1. Peyğəmbərlik ağır bir yük və məşəqqətli vəzifədir. Qadın isə yaradılışı etibarıyla fiziki cəhətdən zəif və ruhən daha zərif olduğundan belə ağır və çətin bir işin öhdəsindən gələ bilməz. Çünki peyğəmbərlik davamlı bir şəkildə səbir və mübarizə etmək istər. İstisnasız olaraq bütün peyğəmbərlər haqq dini izah edərkən, müxtəlif bəlalara və çətinliklərə məruz qalmışlar. Hz.Adəmdən (a.s) başlamış Peyğəmbərizə (s.a.v) qədər əksəriyyət peyğəmbərlərə müxtəlif böhtan və təhqirlər edilmiş, bir çoxu işgəncələr görmüş; başda Hz. Zəkəriyya, Hz. Yəhya olmaq üzrə yüzlərlə elçi şəhid edilmişdir. Peyğəmbərlərin hamısı da bütün bu zülm və əziyyətlərə qarşı tam bir səbir və dözüm göstərmişlər. Cənabı Haqq belə çətin və ağır bir vəzifəni qadınlara yükləməmişdir.

2. Peyğəmbərlərin göndərildiyi cəmiyyətlərdə adətən insanların əksəriyyəti peyğəmbərlərə qarşı üsyan etmişlər. Peyğəmbərlər göndərildikləri qövmlərin bütpərəst rəis və kişiləri tərəfindən xeyli əziyyətə və müxtəlif fiziki və mənəvi təzyiqlərə məruz qalmışlar. Belə bir vəziyyətdə qadın cinsindən olan bir peyğəmbər üçün vəziyyət daha çətin olardı. Bundan başqa əvvəlki cəmiyyətlərin çoxunda qadının sözünə etibar edilməz və onların fikirlərinə dəyər verilməzdi. Qadınların fikirlərinə dəyər verilməsi Hz. Məhəmmədin (s.a.v) gəlişi ilə birlikdə tam olaraq oturmuşdur. (Məs, qadınlardan da beyət alınması vs.).

3. Ayrıca qadının bioloji quruluşunun digər istiqamətləri də bir maneədir. Çünki, peyğəmbərlik vəzifəsini ayda 15 gün aybaşıdan ötəri edə bilməyəcək, imamətə keçə bilməyəcək, orucunu tuta bilməyəcəkdi. Bir də lohusalık vəziyyəti var və hələ hamiləykən, işləri icra etməsi tamamilə çətinləşəcəkdi. Çünki uşağı qarınında və ya qucağında daşıyarkən, insanları idarə edəcək ordu komandiri olacaq; strategiya təsbitində olacaq və fiziki vəziyyətinin gərəyi, bütün boşluqlara baxmayaraq, ən qabaqda tapılması lazımlı olan bir insan qədər çevik olmalıdır.

 

Quranda qadınları döymə əmri varmı?

15 Çərşənbə axşamı İyl 2014

Posted by science1985 in Qadınlar haqqında suallara cavablar

≈ Bir şərh yazın

İslamofoblar Nisa surəsi 34-cü ayədəki 3-cü cümləni konteksdən çıxardaraq mənasını bilərəkdən təhrif edir və insanları çaşdırmağa çalışırlar. Guya həmin ayədə qadınların döyülməsi əmr edilir və qadın hüquqları pozulur. Əslində isə belə deyil. Gəlin əvvəlcə həmin ayəni bütöv şəkildə diqqətlə oxuyaq:

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) ÖZBAŞINALIQ  ETMƏLƏRİNDƏN  QORXDUĞUNUZ qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və (xəfifcə) döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!”

Əvvəlcə qeyd edək ki, bu ayədə iki əks xarakterli qadınlardan bəhs olunur:

1. Əməlisaleh qadınlar –  ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini qoruyub saxlayırlar. Bunlar ərlərinə hörmət edən qadınlardır. Quranın Elmalili Hamdi Yazır təfsirində bu ayədə bəhs edilən əməlisaleh qadınlar haqqında aşağıdakı kimi deyilir: “Bundan dolayı saliha olan kadınlar da Allah’a itaat ederler. Kocalarının huzurunda hazır olarak bekleyip haklarına riâyet ederler. Kocalarının gıyabında can, mal, namus, itibar (onur) ve aile sırları gibi korunması lazım gelen hususları Allah’ın korumasına dayanarak korurlar. Çünkü Allah bunun korunmasını emretmiştir. Peygamber Efendimiz (s.a.v.)’den rivâyet edilmiştir ki: “Kadınların hayırlısı o kadındır ki, baktığın zaman seni sevindirir, emredersen itaat eder, gıyabında bulunduğun zaman da seni malında ve nefsinde korur.” buyurmuş ve bu âyeti okumuştur.” (Kuran tefsiri, Nisa suresi 34-cü ayet, Elmalili Hamdi Yazır)

2. Özbaşınalıq edən qadınlar – bunlar isə əməlisaleh qadınların tam əksidir. Başqa sözlə, bu tip qadın ya öz ərinin sözünü dinləməz yaxud sirrini, mal-dövlətini və şərəfini qorumaz, bu və ya başqa formada öz ərinə qarşı hörmətsizlik və özbaşınalıq edər.

Bu ayənin 3-cü cümləsindəki fikri aydın şəkildə başa düşmək üçün diqqətə almalı olduğumuz əsas kəlimə “ÖZBAŞINALIQ  ETMƏLƏRİNDƏN  QORXDUĞUNUZ  QADINLAR” kəliməsidir. İslamofoblar bu kəliməni sanki görməməzlikdən gəlirlər. Həmin kəlimədən aydın olur ki, ayədə qeyd edilən 3-cü cümlə bütün qadınlara yox, ancaq ÖZBAŞINALIQ ETMƏYƏ MEYLLİ OLAN (ərlərinə qarşı hörmətsizlik edən, onları saymayan) QADINLARA AİDDİR. Başqa sözlə, Qurani Kərimdə xəfifcə döyməyə icazə verilən yeganə hal – ailənin rahatlığına, ahənginə və şərəfinə xələl gətirən, öyüd-nəsihət dinləməyən və həyat yoldaşına qarşı özbaşınalıq edən qadının halıdır.

Quranın Elmalili Hamdi Yazır təfsirində belə izah olunur:  

NÜŞÛZ: Aslında lugatte yükseklik ve tümseklik mânâsından alınarak kadının kocasına kafa tutup baş kaldıracak bir durum almasıdır ki, sözde kendisini yüksek sayıp itaatını ortadan kaldırmış olur. Bunu açıklamak için büyük müfessirlerden şu açıklamalar yapılmıştır: Kadının nüşûzu kocasına isyan etmesi (İbnü Abbas), koku sürünmemesi, kocasını birleşmekten men etmesi, önceleri kocasına yaptığı muameleyi değiştirmesi (Ata), kocasından hoşlanmaması (Ebu Mensur), kocasının şer’î mesken olarak belirlediği konutta beraber oturmaktan kaçınıp onun istemediği bir yerde oturmasıdır (denilir) ki, bu mânâlar az çok birbirlerine yakındırlar. Böyle bir durum karşısında önce bunlara vaaz ve nasihat ediniz. İkinci olarak onların yataklarından ayrılın. Üçüncü olarak onları hafifçe ve kusur bırakmayacak bir şekilde biraz dövünüz. (Kuran tefsiri, Nisa suresi 34-cü ayet, Elmalili Hamdi Yazır)

Qurani Kərimdə öz ərlərinə qarşı özbaşınalıq (hörmətsizlik) edən, ərlərini saymayan qadınlara qarşı birdən-birə cəza verilməsi əmr edilmir, əksinə onlara qarşı mülayim rəftar olunması və xoş sözlərlə nəsihət edilməsi hökm olunur. Özbaşınalıq etməyə meylli olan bu tip qadınlarla necə rəftar edilməli olduğu Quranda 3 mərhələdə izah olunur:

1. Əvvəlcə nəsihət edin, başqa sözlə, onlara doğru yolu göstərin, məsləhət verin, xoş sözlə onları özbaşınalıq etməkdən çəkindirməyə çalışın. Bəlkə bununla özbaşınalıqdan əl çəkərlər.

2. Əgər deyilən sözü qəbul etməyib, öyüd-nəsihətə qulaq asmasalar, doğru yola gəlməyərək yenə də özbaşınalıq etməyə davam etsələr, o zaman onlardan yatağınızı ayırın. Bu, özbaşınalıq edən, söz dinləməyən qadına qarşı yüngül cəzadır. Bəlkə bununla özbaşınalıqdan əl çəkərlər.

3. Bütün bunlardan sonra yenə də öz bildiklərini (özbaşınalıq, hörmətsizlik) etməkdən əl çəkməsələr, inadkarlıq edib pis əməldən çəkinməsələr, onda onları xəfifcə döyün.

Nəhayət, ayənin sonu belə bitir: “Sizə itaət etdikdə (özbaşınalıq etməkdən vaz keçdikdə) isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!”

Diqqət etsək, Allah Təala bu ayədə sanki özbaşınalıq etməyə meylli olan üç fərqli qadın tipindən söhbət açır:

1. Nəsihət edərkən söz dinləyən və bununla da özbaşınalıqdan əl çəkən mülayim qadın tipi.

2. Yüngül formada cəza aldıqdan (yatağı ayırdıqdan) sonra öz səhvini anlayıb özbaşınalıqdan əl çəkən qadın tipi.

3. Yalnız daha ağır formada cəza (döyülmək) aldıqda qorxaraq özbaşınalıqdan əl çəkən qadın tipi.

Əslində real həyatda bu 3 qadın tipləri bu və ya digər formada mövcuddur. Yəni elə qadın tipi var ki, öyüd-nəsihət dinləyib öz səhvini anlayır və ailəsinin huzuru pozulmasın deyə ərinə qarşı özbaşınalığa son qoyur.

Elə qadın da var ki, öyüd-nəsihət eşitmir, ancaq müəyyən formada yüngül cəza almaqla səhvini anlayır. Ayədə yüngül cəza kimi “onlardan yatağınızı ayırın” deyir.

Lakin elə tərs, inadkar qadın tipi də var ki, ona söz və yüngül cəza təsir etmir. Yalnız daha ağır cəza aldıqdan sonra pis əməldən əl çəkir ki, bu da ayədə nəsihət dinləməyən, yüngül cəza almaqdan çəkinməyərək özbaşına əməlinə yenə davam edən qadını “döyün” kimi ifadə olunur.

Növbəti 35-ci ayədə isə belə deyilir: “(Ey mö’minlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) tə’yin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!”

Əgər həqiqətən də Quranda qadınların döyülməsi haqqında əmr olsa idi, bunu hamıdan qabaq hz. Məhəmməd (s.a.v) peyğəmbər icra edərdi. Halbuki, peyğəmbərin (s.a.v) həyatını oxuduqda tamamilə başqa mənzərə ilə qarşılaşırıq. Qadınlarla bağlı hədislərə baxaq:

1. Hz.Peyğəmbər (s.a.v.) Əfəndimiz: “Sizin ən xeyirliniz qadınlarına qarşı ən xeyrli olanlarınızdır.”1 buyurmuşdur.

2. Hz.Aişə (r.anha)’dan nəql olunur ki: “Rəsulullah (s.a.v.) həyatında nə bir qadın döymüşdür, nə də bir xidmətçi.”2

3. Hz.Peyğəmbər (s.a.v.) xanımlarına əziyyət edən zalım kişiləri pis adamlar olaraq adlandırmışdır: “Qadınlara ancaq kərîm olanlar ikram edərlər (dəyərli olanlar dəyər verərlər); onlara pislik edənlər isə leîm (pis) kişilərdir.”3

4. Bir başqa hədis-i şərifdə də Hz.Peyğəmbər (s.a.v.) “Gündüz xanımını kölə kimi qamçılayan birisi axşam onunla eyni yatağa necə girəcək?” deyə soruşmaqdadır.4

5. “Möminlərin iman baxımından ən kamil olanı əxlaqı gözəl və ailəsinə nəzakətli davranandır.5

6. Bir mömin kişi, bir möminə qadına kin bəsləməsin. Çünkü onun bir xüsusiyyətini bəyənməzsə, başqa bir xüsusiyyətini bəyənər. 6

7. Vida xütbəsində peyğəmbərimiz (s.a.s): “Qadınların haqqlarını yerinə yetirməklə bağlı Allahdan qorxunuz! Çünki siz onları Allâhın bir əmânəti olaraq aldınız.”  buyurmuşdur.7

8. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu: “Kişi zövcəsinə baxdığı zaman və zövcəsidə ona məhəbbətlə baxdığı zaman Uca Allah onlara rəhmlə baxar. Kişi zövcəsinin əllərini tutan zaman isə onların günahları barmaqları arasından tökülər.”  (“Səhih əl Cəmi əs Sağir” 1977)

9. Həzrəti Ömər (r.a) deyir:  “Biz İslamdan əvvəl qadınları adam yerinə qoymazdıq. İslam gəlincə onlara həm ayətlərdə, həm də hədislərdə yer verdi, kişilər kimi haqqları anlatıldı. Ondan sonra biz qadınların da kişilər kimi haqqları olduğunu düşünür bir vəziyyətə gəldik!” (Buhari, Müslim).

Mənbələr:

(1) Müslim, Radâ 62; Tirmizî, Radâ 11

(2) Müslim, fedail 79; İbn Mace, nikah 51; Dârîmî, nikâh 34, Ahmed b. Hanbel, V,32, 206, 229,232,281

(3) İbn Mâce, Edeb 3; Ebû Dâvud, Edeb 6, Rikak 22, İ’tisâm 3; Müslim, Akdiye 11

(4) Ebû Dâvûd, Nikâh, 60 Buhârî, nikâh 93, tefsir, sûre (91) 1; Müslim, Cennet 49; Ibn Mâce, nikâh 51

(5) Nesâî, Işretu’n-Nisâ, 229; Tirmizî, İman hadis no: 2612

(6) Müslim, Radâ’ 61, hadis no: 1469

(7) Ebû Dâvud, Menâsik, 56; İbn Mâce, menâsik, 84; Dârimî, menâsik, 34, Akseki, Ahmet Hamdi, Yeni Hutbelerim, Ankara, 781-782, Acluni, Keşfu’l-Hafa, Beyrut, 1351, I.36

Kişilərin qadınlar üzərində ixtiyar sahibi olmaları nə deməkdir?

15 Çərşənbə axşamı İyl 2014

Posted by science1985 in Qadınlar haqqında suallara cavablar

≈ Bir şərh yazın

Nisa surəsi 34-cü ayənin əvvəli belə başlayır:

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir….”.

İslamofoblar bu ayənin ilk cümləsindəki mənanı qəsdən təhrif edərək sanki Quranın qadına “kölə kimi baxdığını” deyirlər. Əvvəlcə qeyd edək ki, ayədə keçən “kişinin qadın üzərində ixtiyar sahibi olması” fikri qadının kölə olması mənasına gəlmir. Necə ki,

  • Hər bir dövlətin başında səlahiyyətli rəhbər durur və xalqı idarə edir.
  • Hər bir qrup və ya ittifaqda aparıcı bir lider olur və tabeçiliyində olan insanları yönləndirir.
  • Hər bir müəssisədə rəis olur və ixtiyarında olan işçiləri idarə edir
  • Hər bir təhsil ocağında bir direktor olur və oradakı tələbələri idarə edir və sairə.

Amma bu o demək deyildir ki, bir rəhbər, başçı tərəfindən idarə olunan, yönləndirilən həmin xalq, işçilər yaxud tələblər kölədirlər. Eynilə ailə də kiçik bir dövlət, müəssisə yaxud təhsil ocağıdır. Ailədəki rəhbər funksiyası ümumilikdə kişinin üzərinə düşür. Kişinin qadın üzərində ixtiyar sahibi olması odur ki,
1. Kişi öz ailəsinə layiqli rəhbər və hərtərəfli dəstək olmağı bacarmalıdır
2. Kişi öz ailəsini maddi cəhətdən təmin etməlidir,
3. Ailəsini qorumalı və himayə etməlidir,
4. Qazandıqları mallarından ailəsi yolunda xərcləməlidir və s.

Göründüyü kimi kişinin ixtiyar sahibi olması əslində qadına qarşı haqsızlıq yaratmır, əksinə kişinin üzərinə bir çox mükəlləfiyyətlər qoyur. Bu, əslində kişinin öz ailəsi qarşısında bir sıra vəzifələr və məsuliyyət daşıdığını bildirir.

Quranın Elmalili Hamdi Yazır təfsirində belə izah olunur:  KAVVAM; “kâim”in mübalağası olup den alınmıştır. Bir kadının işine bakan ve korunmasına önem veren ve işlerini idare edene “Kayyimü’l-mer’eti” ve daha kuvvetli olarak “Kavvâmü’l-mer’eti” denilir. Bu deyim, erkeğin kadına hakimiyyetini ve fakat rastgele değil “Milletin efendisi, onlara hizmet edendir.” mânâsı üzere hizmetçilikle karışık bir hakimiyetini ifade eder. Bundan dolayı bir taraftan erkeğin üstünlüğünü anlatırken diğer taraftan da kadının değer ve üstünlüğünü bildirir. Ve bu ayırım içinde eşitlik iddiasını kaldırarak karşılıklı olarak farklı bir eşitlik metoduyla öyle bir birlik sağlar ki, bu durum sultan ile ümmet arasındaki karşılıklı haklara benzeyecek ve bu şekilde aile terbiyesi, toplum terbiyesi ve siyasi terbiyenin bir başlangıcı olacaktır. Bunun için Kadı Beydâvî un tefsirinde der ki, “Valiler, halkı idare ettikleri gibi onlar da kadınları öyle idare ederler.” (Kuran tefsiri, Nisa suresi 34-cü ayet, Elmalili Hamdi Yazır)

Abdullah bin Ömərin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: «Hər biriniz qəyyumsunuz və hər biriniz tabeçiliyinzdə olanlar haqqında sorğu-sual olunacaqsınız.» (əl-Buxari, 893).

Peyğəmbərimiz (s.a.s) buyurur:

“Kişi ailədə idarəedicidir və idarəetməyə cavabdehdir. Qadın da ərinin evində idarəedicidir və əlinin altında olanlara cavabdehdir” (Buxari, Cum’a 11; Müslim, İmâret 20).

“Sizin ən xeyirliniz qadınlarına qarşı ən xeyirli olanlarınızdır” (Müslim, Radâ 62; Tirmizî, Radâ 11).

“Möminlərin iman baxımından ən kamil olanı əxlaqı gözəl və ailəsinə nəzakətli davranandır” (Nesâî, Işretu’n-Nisâ, 229; Tirmizî, İman hadis no: 2612).

Hz.Peyğəmbər (s.a.v.) xanımlarına əziyyət edən zalım kişiləri pis adamlar olaraq adlandırmışdır: “Qadınlara ancaq kərîm olanlar ikram edərlər (dəyərli olanlar dəyər verərlər); onlara pislik edənlər isə leîm (pis) kişilərdir.” (İbn Mâce, Edeb 3; Ebû Dâvud, Edeb 6, Rikak 22, İ’tisâm 3; Müslim, Akdiye 11).

Vida xütbəsində peyğəmbərimiz (s.a.s): “Qadınların haqqlarını yerinə yetirməklə bağlı Allahdan qorxunuz! Çünki siz onları Allâhın bir əmânəti olaraq aldınız.”  buyurmuşdur. (Ebû Dâvud, Menâsik, 56; İbn Mâce, menâsik, 84; Dârimî, menâsik, 34, Akseki, Ahmet Hamdi, Yeni Hutbelerim, Ankara, 781-782, Acluni, Keşfu’l-Hafa, Beyrut, 1351, I.36).

Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurdu: “Kişi zövcəsinə baxdığı zaman və zövcəsidə ona məhəbbətlə baxdığı zaman Uca Allah onlara rəhmlə baxar. Kişi zövcəsinin əllərini tutan zaman isə onların günahları barmaqları arasından tökülər.”  (“Səhih əl Cəmi əs Sağir” 1977)

Həzrəti Ömər (r.a) deyir:  “Biz İslamdan əvvəl qadınları adam yerinə qoymazdıq. İslam gəlincə onlara həm ayətlərdə, həm də hədislərdə yer verdi, kişilər kimi haqqları anlatıldı. Ondan sonra biz qadınların da kişilər kimi haqqları olduğunu düşünür bir vəziyyətə gəldik!” (Buhari, Müslim).

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...