• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Quran ayələrindəki möcüzələr

QURANIN XƏBƏR VERDİYİ BƏZİ ELMİ HƏQİQƏTLƏR

22 Çərşənbə axşamı Mar 2016

Posted by science1985 in Quran ayələrindəki möcüzələr

≈ Bir şərh yazın

Quranın əsil məqsədi insana ibadət və vəzifələrini öyrətmək, fərdi və ictimai həyatını sahmana salmaq və əbədi səadətə çatmasına vəsilə olmaqdır. Bir sözlə, Quranın ən birinci vəzifəsi insanın həyatını Yaradanın iradə və razılığı çərçivəsində şəkilləndirməkdir.

 Digər məsələlərə isə onların mahiyyəti, önəmi və dəyəri nisbətində yer verilir. Quran bu şəkildə deyil, məsələn, bir qisim mədəniyyət xariqələrindən və elmi tərəqqidən açıq və təfərrüatlı şəkildə bəhs etsə idi, O ZAMAN BİR ÇOX MÜHÜM MƏSƏLƏLƏR VƏ YER ÜZÜNÜN ƏN MÜKƏRRƏM VARLIĞI-İNSAN ARXA PLANDA QALMIŞ OLARDI.

Bu baxımdan Quran bir çox elmi məsələlərə əsas məqsədlər çərçivəsində yanaşmış, onlara yığcam və ecazkar üslubla toxunmuşdur. Belə ki, Qurani-Kərimdə Uca Yaradanın qüdrət, əzəmət və hikmətlərini göstərmək üçün kainatda cərəyan edən bir çox hadisələrə bəzən aşkar, bəzən də üstüörtülü toxunduğunu, ip ucları verdiyini deyə bilərik. 

Bunların bir neçəsinə misal verək:

 1. “Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz!” [Hicr surəsi, 15/22]

 Bu ayə XX əsrdə aşkar edilən elmi bir həqiqətin 1400 il əvvəl Quranda xəbər verildiyini göstərir. Küləklər su buxarından meydana gəlmiş buludları toqquşdurur. Bu toqquşma zamanı buludlarda müsbət və mənfi yüklü elektronların boşalması hadisəsi baş verir, şimşək meydana gəlir. Küləklər buludları qovalayıb yeri “tozlandırır,” yəni yağış yağdırır (küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir). Küləklər eyni zamanda bitkilərin üzərindən əsərək erkəkciyin tozcuqlarını dişiciyin ağızcığına qondurmaqla onları tozlandırır. Beləcə bitkilərin çoxalmasına yardım edir. Bu ayə həmçinin göydən enən yağış sularının yerin tərkində saxlandığına və bulud açmaq, quyu qazmaqla istifadəsinin mümkünlüyünə də işarə edir.

 2. “Biz hər şeydən cüt-cüt yaratdıq” [ Zəriyət surəsi, 51/49],

“Yerin yetişdirdiklərindən, onların (insanların) özlərini və bilmədiklərini (erkək və dişi olmaqla) cüt yaradan Allah pakdır, müqəddəsdir.” [ Yasin surəsi, 36/36] 

Elm adamlarının yaxın keçmişdə kəşf etdiyi bu həqiqəti Quran neçə-neçə əsr əvvəl xəbər vermişdir. İnsanlar kimi digər canlıların da cüt olduğunu bu gün hamı bilir. Hətta hər şeyin əsasını təşkil edən atomlar da cütdür. Onların bir qismi müsbət, bir qismi mənfi yüklüdür. Həmçinin hər şeydə cazibə və itələmə qüvvəsi adlanan əks xüsusiyyətlər özünü göstərir. İKİNCİ AYƏ İSƏ O DÖVRDƏ HƏLƏ MƏLUM OLMAYAN BİR QİSİM ŞEYLƏRİN DƏ CÜT YARADILDIĞINI BİLDİRİR: “…HƏLƏ SİZİN BİLMƏDİYİNİZ ŞEYLƏRİ DƏ CÜT YARATDI…”

3. “Biz göyü qüdrətimizlə yaratdıq və onu genişləndirməkdəyik.” [Zəriyət surəsi, 51/47]

 Qurani-Kərim bu ayədə bu gün elm mərkəzlərində hələ də araşdırmaların tədqiqat obyekti olan məkan genişlənməsi məsələsini 1400 il əvvəldən xəbər vermişdir.

4. “Günəş də (qüdrət əlamətlərimizdən) bir dəlildir və özü üçün müəyyən olunmuş yerdə dövr edər.” [ Yasin surəsi, 36/38]

 Quran əsrlər əvvəl qədim astronomiya elminin əksinə olaraq Günəşin bir yerdə durmadığını və öz yolu ilə hərəkət etdiyini bildirmişdir.

5. “(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər.” [ Nəml surəsi, 27/88]

 Qurani-Kərim bu ayədə dünyanın bir parçası olan dağları diqqət çəkərək hərəkət etdiyinə işarə eləmişdir.

 Göründüyü kimi, kainat kitabının bir tərcümanı olan Quranda ən mükərrəm varlıq-insanla əlaqədar elmi məsələlər və həqiqətlər də verilmiş, əhəmiyyət və mahiyyəti nisbətində yerini almışdır.

 QURANDA BƏYAN EDİLƏN COĞRAFİ HƏQİQƏTLƏRİ BİR SƏHRA SAKİNİN BİLMƏSİ MÜMKÜNSÜZDÜR.

 Quranın Allah kəlamı olduğuna dair başqa bir dəlil isə belədir: Təbiət təsvir edən yazıçı daha çox yaşadığı yerin iqlimini, bitki örtüyünü, ümumiyyətlə, təbiətini, yaxud da gəzib-gördüyü yerlərin cizgilərini verir. Halbuki Quranda səhra və səhra həyatının təsvirindən çox gur çaylardan, yamyaşıl mənzərələrdən, torpağa can verən yağmur yüklü buludlardan, bağ-bağçalardan, dağlardan və dənizlərdən bəhs edildiyini görürük. Məsələn, “Nur” surəsində əngin dənizlərin zülmətindən danışılması, üst-üstə burulan dalğalardan, dalğaların başının üstünü buludların almasından və qatbaqat zülmətdə əlin görünməz olmasından bəhs edilməsi [ Nur surəsi, 24/40] və təsvir zamanı qeyri-adi bənzətmələrdən istifadə edilməsi nə o dövrün ərəb coğrafiyası, nə də dənizçilik lüğəti üçün xarakterik idi. Səhrada doğulub, səhrada böyüyən, yalnız gənc yaşlarında səhradan keçməklə iki dəfə Şama gedən Peyğəmbərimiz (s.a.v) nə Quranın bəhs etdiyi mənzərələri və bitki örtüyünü görmüş, nə də dəniz səyahətinə çıxmışdı.

 “ƏNAM” SURƏSİNDƏ BİR İNKARÇININ HALI GÖYƏ DOĞRU YÜKSƏLƏRKƏN ÜRƏYİ DARALIB SIXILAN BİR İNSANIN VƏZİYYƏTİNƏ BƏNZƏDİLİR. [ Ənam surəsi, 6/125] Bu gün elmi tərəqqinin nəticəsində sübut olunmuşdur ki, lazımi cihazlardan istifadə etmədikdə DAĞLARIN ZİRVƏSİNƏ QALXDIQCA OKSİGEN AZLIĞINDAN İNSAN ÇƏTİNLİKLƏ NƏFƏS ALIR, ÜRƏYİ DARALIB SIXILIR. Bunu isə ancaq hava şarı ilə səmaya qalxmaqla və ya hündür dağlara dırmaşmaqla hiss etmək mümkündür. Allah Rəsulunun dövründə hava şarı ilə səyahət heç insanın xəyalına da gəlmirdi. Bir də ki, Ərəbistan yarımadası yüksək hündürlüyə malik dağlardan məhrumdur. Elə isə bu cürə bənzətmə və ifadə ancaq hər şeyi bilən Allaha (c.c) aid ola bilər.

49.267233 2.453343

Göy üzünün qoruma funksiyası

29 Şənbə Noy 2014

Posted by science1985 in Quran ayələrindəki möcüzələr

≈ Bir şərh yazın

  
Allah göy üzünün maraqlı bir xüsusiyyətinə Quranda belə diqqət çəkir:

“Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki, kafirlər ayələrimizdən üz döndərirlər”. (“Ənbiya” surəsi, 21/32)

Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti çox sonralar – XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir. Yer kürəsinin hər tərəfini əhatə edən atmosfer həyatın davam etməsi nöqteyi-nəzərindən çox mühüm funksiyaları yerinə yetirir. Atmosfer Yerə doğru yaxınlaşan irili-xırdalı bir çox meteoriti əridib yox edir və onların Yer üzünə düşərək canlılara zərər verməsinin qarşısını alır. Atmosfer həmçinin kosmosdan gələn və canlılar üçün zərərli olan şüaları da bir növ filtrdən keçirərək təmizləyir. Atmosferin bu xüsusiyyətinin ən maraqlı tərəfi onun sadəcə olaraq zərərsiz miqdarda şüaları, yəni işığı, infraqırmızı şüaları və radio dalğaları keçirməsidir. Bunların hamısı həyat üçün lazımlı şüalardır. Məsələn, atmosfer tərəfindən müəyyən dozada keçməsinə icazə verilən ultrabənövşəyi şüalar bitkilərin fotosintez imkanlarını, beləliklə də bütün canlıların həyatda qalmasını təmin edir. Ancaq Günəş tərəfindən yayılan şiddətli ultrabənövşəyi şüaların böyük hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yer səthinə onların həyat üçün zəruri olan az bir qismi çatır.

Atmosferin qoruyucu xüsusiyyəti təkcə bunlarla bitmir. Yer kosmosun təqribən mənfi 270 dərəcəlik ölümcül soyuğundan yenə atmosfer qatının sayəsində qorunur.

Yeri zərərli təsirlərdən qoruyan yalnız atmosfer deyil. “Van Allen qurşaqları” adlanan və dünyanın maqnit sahəsindən qaynaqlanan bir təbəqə də planetimizə gələn zərərli şüalara qarşı qalxan vəzifəsini atmosferlə birlikdə yerinə yetirir. Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdir. Xüsusilə Günəşdə tez-tez meydana gələn və parlama adı verilən enerji partlayışları Yerdəki bütün həyatı məhv edəcək gücdədir. Bu təhlükənin də qarşısını məhz Van Allen qurşaqları alır.

Doktor Hüq Ross (dr. Hugh Ross) Van Allen qurşaqlarının həyatımız üçün əhəmiyyətini belə izah edir:

“Yer Günəş sistemindəki planetlər arasında ən yüksək sıxlığa malikdir. Bu geniş nikel-dəmir nüvəsi böyük bir maqnit sahəsindən də mühüm funksiyanı yerinə yetirir. Yerin bu maqnit sahəsi Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə Yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasaydı, Yerdə həyat olmazdı. Maqnit sahəsinə malik olan və qayalıqlardan əmələ gələn digər tək planet Merkuridir. Fəqət onun maqnit sahəsinin gücü Yerinkindən 100 dəfə azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi Yer kürəsinə məxsusdur”.

Keçdiyimiz illərdə təsbit edilən bir partlayışda ortaya çıxan enerjinin Xirosimaya atılan atom bombalarından 100 milyard dəfə güclü olduğu hesablanmışdır. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində həddən artıq hərəkət müşahidə edilmiş, Yer atmosferindən 250 kilometr hündürlükdə istilik 25000 C-yə yüksəlmişdir.

Qısası, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrdən qoruyan mükəmməl bir sistem işləyir. Allah dünyanı əhatə edən göy üzünün bu qoruyucu zirehi barədə əsrlərlə bundan əvvəl Quranda xəbər vermişdir.

Bir kitab var..

02 Bazar Noy 2014

Posted by science1985 in Quran ayələrindəki möcüzələr

≈ Bir şərh yazın

Bir kitab var: Onu oxuyanların hər birinin üzərində fərqli təsiri olur: birinə şəfa olur, birinə məlhəm. Birinin üsyanına vəsilə, birinin inkarına səbəb, birinə də HİDAYƏT olur.

Bir kitab var: “OXU!” deyə başlayır. Biri oxuyur – içində təzad axtarmaq üçün. Biri oxuyur – bəlağəti xoşuna gəldiyi üçün. Biri də oxuyur HİDAYƏTƏ varmaq üçün.

Bir kitab var: Oxunmaq üçün. Oxunub anlamaq üçün. Anlayıb yaşamaq üçün. Yaşayıb şahid/şəhid olmaq üçün.

Bir kitab var: Onu Ömər oxuyur həzrət olur, xəlifə olur, şəhid olur… Onu Vəlid bin Muğirə oxuyur kafirlərə prototip olur, adını tarixə kafir örnəyi olaraq yazdırır.

Bir kitab var: “Oxunmazsa, sadəcə Mushaf olar, oxunarsa Quran olar, anlaşılarsa bəyan olar, yaşanarsa insan olar.”

Bir kitab var: Oxunmasın deyə uğrunda 14 əsrdir ki, insanlar qətl edilir, öldürülür, asılır…
Bir kitab var: Uğrunda 14 əsrdir ölənlər var. Nə ondan əvvəl, nə də ondan sonra heç bir kitab uğrunda bu qədər şəhid olmayıb.

Bir kitab var: Kitabların ANAsı. Dünyanı axirətə bağlayan göbək bağı. Allahın insanlığa mesajı.

Bir kitab var: SEVGİ dastanı. Böyük sevgilərin böyük etirafı. “ALLAH onları sevər, onlar da ALLAHI.”

Bir kitab var: Müəllifi Allah, katibi Rəsulullah, müxatabı İnsan.

Sən ey dost!
Sən bu kitabı oxudunmu?
Oxudunsa kim oldun?
Və ya nə oldun?

O kitab da elə demirmi: Biz insanı “əhsəni təqvim” [gözəl şəkildə] üzrə yaratdıq, “sonra o əfsəli səfil oldu.“ [Tin surəsi 4,5]

Əgər oxuyub Ömər oldunsa, şahidliyin mübarək, qaziliyin mübarək, şəhadətin mübarək!
Əgər oxuyub Vəlid b. Muğirə oldunsa, o zaman “Müzzəmmil” və “Müddəssir” surələrini bir də oxu… Yox, bu bəd xəbəri sənə mən vermək istəmirəm. Qoy, müəllif ÖZÜ söyləsin.

O kitabı bir də oxu!
…Amma anlamaq üçün, inanmaq üçün, yaşamaq üçün oxu. Bu mənim sənə dost tövsiyəmdir. Necə olsa “insanlıqda yoldaşıq.” Amma mən, səninlə “dində qardaş” olmaq istəyirəm.
Səni bu dinə və bu kitaba dəvət etmək mənim fərz ibadətimdir. Sənin bu dini seçməyin sənin fərz ibadətindir. Bizim bir-birimizə “yaxşılığı əmr edib pislikdən çəkindirməyimiz” bizim fərz ibadətimizdir. Gəl birlikdə – sənli‐mənli, bizli‐sizli fərzlərimizi əda edək. Bir-birimizə haqqı və səbri tövsiyə edək. Birlikdə dünyamızı və axirətimizi nurlandıraq, aydınladaq…

Bir kitab var: İçində insanlığa mesaj daşıyır…

Bir kitab var: İnsan üçün göydən yerə nazil olub…

Bir kitab var: Bizi bizə tanıdır…

Bir kitab var: Oxunmaq üçün yazılıb…

Bir kitab var: Cənnət tablosunu gözlər önünə sərir…

Bir kitab var: Cəhənnəmdən çəkindirir, qoruyur, uzaqlaşdırır…

Bir kitab var: Allah Orada insanla danışır…

Bir kitab var: …

RÜZGAR KESKİN

Rum surəsi 1-5-ci ayələr

28 Cümə axşamı Avq 2014

Posted by science1985 in Quran ayələrindəki möcüzələr

≈ Bir şərh yazın

Rum surəsi 1-5-ci ayələr nə deyir?
Rumların ən aşağı (və ya ən yaxın) bir yerdə (fi ednal ard) məğlub olduğu, fəqət bir neçə il içində qalib gələcəkləri xəbər verilir. 17-ci ayə istisna (yaxud daxil) olmaqla bu surənin bütövlükdə Məkkədə endirildiyi deyilir. Beləliklə, bu ayələrin hicrətdən (622-ci ildən) əvvəl endirildiyi məlumdur. Həqiqətən də, Quranda xəbər verildiyi kimi bir neçə il sonra rumlar (bizanslılar) farslar (sasanilər) üzərində qələbə çaldılar. Quranda illər əvvəl xəbər verilmiş bu tarixi gerçəyi faktlar əsasında araşdıraq.

Tarixi məlumatlar nə deyir?
Burada iki universitetin internet səhifələrini qaynaq olaraq verəcəyik. Beləcə, etibarlı mənbələrlə məsələni ələ almış olacağıq və istəyən hər kəs mənbələri gözdən keçirə biləcək.

610-cu ildə Bizans imperatoru İrakli (610-641) taxta çıxmışdır. Hökmdarlığının əvvəlində farslarla döyüşmüşdür (613-628). Farslar 613-cü ildə Suriyaya girmiş və 614-cü ildə Qüdsü işğal etmişdir. Daha sonra 616-cı ildə Misiri də ələ keçirmişlər.
Bizansın əks hücumu isə 622-ci ildə olmuş və farsları məğlubiyyətə uğratmışlar. Farslar vəziyyəti dəyişməyə çalışsalar da, 627-ci ildə Ninova döyüşündə (Battle of Nineveh) İrakli zəfər əldə etmiş və fars kralı II Xosrov (Chosroes II) hakimiyyətdən devrilmişdir (628). Bu kral (II Xosrov) peyğambərimizin (s.a.v) İslama dəvət məktubunu hörmətsizliklə cırıb atan kraldır.
II Xosrovun ardından taxta keçən oğlu II Qubad (Kavadh II) Bizanslıların lehinə sülh müqaviləsi imzalamışdır (628). Beləcə, İrakli fars kralının qəyyumu (guardian) vəziyyətinə gəlmişdir.

Fərqli bir mənbədən xronologiyaya təkrar baxaq:
-Heraclius/İrakli (610-641)
-613 Persians capture Damascus and Antioch (Farslar Şam və Antakyanı ələ keçirir.)
-614 Persian Sack of Jerusalem (Farslar Qüdsü işğal edir.)
-618-19 * Persian Conquest of Egypt (Farslar Misiri tuturlar.)
-622 * Heraclius launches counteroffensive vs. Persia (İrakli farslara qarşı əks-hücuma başlayır.)
-627 * Battle of Nineveh: Destruction of Persian army (Ninova Döyüşü; fars ordusunun məğlubiyyətə uğraması.)
-628 * Overthrow of Chosroes II, Heraclius imposes peace on Persia (II Xosrovun devrilməsi. İraklinin farslara sülhü qəbul etdirməsi.)

Qaynaqlar: 

1. Ohio State University:
http://ehistory.osu.edu/world/PeopleView.cfm?PID=391http://ehistory.osu.edu/world/articles/ArticleView.cfm?AID=60
2. Tulane University:http://www.tulane.edu/~august/H303/chronologies/Byzantine_Dark_Age.htm
3. http://en.wikipedia.org/wiki/Heraclius#Byzantine-Sassanid_War_of_602.E2.80.93628
4.http://az.wikipedia.org/wiki/II_Xosrov#Devirilm.C9.99si_v.C9.99_.C3.B6l.C3.BCm.C3.BC

Rum surəsindəki digər bir möcüzə haqqında aşağıdakı videoda izləyə bilərsiniz:

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com Bloqu. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt