• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Qurana qarşı iddialara cavablar

Kəbə təhlükəsizdirmi ?

08 Çərşənbə Apr 2020

Posted by science1985 in Qurana qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Dinə qarşı dinsizlər tərəfindən səsləndirilən iddialardan biri budur ki, “Quranda Kəbənin təhlükəsiz yer olduğu deyilir. Lakin tarixdən də məlumdur ki, Kəbə sel kimi təbii fəlakətlərə məruz qalıb, elə isə Quranda səhv var.”

İddiaya cavab:

Həmin ayə Ali İmran surəsinin 97-ci ayəsidir. Bu ayədə belə deyilir:

ف۪يهِ اٰيَاتٌ بَيِّنَاتٌ مَقَامُ اِبْرٰه۪يمَۚ وَمَنْ دَخَلَهُ كَانَ اٰمِنًاۜ وَلِلّٰهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ اِلَيْهِ سَب۪يلًاۜ وَمَنْ كَفَرَ فَاِنَّ اللّٰهَ غَنِيٌّ عَنِ الْعَالَم۪ينَ

“Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır).”

Göründüyü kimi bu ayədə əmin-amanlıqdan, təhlükəsizlikdən bəhs edilir, ancaq nə cür bir təhlükəsizlik olduğu bildirilməyib. Belə olduqda bu ayədə əmin-amanlıq (təhlükəsizlik) üçün istifadə olunan sözün digər ayələrdə hansı məna bildirdiyinə baxmaq lazımdır. Əgər yoxdursa lüğət mənasına baxılmalıdır.

Bu ayədə istifadə olunan söz ”aminen”dir. Bu söz Quranda 6 dəfə keçir. Buradakı təhlükəsizlik üçün istifadə olunan ”aminen” sözü ilə nəyin nəzərdə tutulduğunu anlamaq üçün aşağıdakı ayələrə baxaq.

Fussilət Surəsi 40: ”Sözsüz ki, ayələrimizdən üz döndərənlər Bizdən gizli qalmazlar. Onda oda atılan kimsə yaxşıdır, yoxsa Qiyamət gününə TƏHLÜKƏSİZLİK (əmin-amanlıq) içində gələn kimsə?…”

Bu ayədən təhlükəsizlik sözünün hansı mənada istifadə edildiyini çox rahat şəkildə görmək olar. Burada bəhs olunan fiziki bir təhlükəsizlik (əmin-amanlıq) deyil, axirət əmin-amanlığıdır. Kəbəyə gedən Allah rızası üçün gedər və Allah yolunda olan biri təhlükəsizlikdədir. Ölüm və ya hər hansı bir fiziki zərər bu insana heç bir zərər verə bilməz.

Başqa bir ayəyə baxaq: Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) ƏMİN-AMANLIQ (təhlükəsizlik) yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!( İbrahim Surəsi 35.)

Bu ayədə isə təhlükəsizlik (əmin-amanlıq) ifadəsi ilə doğru yolda olma nəzərdə tutulur. Hz. İbrahim Kəbə və ətrafını axirətini qurtarmış olan (təhlükəsizlikdə olan) insanların yurdu olmasını istəyir.

Digər tərəfdən klassik Ərəb dilində bu sözün ”qorxudan qorunma” və ”şərdən qorunma” kimi mənaları var. Gördüyünüz kimi bu söz bir neçə məna bildirir. Bu mənalardan yalnız birinə baxaraq Quranda səhv var demək çox böyük yanlışlıq olar.

Nədən İslam? adlı şəxsin şəkli.

“Quranı Məhəmməd peyğəmbər uydurub?” – deyənlərə

24 Şənbə Sen 2016

Posted by science1985 in Qurana qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Maraqlıdır, Məhəmməd peyğəmbər (s.a.s.) Quranı özümü uydurmuşdu? Öz əsəri olmadığını haradan bilə bilərik? Biz bu məqalədə bu məsələylə bağlı bütün mümkün faktları gözdən keçirərək Quranın bir insan tərəfindən uydurulma ehtimalını araşdıracağıq və məsələyə analitik baxış sərgiləyəcəyik:

1) Birmingem universitetinin professoru Tomas hal-hazırda həmin universitetdə mövcud olan ən qədim Quran parçasıyla müasir çap olunan Quranı müqayisə etdiyini və heç bir fərq görmədiyi üçün təəccübləndiyini bildirir. O qədim nüsxələrin karbon tarixləmə üsuluyla araşdırılaraq Məhəmməd peyğəmbərin ölümündən sonrakı iki onilliyə aid olduğunu bildirir.[1] Oksford universiteti xüsusi tarix təyin etmə üsulu ilə qədim parçanın təxminən 568-645 illər arasına aid olduğunu müəyyənləşdirmişdir[2]. Məhəmməd peyğəmbər bu cümləni özü Qurana necə daxil edə bilərdi?- “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”[3] O “öz” əsərini öldükdən sonra necə qoruya bilər axı? Belə şey məntiqsiz olardı.

2) Quranın İncil və Tövrat əsasında tərtib edildiyi iddiasına baxaq. Bütün elmi mənbələrə görə Məhəmməd peyğəmbərin dövründə İncil və Tövrat ərəb dilinə tərcümə edilməmişdi. Çünki həmin dövrdə qəbilə quruluşunda yaşayan ərəblərdə elm və yazı mədəniyyətinin inkişafı zəif idi. Hastinqs və Jeyms bu haqda deyir: “İslamdan əvvəl İncilin hər hansı hissəsinin ərəb dilinə tərcümə edildiyinə dair heç bir sübut yoxdur.[4] Hastinqsin Bibliya Lüğəti ilk ərəb dilinə tərcümə edilən İncilin 10-cu əsrə aid olduğunu bildirir[5]. Həmçinin məşhur Judaika Ensiklopediyası da ilk ərəbcə İncil Hüneyn ibn İshaq (IX əsr) və Səid ibn Yusifə (X əsr) aid olduğunu bildirir.[6] Pol Vegner deyir: “Ərəbistandakı xristian və yəhudi adət-ənənələri yazılı kitaba əsaslanmır, Suriya yəhudi və xristianlarının dini, eşitdikləri və tətbiq etdikləri şifahi ənənələrə əsaslanırdı. Ərəbistanın xristian və yəhudi qrupları ortodoks inanca sahib deyildilər və bir sıra qruplara bölünürdülər”.[7] Yeni Katolik Ensiklopediyasında deyilir: “Ərəb xristianlar hər məsələdə dövrün Xristian Elm Mərkəzlərindən kənar idilər”.[8] Deməli onların əllərində yazılı ərəbcə İncil yox idi. Üstəlik bir çox məsələdə Tövrat, Quran və İncildə fərqli hökmlər, zidd fikirlər vardır. Məs; İncildə qadın yalnız ailədə kişi olmadıqda varis haqqına sahibdisə[9] Quranda qadınən vərəsəlik və mülkiyyət hüquqlarına dair həddən çox ayə vardır. (Məs; Nisə 7) Məhəmməd peyğəmbərin yoldaşı Xədicənin dayısı kor Varaqa ibn Nofəl xristian idi. Lakin Məhəmməd peyğəmbər peyğəmbərlik iddiasına başlayandan cəmi bir neçə gün sonra artıq dünyasını dəyişmişdi.[10] Bütün bunlar Məhəmmədin peyğəmbərin Quranı İncil və Tövratdan kopyalaması fikrini alt-üst edir.

3) Dövrün bütün tarixçiləri peyğəmbərin oxuma yazma bilmədiyini deyir. Deməli onun başqa kitablar oxuması və Quranı ona bənzədərək uydurması mümkün deyil. Bu, Quranda da öz əksini tapmaqdadır: “(Ya Rəsulum!) Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər)”.[11] Bu kimi fikirlər yeni deyil. Peyğəmbərin salləllahu əleyhi və səlləmin yaşadığı dövrdə də eyni ittihamlar irəli sürülürdü, lakin əksinə onun tərəfdarları daim artaraq son xütbəsində 125 minə çatmışdı. “Özü uydurdu” kəlməsini daim eşidən insanlar necə oldu ki, bunu vecinə almadılar, Qurana qulaq asdıqca valeh olub bu dinə girirdilər? Ateistlərin bu sualı hansı “məntiqlə” cavablayacaqları çox maraqlıdır.

4) Yenə Məhəmməd peyğəmbərin gələcəyi haqda həm 3500 il əvvəl nazil olan Tövratda və 2000 il əvvəl nazil olan İncildə işarələr vardır. Tarixdə bu işarələrə görə son peyğəmbərin gələcəyini gözləyən yüzlərcə xristian və yəhudinin olduğu və onların İslamı qəbul etdiyi faktları vardır. Tövratda: Onlar üçün (İsrail oğulları) qardaşları arasından sənin kimi bir peyğəmbər çıxaracağam və sözlərimi onun ağzına qoyacağam və ona əmr etdiyim hər şeyi onlara söyləyəcək. Mənim adımdan ayəmlə söylədiyi sözlərə itaət etməyənlərdən şəxsən Mən intiqam alacağam”.[12] Bu tarixi faktdır ki, yəhudilər İbrahim peyğəmbərin oğlu İshaqın nəslindən, ərəblər isə İshaqın qardaşı İsmayılın nəslindəndir. İsmayılın nəslindən indiyə kimi yalnız bir Peyğəmbər –Məhəmməd salləllahu əleyhi və səlləm gəlmişdir. Ayədə İsrail nəslindən deyil qardaşlarının nəslindən deməsi buna açıq sübutdur.

Xristianların müqəddəs kitabı İncilə baxaq: “Məsih belə dedi: “Artıq mən sizinlə çox danışmayacam. Çünki bu aləmin rəisi gəlir …”[13] Yenə başqa bir yerdə belə deyilir “Əgər məni sevirsinizsə, əmrlərimi yerinə yetirin. Mən Rəbbə yalvaracam və o sizə başqa bir təsəlli, həqiqət ruhunu verəcək ki, daim sizinlə birlikdə olsun …”[14]. Bu bir tarixi faktdır ki, İsa peyğəmbərdən sonra yolunu milyonlarla insan izləyəcək Məhəmməd peyğəmbərdən başqa bir peyğəmbər gəlməmişdir. Öz təxəyyülündən əsər yazmış başqa bir insan göstərin ki, insanlar “kiminsə kağız parçası olan əsəri” uğrunda hətta canlarından keçməyə hazır olsunlar. Məhəmməd peyğəmbər özündən ən azı 2000 il əvvəl mövcud olan yəhudilərin müqəddəs kitabı Tövratı və özündən 600 il əvvəl mövcud xristianlığın müqəddəs kitabı İncili də mi uyduraraq özünə aid ayələr qoyub? Əlbəttə bu iddialar gülüncdür və məntiqə ziddir. Ateistlər hər zaman ağıl və məntiqdən dəm vururlar. Amma nədənsə bu danılmaz faktları inkar etmək üçün bir “ağıl” ortaya qoya bilmirlər. Çünki tarix artıq baş vermişdir. Ateistlər istəsə də bunu geriyə çevirə bilməzlər.

5) Quranda: “Məryəm oğlu İsa da “Ey İsrail oğulları! Mən sizə Allah`ın elçisiyəm. Məndən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən (gəldim)” demişdi. Lakin onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar “Bu, açıq-aşkar bir sehrdir” dedilər”.[15] İncildə: “(İsa dedi) Faraklid gələndə bütün aləmi səhvləri səbəbiylə qınayar və onları tərbiyə edər …”[16] Barnabas İncilinin italyan dilinə tərcümə edildiyi latınca mətndə Faraklit kəliməsi Periklitos olaraq keçir. “Təriflənməyə layiq”, “Çox mədh edilən” mənalarını verən Periklitos sözünün mənası ilə Məhəmməd adı ilə eyni mənadadır. Əhməd və Məhəmməd, eyni kökdən törəmiş adlardır. Əhməd, “Çox təriflənən, təriflənməyə layiq” deməkdir. Məhəmməd adının mənası isə “Təkrar təkrar təriflənmiş” deməkdir.

7) Əgər Məhəmmədpeyğəmbərin uydurmasıdırsa niyə Quran ritmik, poetik janrda olduğu halda hədisləri normal ərəbcə danışıq tərzində söyləyib? Həmçinin Məhəmməd peyğəmbər şair olmayıb, o zaman Quranı poetik olaraq necə uydurub?

8) Quranda Təhrim[17], Bəqərə[18], Tövbə[19] və İsra[20] surələrində Məhəmməd peyğəmbərə qarşı az qala tənbeh kimi səslənəcək ayələr vardır. Maraqlıdır insanları idarə etmək, nüfuz qazanmaq istəyən hansı insan öz əsərində özünü tənbeh edər.

9) Bütün məşhur tarix kitabları vurğulayır ki, Utbə ibn Rəbiənın başçılığı ilə Məkkə böyükləri Məhəmməd peyğəmbərə mal-mülk, Kəbənin açarlarını, qəbilənin lideri olmağı təklif etdilər yetər ki, o bu dini təbliğ etməsin[21]. Quranı özü tərtib etsəydi, O bir kitab qarşılığında bu qədər cazibəli təkliflərə yox deyərdimi? İnsan nəfsi rahatlıq, cah-cəlal, gözəllik arzular. Bəs O bunları niyə rədd etmişdi?

10) Əgər Ayələr öz beyninin məhsulu idisə niyə görə bunu 23 il ərzində insanlara öyrətdi, daha tez tətbiq edib işini sürətləndirə bilməzdimi? Tarixçilər bildirir ki, ən son enən: “Bu gün sizə dininizi tamamladım və sizin üçün İslamı bəyənib seçdim”[22] məzmunlu ayəsindən az müddət sonra Məhəmməd peyğəmbər dünyasını dəyişdi. Maraqlıdır öz ölüm tarixini hardan bilirdi ki, bu ayəni seçib son vaxtlarına saxlamışdı?

11) Məlumdur ki, Məhəmməd peyğəmbər hər kəsdən öncə Qurana tabe olmuş, Quranı həyatına ən çox o tətbiq etmişdir. Hətta qızı Fatimə olsa belə oğurluq etdiyi zaman Qurandakı əmrə uyğun olaraq onun əlini kəsməyə hazır olduğunu bildirmişdir[23]. Kitabı özü yazsaydı daha çox şəxsi mənafeyini güdməli deyildimi?

12) Quranda “De”, “Ey Rəsulum” kimi onlarla ifadə vardır. “Kitabı özü hazırlayan” və “nüfuz sahibi” olmaq istəyən şəxs niyə bu fikirləri Qurana əlavə edib?

13) Quranda bir çox riyazi faktlar tapmaq mümkündür ki, bir insanın bu qədər dəqiq xırdalığa gedə bilməsi ağlasığmazdır. Cinn surəsində deyilir: O hər şeyi ayrı-ayrılıqda hesaba alır.[24] Quranda:

“yeddi qat göy” kəlməsi 7 dəfə keçir
“gün” kəliməsi 365 dəfə keçir – bir ildə 365 gün var
“ay” kəlməsi 12 dəfə keçir – bir ildə 12 ay var
“kişi” və “qadın” kəlmələrinin hər biri 23 dəfə keçir – uşaq yaranarkən hər iki valideyndən 23 xromosom götürür
“torpaq” kəlməsi 13, “dəniz” kəlməsi 32 dəfə keçir – Bu gün Yer kürəsində torpağın (13/45 = 29%) dənizə (32/45 = 71%) nisbəti məlumdur.
14) Elmin inkişaf etmədiyi, dövrə görə elmi inkişafda çox geridə qalan qəbilə quruluşlu ərəb bir insanın bir çox elmi faktları deməsi sadəcə mümkünsüzdür. Onun romalıların dünyanın ən alçaq yerində (Lut gölü) məğlub olduqdan sonra sasaniləri tezliklə məğlub edəcəyini[25] gələcək haqda xəbər verməsi və ya dövrün ən inkişaf etmiş mədəniyyətləri olan Bizans və Sasanilərdə belə bilinməyən və yalnız 20-ci əsrdə ortaya çıxan uşağın ana bətnində inkişaf mərhələri[26] kimi elmi fikirlər bildirməsi ağlı başında olan insana gerçəyi göstərər. Dünyanın ən alçaq yeri Lut gölü hövzəsi yəni bizanslıların məğlubiyyətə uğradığı yerdir.[27] Burada diqqət edilməsi lazım olan nöqtə, Lut gölünün dərinliyinin, yalnız müasir dövrdəki ölçümlərlə təsbit edilmiş olmasıdır. Bu ayələr 620-ci ildə nazil olmuş və Rum surəsinin əvvəlində Bizanslıların bir neçə il ərzində qalib gələcəkləri bildirilir və 7 il sonra 627-ci ildə Bizans Sasaniləri ağır məğlubiyyətə uğratdı.

Ənbiya surəsi 33-cü ayədə isə Kainat həqiqətləri verilmişdir “Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir”. Digər bir ayədə “Dəmiri Biz endirdik”[28] ayəsini və dəmirin meteroitlə Yerə endiyini haradan bilə bilərdi?

15) Quranın uydurma bir kitab olmadığının ən güclü sübutlarından biri də elə Quranın özündəki ayələrdir. Allah təala Quran kimi ikinci bir təsirli, bəşəriyyətə xitab edən və 1000 ildən çoxdur əzbərlənərək tətbiq olunan kitabın insanlar tərəfindən ortaya çıxarıla bilməyəcəyinə zəmanət verir. Artıq 1400 ildir heç kəsin belə bir şey edə bilmədiyini tarix sübut edir. Bəqərə, Yunis və Hud surələrində bu buyrulur: “Yoxsa: “Onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allah`dan başqa, kimə gücünüz çatırsa, onu da köməyə çağırın!”[29] Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allah`dan savayı şahidlərinizi çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan çəkinin!”.[30]

16) Məhəmməd peyğəmbər qureyşlilərin arasında “Məhəmməd`ul-əmin” (hər cəhətdən etibarlı) ləqəbiylə bilinərdi. Belə ki, peyğəmbərliyini elan etdikdən sonra belə müşriklər, mallarını ona əmanət edərdilər. Çünki Peyğəmbər salləllahu əleyhi və səlləm zarafat belə olsa əsla yalan danışmamışdır. Hətta İslamın ən azılı düşmənləri belə, onun yalan deməyəcəyinə təsdiq etmişlər. Tarixi mənbələrdə Bizans kralı Herakl ilə o dövrdə hələ kafir olan, İslamın yayılmasına şiddətlə qarşı çıxan və müsəlmanlara qarşı Bədr, Uhud, Xəndək kimi döyüşlərdə öncüllük edən Qureyş qəbilə başçısı Əbu Süfyan arasında keçmiş Şam görüşündən bir parçaya baxaq:

– O sizə nələr əmr edir?

– Allah təalaya ibadət etməyi, Ona heç bir şeyi şərik və ortaq qoşmamağı

– Ona tabe olanlardan daha sonra ona hirslənib dini bəyənmədiyi üçün dindən dönən var mı?

– Xeyr.

– Sayları artırmı, azalırmı?

– Əksinə artır.

– Peyğəmbərlik iddia etmədən əvvəl onu heç yalançılıqla ittiham etdinizmi?

– Xeyr.

– Bütün bu izah etdikləri, peyğəmbərlərin vəsfidir! Əgər o şəxs haqqında bu söylədiklərinin hamısı doğru isə, şübhəsiz, o bir peyğəmbərdir[31]

17) Məhəmməd peyğəmbər kitabı özü tərtib edibsə, buna görə də “ziddiyyətlidirsə” bu ayəni nə üçün Qurana əlavə etmişdir? : “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allah`dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar”.[32] Heç bir ağlı başında olan insan (guya) uyğunsuzluqlar bu qədər rahat aydın olacağı bir mətnə insanları arxasından çəkmək üçün üstünə basa-basa bu ayəni əlavə edərmi?! Üstəlik ziddiyyətlər olsaydı Məhəmməd peyğəmbərə savaş açan Məkkə böyükləri bu ziddiyyətləri ortaya çıxarıb yayar və onun “uydurduğu” kitab tez bir zamanda dəyərini itirərdi.

Quranda bir mövzunu axtararkən o mövzu ilə əlaqədar bütün ayə və ya hədisləri bir araya gətirmək lazımdır. Çünki eyni mövzudakı ayələri bir araya gətirdikdə məlum olur ki, bəzi ayələr daha əvvəl nazil olan ayənin hökmünü genişlətmiş, ona yeni ölçü gətirilmiş və ya hökmünü daraltmış ola bilər. Bir nümunə verək; içki mərhələli olaraq, cəmiyyətin durumunun bu içkiyə bağlılığı nəzərə alınaraq zamanla qadağan edilmiş, cəmiyyət məlumatlandırılması və təhsil səviyyəsinin müəyyən bir səviyyəyə gəlməsi gözlənmiş, cəmiyyət buna hazırlanmışdır. Məsələn; bir ayədə “içkili ikən namaza yaxınlaşmayın”[33] buyurulur. Həyatlarının hər anlarını içkiylə keçirən insanlar müəyyən zamanla içkidən uzaq dayanmağa zehinlərini hazır vəziyyətə gətirdikcə mərhələ-mərhələ ayələrlə içki tamamilə qadağan edilmişdi[34]. İndi biz içkili ikən namaza yaxınlaşılmaması ayəsini götürüb “Quranda içki qadağası sadəcə namaza aiddir” deyə bilərikmi? Halbuki spirtli içkilər ümumən qadağandır. Quranda olan digər ayələr də bu cür sistemli şəkildə anlaşılmalıdır.

18) Gəlin Quranın 111.ci surəsinə baxaq. Təbbət və ya Əbu Ləhəb adlı bu surədə Peyğəmbərə qarşı düşmənçilik edən Əbu Ləhəbin iman etməyəcəyi bildirilmişdir. İslama savaş açan bu şəxs surə endikdən sonra bir neçə il yaşadı. ([35])

Əbu Ləhəb istəsəydi yalandan da olsa iman edib bu ayənin “uydurma” olduğunu göstərməyə çalışardı ama yenə də bunu etməyərək öldü. Digər tərəfdən əgər Quranı Hz Məhəmməd uydursaydı bu cür ayə “düşünməklə” belə riskə girməzdi, çünki əks təqdirdə kafirlər üçün bu fürsət olardı. Bu hadisə sübut edir ki, Quranı nazil edən Allah keçmiş və gələcəyi əksiksiz biləndir və bu cür dəqiqlik bir insan tərəfindən uydurula bilməz.

[1] Oldest’ Koran fragments found in Birmingham University”. BBC. 22 July 2015. Retrieved 22 July 2015

[2] Shoaib “Oldest Quran found in Birmingham” Muslim World Journal,

[3] Hicr surəsi 9

[4] . (Hastings, James, “Din və Etika Ensiklopediyası”. Cild. X, səh. 540)

[5] Hastings, James. Dictionary of the Bible. p. 105

[6] Encyclopedia Judaica, vol. 4, p. 863

[7] Wegner, Paul D. The Journey from Texts to Translations. 1999. Grand Rapids: Baker Books. p. 250

[8] New Catholic Encyclopedia. Vol 9, p.1001

[9] İncil, 27:8-11

[10] https://islamreigns.wordpress.com/2016/05/09/did-prophet-muhammad-copy-and-plagiarize-bible-did-prophet-muhammad-author-quran-for-worldly-gains-a-reply-to-anti-islam-liars/

[11] (Ənkəbut surəsi 48)

[12] (Sifr.tesniye, bab: 18, ayə: 18,19)

[13] Yuhanna İncili bab: 14 ayə 30.

[14] Yuhanna İncili bab: 14 ayə: 15-16

[15] (Saff surəsi 6. Ayə 61/6)

[16] Yuhanna bab: 16 ayə: 8.

[17] Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən (Təhrim surəsi 1)

[18] Bəqərə surəsi 120

[19] Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! (Tövbə surəsi 113)

[20] İsra surəsi 742

[21] S.Ə.Həsən “Məhəmməd-sonuncu Peyğəmbər, səh 43

[22] Maidə surəsi 3

[23] Buxari, Ənbiya 54, Məğazi 53, Hudud 11, 12; Müslim, Hudud 8, 9. Ayrıca bk. Əbu Davud, Hudud 4; Tirmizi, Hudud 6; Nəsai, sarı 6; İbni Macə, Hudud 6

[24] Cin surəsi, 28

[25] Əlif, lam, mim. rum (orduları) məğlubiyyətə uğradı. “Dünyanın ən alçaq yerində”. amma onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. üç ilə doqquz il içində. bundan əvvəl də, sonra da hökm Allahındır. və o gün möminlər sevinəcəklər. (Rum Surəsi, 1-4)

[26] “O sizi analarınızın bətnlərində üç zülmət içərisində (nütfə, qan pıxtısı və ət parçası) yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz! (Zümər surəsi, 6)

[27]“Existence – Random or with Reason?” http://www.time4truth.com/provenfactspredictions.htm

[28] Quran, 57:23

[29] (“Yunis” surəsi, 38).

[30] (“Bəqərə” surəsi, 23-24).

[31]Əhməd bin Hənbəl, Müsnəd, c. 1, s. 263; Təbəri, Tarix, c. 3, s. 87; İbn Qeyyim, Zâdü’l-Mead, c. 3, s. 71; Hələbi, İnsanul-Uyûn, c. 3, s. 287.

[32] (Sifr.tesniye, bab: 18, ayə: 18,19)

[33] Nisə surəsi, 43

[34] Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? (Maidə 91)

[35] http://www.arabnews.com/islam-perspective/news/743651

“Qadınlar sizin tarlanızdır” ayəsini necə anlamalıyıq?

07 Cümə axşamı İyl 2016

Posted by science1985 in Qurana qarşı iddialara cavablar

≈ Bir şərh yazın

İslam düşmənlərinin ən çox vurğulamaqdan xoşlandıqları ayə “Qadınlar sizin tarlanızdır. Onlara dilədiyiniz şəkildə yaxınlaşın” ayəsidir (Bəqərə 223).

Onların iddiasına görə bu ayətdə qadın alçaldılır və bununla kişilərin istədikləri şəkildə rəftar etmək haqqını ortalığa qoyur.

Əslində bu tip iddialar daha çox məlumatsız insanların şübhəyə düşürülməsi üçün Qurana qarşı atılmış böhtandır və cavab verilməyi heç haqq etmir, çünki o qədər tutarsız və mənasızdır ki. Tarla dedikdə, adətən ağla gələn ilk şey ruzi-bərəkət mənbəyi sayılan torpaqdır. Bilmirəm bərəkətli, məhsul verən torpaqdan üstün nə ola bilər? Ki qadınlar ona bənzədilib. Torpaq həm də müqəddəslik və vətən, ana rəmzlərini özündə daşıyır.

Tarlanın insan həyatında hələ hələ qədim dövr insanının həyatında əkinçiliyin nə qədər önəmli olduğunu hamı bilir. Toxum onu basdırılan tarla olmazsa heçbir faydası olmaz. Ölkənin iqtisadiyyatının elə əkin biçinlə, torpaqla əlaqəli olmasını düşünün bir. Quraqlıq dövrünün (indi su anbarları, kanallar və s.kimi antropogen müdaxilələr o vaxtları axı yox idi) qədim xalqların kabusunun olmasını bir düşünün.

Qadınların bərəkət verən tarlaya bənzədilməsinin hansı mənfi, alçaldıcı tərəfləri var ki ? Oxuduğum fərqli ateist məqalələrindən, insanların da bu mövzuya şərhlərindən buna məntiqi cavab hələ ki qarşı tərəfdən rastlamamışam. Günümüzün ən çox verilən və çox da normal olan sualı filan pozanın İslamda halal vəya haram olması, cinsi münasibətdəki qadağalar və s.dir. Hər bir evli insanı maraqlandıracaq mövzuya Allah cavab verib ki, istədiyiniz şəkildə yaxınlaşın. İstədiyiniz dedikdə niyə insanlar həmən vəhşi və kobud birləşmə təsvir edirlər bunu da anlamaq olmur demirəm, çünki insan nə cür düşünürsə ağlına da ilk o gəlir.

Əslində qadının tarlaya bənzədilməsinin incə bir məqamı da var, bu da İslamda yalnız təbii cinsəl münasibətin məqbul olduğunun vurğulanmasıdır. Ayətdə toxum kişinin cinsəl ifrazı ilə təsvir edilibsə (bu qədər incə və kibar təsviri xəyalındakı çirkin fantaziyalara uyğun dəyişən insan mütləq əxlaqdan sınıq insandır), qadın tarla kimi təsvir edilib. Qadında toxumu qoyub, bəhrəsini görmək yalnız ön tərəfdən edilən münasibətlə ola bilər. Allah da ayətdə buna vurğu edir. Dilədiyiniz şəkildə yaxınlaşın dedikdə isə, rəvayətlərə görə o dövrün insanlarında ələlxüsus yəhudilərdə belə bir düşüncə var idi ki öndən olmaqla, arxadan birləşim uşaqların çəpgöz doğulmasına gətirib çıxarır. Ayət isə belə bir qadağa olunmadığını şərtin yalnız ön tərəf olması, birləşmənin isə nə şəkildə arzu edərlərsə, o cür edilməsinə icazənin olduğunu vurğulayır. Bəzən insanlar şəhvətin pis bir şey olmasını düşünür, həmən bucür cinsi mövzularda beyinlərinə neqativ fikirlər gəlir. Halbuki İslamda bunlar təbii, normal şeylərdi sadəcə şərt halal çərçivədən edilməsidir.

Digər məqam isə ayətdən həmən sonra hər şeyin şəhvət deyil, sonrasını düşünməyin İslamda daha üstün və dəyərli olduğunun vurğulanmasıdır Allah tərəfindən. Özünüz üçün qabaqcadan (yaxşı işlər) hazırlayın. Qadın kişi münasibətlərində maksimum 20 dəqiqə civarında davam edən intim münasibətin prioritet olmadığını, bundan sonrasını düşünməyin və övlad kimi yaxşı bir hazırlıq görülməsinin İslamda daha dəyərli və üstün tutulmasının bundan o tərəfə hansı təsviri ola bilər ki ? Nə çoxdur plansız və düşünülməmiş hamilə qalıb, övladlarını öldürən insanlar. Ya da övlad dünyaya gətirib arxasını düşünməyən valideynlər. Bir məqama da toxunmaq istərdik ayətdə istədiyiniz şəkildə yaxınlaşın deyir, istədiyiniz vaxt demir. Məsələn, hörmətli Ziya müəllimgilin tərcüməsində vaxt yazılıb, amma bu qətiyyən yanlış tərcümədir. Zatən özünüz baxsanız digər tərcümələrə hamısı istədiyiniz şəkildə deyir.
Bax bucür ayətdə ilişib qalan insanların beynindən də, dürüstlüklərindən də şübhə edilər. Ayətin sonunda vurğulandığı kimi : Möminləri müjdələ.

 

“Zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun” ayəsini necə anlamalıyıq? (Tövbə 29)

27 Bazar ertəsi İyn 2016

Posted by science1985 in Qurana qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Tövbə surəsi 29-cu ayədə deyilir:

“Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarının haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.” (Tövbə/29)

Əksər hallarda din düşmənləri bu ayəni əllərində bayraq edərək guya İslamın əhli-kitab və digər qeyri-müsəlmanlara qarşı zorakı və düşmən mövqedə olduğu fikrini təlqin etməyə cəhd edirlər. Guya bu ayədə Allah Təala əhli-kitabı zorla İslam dinini qəbul etdirməyə çalışır. Əlbəttə ki, bu cür saxta anti-İslam təbliğatının heç bir ciddi əsası yoxdur. Çünki Mümtəhinə surəsi 8-9-cu və Bəqərə 190-cı ayələrdə Rəbbimiz müsəlmanlara qarşı düşmənçilik etməyən qeyri-müsəlmanlarla necə rəftar etmək lazım olduğu barəsində belə buyurur:

(60 – MUMTEHİNE) الممتحنة / 8– Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!

(60 – MUMTEHİNE) الممتحنة / 9– Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!

(2 – BAKARA) البقرة / 190– (Ey mö’minlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!

Göründüyü kimi bu ayələrdə İslamda savaş anlayışı açıq şəkildə ortaya qoyulmuşdur. Buna görə kim olursa olsun, savaşmaq istəyənlərə qarşı savaşmaq, sülh istəyənlərlə barışmaq əsas şərtdir.

Tövbə 29-cu ayənin izahına keçməzdən öncə onu da vurğulamaq lazımdır ki, Qurandakı əksər ayələrin mənasının doğru anlaşılması üçün onların vahid konteksdən çıxarılaraq tək-tək ələ alınması yanlış metoddur. Adətən, xəbis İslam düşmənləri bu taktikadan tez-tez istifadə etdikləri üçün ayələrin mənasını öz istədikləri şəkildə yozaraq və təhrif edərək bu sahədə məlumatsız insanları çaşdırmağa çalışırlar. Təəssüf ki, bəzən buna nail olurlar.

Əvvəla, hər müsəlmanın bilməli olduğu vacib xüsusiyyət odur ki, Quranın düzgün anlaşılması üçün təməl prinsip ayələrin bir-birilə əlaqəli şəkildə, kontekst daxilində və bütöv halda oxunulmasıdır. Çünki sadəcə bir tək ayəyə baxaraq ortaya hər hansı iddia atmaq çox vaxt yanlış anlaşılmaya və məna pozulmasına yol aça bilər. Ayə və hədislərin incəliklərini, nüzul və vürud (ortaya çıxma) səbəblərini, ayənin endiyi dövrə aid  tarixi gerçəkliyi bilmədən, İslamın təməl məqsədinə vaqif olmadan Quran ayələri haqqında bir hökm çıxarmaq heç də asan məsələ deyil.

Bütün bu deyilənləri nəzərə alaraq Tövbə surəsi 29-cu ayənin izahına keçək. Qeyd edilən ayənin hicrətin 9-cu ilində (miladi 630) nazil olduğu faktını göz önünə aldığımızda bu ilahi mesajın müharibə dövrünə aid olduğunu anlamaq olar. Həqiqətən də bu ayənin nazil olduğu tarixi dönəmə diqqətlə nəzər saldığımızda həmin vaxt Bizans imperiyasının hakimiyyəti altında olan Suriya bölgəsində və bu yol üzərində yerləşən istər yəhudi, istərsə xristian topluluqlar ilə müsəlmanlar arasında hicri 5-6-cı ilindən bəri davam edən gərginliklər və hüquqi baxımından düşmən siyasi münasibətlərin mövcudluğunu görürük.

Hicrətin 9-cu ili İslam dininin Ərəbistan yarımadasında bütün əzəməti ilə yayıldığı ildir. Bir tərəfdən dalğa-dalğa insanlar Mədinəyə gələrək Rəsuli Əkrəmə İslamiyyət üzərinə biət edir, digər tərəfdən müsəlman olmuş qəbilələrin dini və inzibati işlərini tənzim etmək məqsədiylə ətrafa məmurlar və valilər göndərilirdi. Xülasə, Əsri-Səadətdə İslam dini hicri 9-cu ildə ən parıltılı və ehtişamlı dövrünü yaşayırdı.

Ancaq, parlayan bu İslam günəşinin ağırlığını çəkə bilməyən dövlətlər də var idi. Onlardan biri zamanın ən güclü dövlətlərindən biri olan Bizans idi. O vaxtkı Bizans qeysəri Herakl ətrafdakı xristian ərəblərdən gördüyü təhrik nəticəsində İslamı və onu qəbul edənləri aradan qaldırmaq məqsədilə böyük bir ordu hazırlayırdı. Bu məqsədlə Lahm, Amilə, Qassan və s. qəbilələr də Herakliusun bu ordusuna qatılacaqlardı.

Eyni zamanda əhli-kitabdan olan Bəni Nadir və Bəni Qureyzə yəhudiləri müsəlmanlara qarşı Məkkə müşrikləriylə gizli iş birliyinə girmiş və müsəlmanlarla olan sülh razılaşmasına namərdcəsinə xəyanət etmişdilər. Bu hal Tövbə 29-cu ayədən sonra gələn hissədə, xüsusilə Tövbə 32-ci ayədə həm yəhudi, həm də xristianların İslama qarşı mənfi münasibət bəsləmələri və İslamı aradan qaldırmaq niyətilə ciddi bir fəaliyyətdə olmalarının bildirilməsi ilə təsbit edilmişdir:

(9 – TEVBE) التوبة / 32– Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Qur’anı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər.

Yuxarıda da göstərdiyimiz kimi Tövbə  surəsinin 29-cu ayəsindəki ifadələr savaş dövrünə aid bir əmrdir. Bu ayənin Hz. Peyğəmbərə (s.a.v) Bizanslılarla savaşmasını əmr etmə ərəfəsində nazil olduğu və bu ayənin enməsindən sonra müsəlmanların Təbuq səfərinə çıxdığı söylənmiş olub bu görüş Mücâhid’dən rəvayət edilmiştir. (Bedreddin Çetiner, Esbab-ı Nüzul, Çağrı Yayınları: 1/446)

Həmin vaxt Məkkənin fəthindən sonra Bizanslılar, həmçinin Şam bölgəsində yaşayan və onların himayəsindəki xristian Qassanilər müsəlmanlara hücum etmək üçün planlar cızmış və böyük ordu hazırlamışdılar. Belə ki, xristian ərəblər Bizans kralı Herakla yazdıqları məktubda: “O peyğəmbərlik iddiası ilə ortaya çıxmış  adam var  ha, həmin adam öldü və yoldaşları da qıtlıqdan qırılır. Mal və mülklərindən əsər-əlamət qalmadı! Əgər onları da öz dininə daxil etmək fikrin varsa, bu işin əsl vaxtıdır!” – deyir, onu müsəlmanlara qarşı mübarizəyə təşviq edirdilər.

Bu arada Lahm, Cüzam, Amilə və Qassan kimi qəbilələr də baş qaldırmış, Bizansın gələcəyi təqdirdə onunla birgə hərəkət etməyə söz vermişdilər. Digər tərəfdən Allah Rəsulunun elçisini öldürüb Mutədə qarşısına çıxan Qassan məliki  Şurahbil ibn Amr Mədinəyə hücum etmək üçün fürsət axtarırdı!

Görünür, ortada ümumi bir ssenari vardı. Belə ki, bu yandan da yəhudilər Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib: – Ya Əbal Qasım, – deyirlər, – əgər söylədiklərin doğrudursa, onda Şam tərəfə get. Çünki oralar peyğəmbərlər diyarıdır! [“İsra” surəsinin 76-cı ayəsinin bu fəaliyyətlər barədə nazil oması haqqında fikirlər var. Bax: Taberî, el-Câmiu’l-Beyân, 15/132; Vâhidî, Esbâbu Nüzûli’l-Kur’ân, 1/197; Süheylî, Ravdu’l-Unf, 4/293 və b.]

Zaman seçimi baxımından bunların hamısı başa düşüləndir. İslama kin-küdurət bəsləyən əhli-kitab mənsubları özləri bacarmadıqları üçün o dövrün ən güclü dövlətlərdən biri olan Bizansı hərəkətə gətirmək istəmiş və iştirak etmədən uzaqdan tamaşa ilə məqsədə çatmaq üçün planlarını qurmuşdular. Hadislərin qarşısını ala bilməyən düşmənlər bu son vasitəyə əl atmışdılar.

Bu ərəfədə Şam tərəfdən Mədinəyə gələn bəzi tacirlər Bizansın öncül qüvvələrinin Bəlkaya (İordaniyada bölgə) çatması barədə xəbər gətirmişdilər. Bir cəhətdən bu, onsuz da gözlənilən bir sonluq idi, çünki Bizans o dövrdə dünyaya hökm edən iki dövlətdən biri idi və bu gün olmasa da, sabah mütləq qarşı-qarşıya gələcəkdilər. Çünki İslam yalnız öz ayaqları, öz bünyəsi üzərində inkişaf edirdi və bunu görən “aktyorlar” bu qədər müstəqil bir inkişafı elə asanlıqla həzm etmirdilər.

Burdan anlaşıldığı üzrə Tövbə 29-cu ayənin nüzul olma səbəbi yəhudilər, xristian ərəblər və Bizans dövlətinin Ərəbistan yarımadasında yenicə güclənməkdə olan İslama qarşı savaş açmaq və fitnə-fəsad çıxarmaq niyəti ilə əlaqəlidir. Bu səbəbdən də Allah Təala həmin ayədə “zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər onlarla vuruşun” deyə müsəlmanlara əmr etməkdədir. Belə bir vəziyyətdə həmin ayənin enməsindən sonra Allah Rəsulu (s.a.v) müsəlmanlara döyüşə hazırlıq əmrini vermiş və miladi 630-cu ildə Təbuq səfəri gerçəkləşmişdir.

 

Şeytanların taşlanması ne anlama gelmektedir?

28 Şənbə May 2016

Posted by science1985 in Qurana qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Soru:

Kur’an-ı Kerim yıldızların yaratılmasının nedenini belirterek bilgilerimizi artırmakta ve şöyle buyurmaktadır: “Andolsun biz, en yakın göğü kandillerle donattık. Onları şeytanlara atılan taşlar yaptık ve (ahirette de) onlara alevli ateş azabını hazırladık.” (Mülk, 5). “Biz, en yakın göğü ziynetlerle, yıldızlarla donattık. Onu itaatten çıkan her şeytandan koruduk. Onlar, yüce topluluğu (ileri gelen melekler topluluğunu) dinleyemezler. Kovulmaları için her taraftan taşa tutulurlar.” (Saffat, 6-8). Allah, roketler gibi şeytanların aleyhine kullanılması için kandilleri yaratmıştır. Şeytanların taşlanmasının anlamı nedir?
Kısa Cevap

Yüce Allah Kur’an’da hem mülk ve hem de melekût eksenli konuşmuştur. Çünkü mülk ve melekût ancak insan söz konusu olduğunda ayrı anlamlar kazanmaktadır. Aksi takdirde Allah için mülk ve melekût birdir ve bu ikisinin O’nun önünde hiç bir farklılığı yoktur. Bu yüzden es-sema (gök) kelimesi Kur’an’da bazen melekût âlemi ve meleklerin makamı olarak kullanılmış ve bazen de dünya göğü (bize yakın, maddî ve yıldızlarla dolu olan gök) olarak kullanılmıştır. Örnek olarak zikrettiğiniz ayetlerin bir kısmı şeytanların kovulması ve de hakkın ve vahyin korunmasını beyan eden mecazî ifadelerdir. Bu ayetlerde gök maddî anlamda değildir, bilakis (maddî olmayan) meleklerin bulunduğu ve şeytanların ulaşıp yaratılış sırlarını ve gelecekteki olayları anlamak istediği bir makamdır. Melekler de melekûttaki şeytanların tahammül edemeyeceği bir nurla onları oradan uzaklaştırmaktadır. Ama diğer ayetlerde ise gökten maksat dünyadır. Bu ikisi hiçbir şekilde birbiriyle çelişmemektedir ve Kur’an ayetlerinde hiçbir kusur yoktur.

Ayrıntılı Cevap
Kur’an’da değişik ayetlerde gök küreleri, şahaplar ve şeytanlardan söz edilmiştir. Bu cümleden olmak üzere Yüce Allah şöyle buyurmaktadır: “Gerçekten Biz, gökte burçlar yarattık ve onları seyredenler için yıldızlarla süsledik. Hem onu kovulmuş her şeytandan koruduk. Ancak kulak hırsızlığı edenler olursa, onu da parlak bir ışık (şahap) kovalar.”[1] Bu ayetlerin içeriğinin aynısı Saffat ve Cin surelerinde de zikredilmiştir. Soru şudur: Şeytanlar şahaplar vesilesiyle gökten nasıl kovulmaktadır? “Ancak kulak hırsızlığı edenler olursa, onu da parlak bir ışık (şahap) kovalar” ayeti müfessirlerin tefsirinde çok söz söylediği ayetlerden biridir. Herkes özel bir yol takip etmiş ve belirli bir yorum yapmıştır.[2] Biz burada bu ayetlerin manasının aydınlığa kavuşması için değerli el-Mizan tefsirinde yer alan konulara işaret ediyoruz. Allame Tabatabai şöyle demektedir: “Şeytanların kulak hırsızlığı ve onların şahaplar ile kovulması hakkında müfessirlerin öne sürdüğü açıklamalar yerkürenin göklerini eksene alan ayet ve rivayetlerin zahirinden zihne gelen şeyler esasıncadır; (buna göre) orada meleklerden oluşan bir takım gruplar mevcuttur, bu göklerin her birinin sadece kendisinden girilen bir kapısı vardır, meleklerden bazılarının elinde şahap bulunmakta ve kulak hırsızlığı yapan şeytanları vurmak ve kovmak için beklemektedir! Oysaki bugün bu gibi teorilerin payesiz olduğu ortaya çıkmıştır. Ne böyle gökler, ne bu kapılar ve ne de benzeri şeyler mevcuttur. Burada bir ihtimal olarak söylenecek şey şudur: İlahi kelamdaki bu gibi açıklamalar, duyusal olmayan hakikatlerin aydınlanması için duyusal bir kalıp kullanılarak temsile başvurmak kabilindendir. Nitekim Yüce Allah şöyle buyuruyor: “İşte bu temsilleri biz insanlar için getiriyoruz. Onları ancak bilginler düşünüp anlarlar.”[3] Bu gibi tabirler Kur’an’da çoktur. Arş, kürsü, levha, kitap bu kabildendir. Buna göre meleklerin yeri olan gökten kastedilen şey, bu dünyadan daha üstün ve yüce olan melekût âlemi ve mavera ötesidir. Kulak hırsızlığı için şeytanların göğe yaklaşması ve onlara şahapların fırlatılmasından kastedilen şey de şudur: Onlar yaratılış sırları ve gelecekteki olaylar hakkında bilgi edinmek için meleklerin âlemine yaklaşmak istemektedir, lakin melekler şeytanların üstesinden gelemediği melekûta ait manevî nurlar ile onları kovmaktadır.”[4] Veya kastedilen şudur: “Şeytanlar kendilerini hakka yakınlaştırmakta ve kamuflaj ve hileleriyle onu batıl suretine büründürmeyi veya batıla kamuflaj ve hileyle hak sureti vermeyi istemektedirler. Melekler de onların iplerini pazara çıkarmakta ve herkesin onların kamuflajını anlaması, hakkı hak ve batılı batıl görmesi için apaçık hakkı aşikâr kılmaktadırlar. Yüce Allah’ın şeytanların kulak hırsızlığı yapması ve onların şahapların hedefine maruz kalması kıssasının vahiy melekleri ve vahiy koruyucularının şeytanların müdahalelerinden korunacağını anlatan kısımdan sonra zikredilmesi bir ölçüye dek bizim söylemimizi onaylamaktadır.”[5] Tefsir-i Numune’de de bu hususta şöyle belirtilmektedir:

A. Sema (gök) kelimesi birçok ayette görünen maddî gök manasındadır. Oysaki bazı ayetlerde de kesinlikle manevî gök ve yüce makam manasındadır. Mesela:

1. “Ayetlerimizi yalanlayanlar ve o ayetlere uymayı kibirlerine yediremeyenler var ya, onlara göklerin kapıları açılmaz.”[6] Burada göklerden kastedilen şey temsilen Allah’a yakınlık makamı olabilir.

2. “Görmedin mi, Allah güzel bir sözü nasıl misal getirdi? (Güzel bir söz), kökü sağlam, dalları göğe yükselen bir ağaç gibidir.”[7] Allah’ın örnek sıfatıyla zikrettiği bu temiz ağacın kökü Peygamber (s.a.a), dalı (göğe yükselen dal) Ali (a.s) ve küçük dalları da imamlardır.

Bu gibi ayetlerde gökten maksadın bu görünen gök olmadığı açıktır. Buradan göğün hem maddî ve hem de manevî manada kullanıldığı neticesini almaktayız.

B. Yıldızlar gökte görünen parlak cisimler anlamıyla maddî bir mefhuma ve toplumları aydınlatan bilgin ve şahsiyetlere işaret olarak kullanılma anlamıyla da manevî bir mefhuma sahiptir. Nitekim insanlar çöl ve okyanusların ortasında gece karanlığında yollarını yıldızlar sayesinde ve toplumda da insanlar yaşam ve saadet yolunu bilginler ve bilinçli ve imanlı önderler aracılığıyla bulmaktadırlar. Birçok ayet ve rivayette yıldızlar belirtilen ikinci manaya göre kullanılmıştır. Mesela Ali b. İbrahim’in tefsirinde “O, sayelerinde, kara ve denizin karanlıklarında yolunuzu bulasınız diye sizin için yıldızları yaratandır”[8] ayetinin altında İmam Bakır’ın (a.s) “yıldızlardan kasıt Peygamberin ailesidir”, sözü nakledilmiştir.[9]

C. İlgili ayetlerin tefsiri hakkında zikredilen değişik rivayetlerden anlaşıldığı kadarıyla şeytanların göklere çıkmasının yasak kılınışı ve yıldızlar vesilesiyle kovulmaları Peygamberin (s.a.a) doğumu sırasında gerçekleşmiştir. Hakeza onların bazılarından da İsa’nın (a.s) doğumu sırasında onların bir ölçüye kadar yasaklandığı ve Peygamberin (a.s) doğumundan sonra ise tamamen yasaklandıkları anlaşılmaktadır.

Belirttiklerimizin bütününden hareketle şöyle denilebilir: “Sema” burada manevî mefhuma işaret etmekte ve temsilen hak, iman ve maneviyat göğü ifade edilmektedir. Şeytanlar her zaman bu alana girmek ve türlü vesveseler ile gerçek mümin ve hak destekçilerinin kalbine sızmak için çalışmaktadırlar. Ama peygamberler ve imamlardan yollarına bağlı bilginlere dek ilahi erler güçlü ilim ve takva nurlarıyla onlara hücum etmekte ve onların bu göğe yakınlaşmasını engellemektedir. Göğe çıkmak ve sırlardan haberdar olmak hususları arasındaki irtibattan bu ayetlerdeki göğün manevî gök (melekut âlemi) olduğu anlaşılmaktadır; zira bu maddî gökte (yeryüzünde de gözlemlenebilen yaratılışın enteresan yönleri dışında) özel bir bilginin olmadığını bilmekteyiz. Şahabın sadece yerküre atmosferinde ortaya çıktığı konusu da dikkate değerdir; zira şahap taş parçalarının yerküre etrafındaki havaya çarpıp alevlenmesi neticesinde ortaya çıkmaktadır. Yerküre atmosferinin dışında başka bir yerde şahap yoktur. Elbette yerküre atmosferinin dışında hareket halinde olan taşlar vardır, ama onlara şahap denmemektedir. Sadece yerküre atmosferine girip sıcak olmaları ve alevlenmeleri durumunda ve de insanın gözleri önünde bir ateş çizgisi şeklinde görünmeleri halinde onlara şahap denmektedir. Onlar hareket halinde olan yıldızlar gibi tasavvur edilirler. Yanı sıra bugünkü insanın defalarca bu yerküre atmosferinden dışarı çıktığını, ondan çok ötelere gittiğini ve aya ulaştığını da bilmekteyiz. Bundan dolayı eğer Kur’an-ı Mecid’teki şahaptan kastedilen şey, görünen bu maddî şahap ve maddî gök ise, bu bölgenin bilginler tarafından keşfedildiğini ve burada esrarengiz bir hususun olmadığını söylemek gerekir. Dolayısıyla gökten kastedilen şey hak ve hakikat göğüdür. Şeytanlar bu göklere ulaşmak, kulak hırsızlığı yapmak ve insanları yoldan çıkarmak isteyen vesvesecilerdir. Yıldız ve şahaplar ise kalemlerinin güçlü dalgalarıyla şeytanları geriye püskürten ve kovan ilahî önderler ve bilginlerdir. Elbette Kur’an sonsuz bir denizdir ve gelecekteki bilginlerin bu ayetler hakkında bugün ulaşamadığımız bir takım hakikatlere ulaşması da muhtemeldir.[10] Bu tefsire şöyle bir eleştiri yapılabilir: Bu ayetlerde “es-semau’d-dünya” (dünya göğü) kelimesi kullanılmıştır ve bu tefsirler gökten kastedilenin yıldızlarla dolu bize yakın maddî gök olduğunu açıkça belirtmişlerdir. O halde “es-semau’d-dünya” ile derin bir irtibatı olan ayetin sonunu nasıl manevî gök olarak tefsir edebiliriz? Bu tefsirde çelişik olmak değil midir?

Cevap: Bu eleştiri, bizim Allah’a da insanî ve maddî gözle bakmamız ve bu yüzden insanî kısıtlılıkları gaflette bulunarak O’na da isnat etmemizden kaynaklanmaktadır. Oysaki insanın görme dairesi sınırlı olduğundan ve tüm âlemleri göremediğinden mülk ve melekût âlemleri iki ayrı ve farklı âlem olarak ona yansımaktadır. Hâlbuki Allah için mülk ve melekut birdir. Bu yüzden Kur’an ayetleri hem mülk âlemi ve hem de melekût âlemi hakkında söz söylemektedir. “And olsun ki biz, Dünya semasını (veya en yakın semaı) kandillerle süsledik”[11] diye buyurduğunda “dünya semasından kastedilen bize yakın maddî gök ve mülk âlemidir. Ama devamında “onları şeytanlara atılan taşlar yaptık”[12] diye buyurmasıyla da müfessirlerin görüşüne göre melekût âlemini kastetmiştir.
[1] Hicr, 16-18. وَ حَفِظْناها مِنْ کُلِّ شَیْطانٍ رَجِیمٍ. إِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهابٌ مُبِینٌ

[2] Mekarim Şirazi, Nasır, Tefsir-i Numune, c. 11, s. 43.

[3] Ankebut, 43, وَ تِلْکَ الْأَمْثالُ نَضْرِبُها لِلنَّاسِ وَ ما یَعْقِلُها إِلَّا الْعالِمُونَ

[4] Tabatabai, Seyid Muhammed Hüseyin, el-Mizan, c. 17, s. 130 (Saffat suresi ayetlerinin altında).

[5] Tabatabai, Seyid Muhammed Hüseyin, el-Mizan Fi Tefsiri’l-Kur’an, c. 17, s. 124 ve 125, Defter-i İntişarat-ı İslamî Camia-i Müderrisin-i Havza-i İlmiye-i Kum-Kum, çap-ı pencom, 1417 k, tercüme-i el-Mizan, c. 17, s. 187.

[6] A’raf, 40, إِنَّ الَّذِینَ کَذَّبُوا بِآیاتِنا وَ اسْتَکْبَرُوا عَنْها لا تُفَتَّحُ لَهُمْ أَبْوابُ السَّماءِ ”

[7] İbrahim, 24, « أَ لَمْ تَرَ کَیفَ ضَرَبَ اللَّهُ مَثَلًا کَلِمَةً طَیبَةً کَشَجَرَةٍ طَیبَةٍ أَصْلُها ثابِتٌ وَ فَرْعُها فِی السَّماءِ »

[8] En’am, 97.

[9] Meclisi, Muhammed Bakır, Biharu’l-Envar, c. 24, s. 77.

[10] Mekarim Şirazi, Nasır, Tefsir-i Numune, c. 11, s. 41-51, Daru’l-Kütübi’l-İslamiye-Tahran, çap-ı evvel, 1374 ş. (özetle).

[11] Mülk, 5.

[12] Mülk, 5. 

Yer və göylər 6 yoxsa 8 gündə yaradıldı?

23 Çərşənbə Mar 2016

Posted by science1985 in Qurana qarşı iddialara cavablar

≈ Bir şərh yazın

İddia: 

Quranda Yerin və göyün yaranması bəzi ayələrdə altı gün, bəzilərində isə səkkiz gün deyə keçir. Bu ayələr arasında ziddiyətin olduğunu göstərir. 
Məlum ayələr:  

Rəbbiniz, göyləri və yeri altı gündə yaradandır. (Ə’raf 54)

O, göyləri və yeri altı gündə yaradandır. (Hud 7)

Rəbbiniz, göyləri və yeri altı gündə yaradandır. (Yunus 3)

Bu ayələrdə isə guya 8 gündə yaradıldığı deyilir: 

(Ya Peyğəmbər!) De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!

O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. (Yaxud yerin və yer üzündə olanların neçə gün ərzində yaradıldığını soruşanlar bilsinlər ki, Allah onların hamısını birlikdə dörd gündə xəlq etdi).

Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.

Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. (Beləliklə, iki gün ərzində yer, sonra iki gün ərzində yer üzündə olanlar, daha sonra iki gün ərzində göylər xəlq edildi. Kainatın yaradılması altı gün ərzində başa çatdı). O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu şeytanlardan, hər cür bəladan) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)!”(Fussilət 9,10,11,12)

CAVAB: 

Burada ayələr arasında ateistlərin iddia etdiyi kimi heç bir ziddiyət yoxdur. “Qurani Kərimdə ziddiyət var” demək əslində boş bir iddiadan başqa bir şey deyil ! Diqqətlə fikir versəniz Fussilət surəsi 9-12 ci ayələrdə ateistlərin iddia etdiyi kimi 8 gün deyil, 6 gün keçir. YER VƏ ÜZƏRINDƏ OLANLARLA BIRLIKDƏ DÖRD GÜNDƏ TAMAMLANDI. Göylər də iki gündə cəmi altı gün edir. Bütün ayələrdə 6 gün keçir. Fussilət surəsində də həmçinin 6 günə yarandığı qeyd edilib . Bunun ikisi yer, ikisi yerin üzərində olanlar, iki gündə də göylər. Hamısı birlikdə altı gün edir.

Məsələn:

Bakıdan Beyləqana 10 saata, Gəncəyə də 14 saata getdim dedikdə, Beyləqan- Gəncə arası məsafənin 14 saat olduğunu demək heç bir ağıla məntiqə sığmaz. Beyləqan Gəncə arası məsafə burada 14 -10 = 4 saat olduğu gün kimi aydındı. Ateistlərin iddia etdiyi kimi fikirləşsək əgər Bakı Beyləqan arası 10 saat , Beyləqan -Gəncə arası 14 saat olsa , Bakı -Gəncə arası məsafə cəmi 24 saat olar bu da ki ,ciddi bir səhvdi. Çünki Bakı ilə Beyləqan arası 10 saat , Beyləqan ilə də Gəncə arası isə 4 saatdı.  

Eyni Fussilət surəsindəki məlum ayələrdə də vəziyyət belədi. İki gündə yeri, iki gündə yer yer üzərində olanlar (qidaları və s.) cəmi dörd gün edir,iki gün də göylər. Cəmi 6 gün. İddia edilən 8 gün hardan çıxdı bəs?  

Necəki əsrlər öncə yaşamış Təfsir alimi Beydavi də belə açıqlayır:

Orada [yer üzündə hər məxluqatın] qidalarını [iki gün yerin yaradılışı ilə birgə cəmi] dörd gündə yaratdı.

Quranın Elmaili Hamdi Yazır təfsirində Fussilət surəsi 10-cu ayənin təfsiri:

“10- Hem onda üstünden baskılar yaptı; dağlar, yeryüzünün kabuğunu tabanına çiviler gibi kazıklar. Bu “vav”, istinafiyedir, fiiline atıf değildir, çünkü fasıl vardır. Ve onda bereketler meydana getirdi. Yeryüzünde hayır ve hayrata elverişli şeyler, sular madenler, doğma ve gelişme kuvvetleriyle bitkiler ve hayvanlar gibi feyz ve bereket kaynaklarını yetiştirdi. Ve onda azıklarını da takdir buyurdu, yani bitkilerin ve hayvanların yaşamak için muhtaç oldukları yağmur ve diğer hasılatı da miktar ve sayılarıyla tayin buyurup yeryüzünde biçimine koydu. Dört gün içinde, yani bütün bunları dört gün içinde yaptı. Yahut dört gün içinde olarak yaptı. Önceki “iki”de içinde dahil olmak üzere, “dört” ki, bunda da gösterdiğimiz şekilde öbürleri gibi iki mânâ vardır. Birisi, madenlerin ve dağların yaratılması nöbeti, biri de bitkilerin ve hayvanların yaratılması nöbeti ki iki önceki ile dört olur. Birisi de dan hal olmasıdır ki, dört mevsimi göstermiş olur, bu şekilde önceki iki burada dahil olmuş bulunur. Benim aciz anlayışıma göre burada bu mânâ, öbüründen daha ön plânda, ifadenin akışına daha uygundur. Çünkü yeryüzünün bereketleri ve rızıkları her sene bu dört mevsim içinde yetişir. Sayısı ve miktarı ile biçimini bunlar içinde alır, bu sebepten dolayı nin, ve fiillerine bağlanması dahi aynı mânâyı ifade edebilir. Ve bu mânâca şu kayıt da açık olur. Bütün araştıranlar için eşit olmak üzere dört gün, çünkü her yerde rızık isteyenlerin hepsinin rızkı bu dört mevsim içinde yetişir, rızıklar eşit olmazsa da günler eşittir. Dört mevsim hepsi için dörttür. Burada ye müteallık (bağlı) olmaması ve meseleyi soranlar mânâsına olması da düşünülebilir.”

Quranda miras bölgüsündə riyazi xəta varmı?

14 Bazar ertəsi Mar 2016

Posted by science1985 in Qurana qarşı iddialara cavablar

≈ Bir şərh yazın

“Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım” ayəsinin izahı

25 Cümə axşamı Fev 2016

Posted by science1985 in Qurana qarşı iddialara cavablar

≈ Bir şərh yazın

Möhtərəm müsəlmanlar! Uca Rəbbimiz belə buyurur:“Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat,56) 

Demək ki, cinlər kimi bizlər də yalnız ibadət etmək üçün yaradılmışıq. Bəs ibadət sadəcə namaz, oruc, həcc, zəkat və sairdənmi ibarətdir. Xeyir. İbadət sözü geniş mənadadır. Məsələn: Doğru söyləmək, əmanəti əhlinə təslim etmək, ata-anaya yaxşılıq etmək, qohum əqrabanı, dost tanışları ziyarət etmək, müqaviləni pozmamaq, yaxşılığı əmr etmək və pisliklərdən çəkindirmək, qonşuya, yetimə, kasıba yaxşılıq etmək ibadətdir. Dua, zikr, Quran oxumaq ibadətdir. Allah və Rəsulunu sevmək, Allaha tövbə etmək ibadətdir. Allahın hökmlərinə, qədərə səbr etmək, nemətlərinə şükr etmək, bağışlamasını ümid etmək və əzabından qorxmaq, bütün bunların hamısı ibadətdir. 

Uzun tarixlər boyunca müsəlmanların başına gələnlər və bu gün bizim başımızda olan bir çox müsibət, sadəcə ibadət anlayışındakı azma səbəbinə görədir. Çünki bir çoxusu ibadətin sadəcə namaz, oruc, həcc, zəkat kimi şeylərdən ibarət olduğunu fikirləşir. Ona görə də ibadət edərkən, başqa saleh əməlləri tərk edər. Saleh bir əməl edərkən də ibadəti tərk edər. Belələri bəzən “özəl həyatımıza, qadının geyiminə, faizlə alış-verişə din niyə qarışmalıdır ki?” deyər. İslamın bütün bəşəriyyətə Allah tərəfindən göndərilmiş bir həyat tərzi olduğunu unudar və dini sadəcə məscidin divarları arasında olduğunu zənn edər. Buna görə də, namaz qılan, oruc tutan və Quran oxuyan bir müsəlmanın saxtakarlıq etməkdən, faizlə alverdən və ya zülm etməkdən uzaq durmadığını, namaz qılan, oruc tutan bir çox kişi və qadının şəriətə müxalifət etdiyinin də şahidi oluruq. 

Əziz Müsəlmanlar! Yaşamaq üçün lazım olan əməllər, saleh niyyətlə böyüyür və ibadət oluncaya qədər yüksəlir. Eyni şəkildə mübahlar da əməl dəftərinə ibadət olaraq yazılır. Əkinçi tarlasında, fəhlə fabrikində, tacir dükanında, məmur iş yerində, həkim xəstəxanada, müəllim məktəbdə və ya hər hansı bir işin sahibi öz işini, ibadət halına gətirə bilər. Əgər iş ibadət olarsa, o zaman əkinçi də, fəhlə də, tacir də və ya hər hansı bir iş sahibi işinə məsuliyyətlə yanaşar, xəyanət etməz. Bu zaman həm də keyfiyyətli iş və xalqa xidmət ortaya çıxmış olar. Usta “Əşi bas getsin, onsuz da öz evimiz və ya maşınımız, qapı-pəncərəmiz, telefonomuz deyil ki” deməz! Müəllim dərsinə gecikməz, dərsə zəngdən neçə dəqiqə sonra girib, dərsdən də zəngdən neçə dəqiqə əvvəl çıxmaz. Dərsdə şagirdlərə və ya tələbələrə faydalı olmağa çalışar, onların qızıl kimi vaxtını lağ-lağa ilə israf etməz. Yoxsa aldıqları maaşın bir hissəsi haram olar və axirətdə hesaba çəkilərlər. İçimizdə belələri varsa qazanclarının bir hissəsini sədəqə versinlər ki, haram yemiş olmasınlar. 

Bu ibadətin geniş mənasıdır. Bu cür saleh niyyət müsəlmanı xeyir və rəhmət, fayda və bərəkət fışqıran bir bulaq halına gətirər. Müsəlmanın Allaha ibadət, xalqa və millətə xidmət üçün əzmini artırar. Gözü yaşlı olanların gözünü silər, sıxıntıda olanın sıxıntısını azaldar, fəlakətə düçar olanın yarasını sarıyar, ac olanın qarnını doydurar, zülmə məruz qalanı müdafiə edər, üzr istəyənin xətasını əfv edər, ağır bir borc altında olanın borcunu ödəyər, yolunu azana yol göstərər, bilməyənə öyrədər, yoldan əziyyət verən şeyləri qaldırar, daima insanlara yaxşılığı əmr edər və pisliklərdən çəkindirər və o bunların hamısını ibadət duyğusu içində, Rəbbinin razılığını, cənnətini qazanmaq üçün edər. 

Əziz Möminlər! Hər gün ümmətin, xalqın, millətin binasına sağlam bir kərpic qoya bilərsiniz. İbadət və yaxşılıq xananıza sizə adi və tərəzidə yüngül görünən, amma, axirət tərəzisində ağırlığı və dəyəri olan əməllər əlavə edə bilərsiniz. Allah Rəsulu s.a.v: “Sizə orucun, namazın və sədəqənin dərəcəsindən daha üstün bir əməl bildirimmi? demiş, səhabələr də bəli ey Allahın Rəsulu demişdilər. Allah Rəsulu “İki adamın arasını düzəltməkdir. İki adamın arasını vurmaq isə (dini) kökündən qazıyar” buyururmuşdur. (Əbu Davud)

Başqa bir hədisdə: “Kim Allah üçün bir xəstəni və ya qardaşını ziyarət edərsə, bir carçı ona belə sözləyər: Sən də, yürüyüşün də qəbul oldu və cənnətdə özünə bir yer hazırladın”(Tirmizi). 

Muslim səhihində Əbu Hureyrə (r.a) Allah Rəsulunun belə dediyini rivayət etmişdir. “Bir adam yolda gedərkən tikanlı bir budaq gördü və onu alıb yoldan kənara atdı. Etdiyinin əvəzi olaraq Allah onu bağışladı” 

Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun. İbadəti pozan və savabını yox edən şeylərdən çəkinin. Bunlardan birisi də Allaha şirk qoşmaqdır. Riya və göstərişdir. Rabbimiz belə buyurur: “Əgər onlar Allaha şirk qoşsaydılar, etdikləri əməlləri boşa gedərdi”. (Muslim)

İnsanlara zülm etmək, canlarına, mallarına, və namuslarına təcavüz etmək də, savabları boşa çıxaran əməllərdəndir. 4 şahid olmadığı halda bir adama zinakar demək də belədir. Uca Allah Kitabında bir kəsə zinakar demək üçün 4 şahidin gətirilməsini istəyir. Kamerada görmək, kimlərinsə deməsi, onları yan-yana çılpaq yatdıqlarını görmək belə keçərli deyildir. 4 şahidin dördünün də eyni anda, hadisəni gözləri ilə görmələri şərtdir. Uca Allah bunu belə çətin şərtlərə bağlamışdır ki, möminlər görmədikləri bir şeyi ətrafa yaymasınlar. Allah şübhəsiz bunun hesabını axirətdə mütləq soruşqcaqdır. Çünki, Quranda heç bir hökm boş-boşuna endirilməmişdir.Bir kəsə zinakar deyib 4 şahid gətirə bilməyənlərin cəzasını Uca Allah belə bildirir: “İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt (əbədiyyən) qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir. Bundan sonra tövbə edib özlərini islah edənlər istisnadır. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir! (Nur, 3-4)

Rasulullah s.a.v belə buyurmuşdur: “Ümmətimdən iflas edən kimsə odur ki, qiyamət günündə namazla, orucla, zəkatla gələcək. Haqsız yerə birinə söymüş, birinə iftira etmiş, birinin haqqını yemiş, birinin qanını tökmüş, bir digərini isə döymüşdür. Bu adamın savablarından alınıb onlara verilir. Savabları qurtarar, ancaq yenə üzərində haqlar qalarsa, onların günahlarından alınıb buna yüklənir. Sonra da cəhənnəmə atılır”(Muslim) 

Başqa bir hədisdə “İnsan, heç bir problem görməyərək Allahı qəzəbləndirən bir söz söyləyər və bu söz səbəbi ilə cəhənnəm atəşində 70 illik bir məsafəyə aşağı enər”(İbn Macə)

İbadəti pozan və savabını yox edən şeylərdən birisi də Uca Allahın yerinə höküm verməkdir. Allah Rasulu belə buyurmuşdur: “Bir adam belə deyər: Allaha and olsun ki, Allah flankəsi bağışlamaz. Allah t. belə buyurar: Flankəsi bağışlamayacağam deyə mənim adıma and içən kimdir? Şübhəsiz mən flanı bağışladım və sənin əməlini boşa çıxardım” deyər.(Muslim) 
Ey Möminlər! Bütün bədən üzvlərinizlə Allaha qulluq edin. Allah üçün baxın, Allah üçün qulaq asın. Dilinizi daim zikirlə və Allahın sevdiyi gözəl sözlərlə məşğul edin. Yalan şahidlikdən, başqasını ayıblamaqdan və qeybətdən uzaq durun. Yaxşılığı əmr etmək, pisliklərdən çəkindirmək və insanların arasını barışdırmaq kimi gözəl əməllər edin. Əllərinizi və ayaqlarınızı Allahın razılığını qazandıracaq işlərdə istifadə edin. Çünki Yasin surəsində Uca Allah buyurmuşdur ki, “Onların elədiklərinə ayaqları şahidçilik edəcək” (Yasin 65) Ayaqlarınızla, cümə və camaat namazına, halal ruzi qazanma dalınca gedin. Qiyamətdə ayaqlarınız məscidə namaz üçün getdiyinizə və digər saleh əməllər üçün yeridiyinizə şəhadət versin. Günah iş üçün yürüyən ayağınızı sındırın və bu ayəni tez-tez təkrarlayın De:”Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” 

49.267299 2.453321

QURANIN ALLAH KƏLAMI OLMASININ SÜBUTLARI

31 Bazar Yan 2016

Posted by science1985 in Qurana qarşı iddialara cavablar

≈ Bir şərh yazın

İslamofob ateistlərə görə Quran kimi mükəmməl kitabı heç bir məktəb oxumayan, oxuma-yazma bilməyən Hz Muhamməd özündən yazmışdır. Üstəlik peyğəmbərimiz (s.a.v) Quranı yazarkən antik yunan və çin fəlsəfəsini mənimsəmiş, bir sözlə bütün şumer və babillərin əsərlərini oğurlayaraq Qurana yazmışdır.
Üstəlik heç bir texnikanın inkişaf etmədiyi dövrdə insan ruşeyminin inkişaf mərhələlərini, kainatın genişlənməsini, nisbilik nəzəriyyəsini (zamanın nisbiliyi), dəmirin yer elementi olmadığını və s-nı da bilmiş və Qurana köçürmüşdür.

Ateistlərin bu iddialarını görəndə adamın onların udaraq sərf etdiyi oksigenə heyfi gəlir. Çünki, Allah-Təalanın yaratdığı oksigeni udan, suyunu içən, hər cür naz-nemətlərini mənimsəyən ateistlər, utanmadan Allahı və Onun kitabını saxta və gülüncdoğuran fərziyyələrlə inkar edirlər.

Beləliklə, növbəti yazımızda Quranın Allah kəlamı olmasını sübut edən əsas doqquz fakta toxunmuşuq. Oxuyan hər kəsə əvvəlcədən təşəkkür edirik!)

1. HEÇ TƏHSİL VƏ TƏLİM GÖRMƏMİŞ ADAMIN KİTAB, HƏM DƏ QURANİ KƏRİM KİMİ BİR MÖCÜZƏ KİTAB YAZMASI MÜMKÜNDÜRMÜ?

Quranın səmavi kitab olmasının, onun Allah Kəlamı olmasının ən təkzibedilməz sübutu elə Quranın özüdür. Qurani Kərimdə peyğəmbərimizə (s.a.v) xitabən Allahın (c.c) buyurduqlarından birinin mənası belədir: ƏGƏR QULUMUZA ENDİRDİYİMİZ (BU QURANA AZACIQ DA OLSA) ŞÜBHƏNİZ VARSA, BUYURUN, ONUN KİMİ BİRCƏ SURƏ GƏTİRİN. ALLAHDAN BAŞQA ŞAHİDLƏRİNİZİ (KÖMƏKÇİLƏRİNİZİ) DƏ ÇAĞIRIN. ƏGƏR İDDİANIZDA DOĞRU İSƏNİZ” (BƏQƏRƏ, 2/23)

Tarixdən hamıya yaxşı məlumdur ki, Peyğəmbərimiz hələ anadan olmamış atası, anadan olandan bir müddət sonra isə anası vəfat etmiş, qohum-əqrabasının himayəsində böyümüşdür. Ömrü boyu təhsil görməmiş, nə yazmaq, nə də oxumaq bacarmışdır. Qurani Kərimdə bu barədə olan Ayədən də bunu öyrənirik: “SƏN BUNDAN ÖNCƏ NƏ BİR KİTAB (YAZI) OXUYAR, NƏ DƏ ƏLİNLƏ ONU YAZARDIN. ELƏ OLSAYDI, BATİLƏ UYANLAR, ŞÜBHƏ EDƏRDİLƏR.” (ƏNKƏBUT, 29/48)

“SƏN (ÖNCƏDƏN) KİTAB NƏDİR, İMAN NƏDİR BİLMƏZDİN” (ŞURA, 42/52) deyərək, Onun oxuyub yazmasının olmadığını bəyan və elan etməkdədir. Peyğəmbərimizin tarixindən də bildiyimiz və tarixi faktların da təsdiq etdiyi kimi, müşriklər belə onların arasında böyüyüb başa çatan həz Muhammədin (s.a.v) heç bir təhsil görmədiyi, oxuma-yazma bilmədiyini etiraf etmişlər.

2. OXUMAQ-YAZMAQ BİLMƏYƏN BİR ADAMIN QURANİ KƏRİM KİMİ BÜTÜN ELMLƏRDƏN BƏHS EDƏN BİR KİTAB YAZMASI İNANDIRICIDIRMI?

Heç elə bir yazıçı olarmı ki, tarixi hadisələrdən bəhs etsin, hadisələri bütün təffərrüatı ilə şərh etsin, sonra da “mən bunları izah edirəm, amma nə o hadisələrin içində olmuşam, nə də o haqlarında heç nə oxumamışam,” desin? Belə bir şey heç mümkündürmü? HALBUKİ, QURANİ-KƏRİM HƏM PEYĞƏMBƏRİMİZİN (s.a.v) SAVADININ OLMADIĞINI, ƏVVƏLLƏR ƏLİNƏ BİR KİTAB ALIB OXUMADIĞINI, HƏR HANSİ BİR KİTAB YAZMADIĞINI BİLDİRİR (ƏNKƏBUT, 29/48), çox-çox qədimdə baş vermiş hadisə və əhvalatlar haqqında xəbər verə-verə peyğəmbərliyindən əvvəl o hadisələr haqqında heç bir məlumatı olmadığı bildirir. (Al-i İmran, 3/44, Hud, 11/49, Kasas, 28/44). Bunlar Quran nazil olanadək də Məkkəlilərə yaxşı məlum idi. Hz Muhamməd (s.a.v) onların gözü qarşısında böyüyüb 40 yaşına çatmışdı.

Oxuma yazması olmayan, əvvəllər əlinə kitab almayan, beləliklə də, uzaq keçmişdə baş verən hadisələrdən xəbərsiz olan bir adamın elmin hər sahəsində çox dəqiq məlumatlar verməsi, həm də təkcə öz dövrünə və ona yaxın əsrlərə aid olanı deyil, min, min beş yüz il sonra ediləcək kəşflər barədə məlumatlar verməsi O şəxsin Allah tərəfindən məlumatlandırıldığını və Allahın Rəsulu (s.a.v) olduğunu sübut etmirmi?

3. BUNDAN BAŞQA, DİLÇİLİK ELMİ İLƏ AZ-ÇOX TANIŞ OLAN, ƏRƏB DİLİNƏ BƏLƏD OLAN HƏR KƏS QURANİ KƏRİMİN İFADƏ VƏ BƏYAN TƏRZİ İLƏ PEYĞƏMBƏRİMİZİN (s.a.v) İFADƏ VƏ BƏYAN TƏRZİ ARASINDA KƏSKİN FƏRQ OLDUĞUNU DƏRHAL GÖRÜR VƏ HİSS EDİR.

Quranın ifadə və bəyan tərzi ilə hz. Muhəmmədin (s.a.v) ifadə və bəyan tərzi arasındakı fərq asanlıqla sezilir. QURANIN BƏLAĞƏT (xitab etdiyi kəslərə görə uyğun və tam yerində düzgün həqiqət olan gözəl söz söyləmə sənəti) VƏ FƏSAHƏTİNƏ (doğru və düzgün söyləyiş. Açıq və gözəl danışmaq) ÜSTÜN İFADƏ GÜCÜNƏ HEÇ BİR İNSANIN YETİŞMƏSİ MÜMKÜN DEYİLDİR. Onun digər yönləri kimi, bu yönünü də izah etmək üçün əsrlər boyu elmi tədqiqatlar aparılmış, cild-cild elmi əsərlər yazılmışdır. Məsələn, sadəcə bir “ƏLHƏMDULİLLAH” sözünün izahı ilə əlaqədar neçə-neçə kitablar yazılmışdır.

Qurani-Kərimdə seçilən hər bir kəlimə və hərfin yeri, sayı, səs və daxili musiqi ahəngi, yerləşdiyi yer və bütün QURANLA OLAN MÜNASİBƏT VƏ BAĞLANTI O QƏDƏR RƏNGARƏNG, O QƏDƏR MÜXTƏLİFDİR Kİ, ONLAR BİR RƏSM ƏSƏRİNDƏ EYNİ RƏNGLƏRİN MÜXTƏLİF ÇALARLAR İFADƏ ETMƏSİNƏ BƏNZƏYİR. Belə olan halda, on beş əsrə yaxın dövrdə həm müsirlərinin, həm də bugünədək yaşamış nəhəng elm adamlarını, ədibləri, filosofları, siyasətçiləri heyrətə salan Qurani-Kərim kimi bir kitabı savadsız biri necə yaza bilərdi?

4. QURANIN ƏVƏZSİZ ŞERİYYƏTİ O DÖVRDƏ VƏ İNDİYƏDƏK YAŞAYAN BÜTÜN ŞAİRLƏRİ HEYRƏTƏ SALMIŞDIR.

Quranın nazil olduğu dövrdə şer o qədər geniş yayılmışdı ki, insanlar bir-birləri ilə söhbətlərində, hətta mübahisələrində belə bir-birlərinə az qala şerlə müraciət edir, şerlə cavab verirdilər. Məkkə şəhəri və onun ətrafında hər il şer müsabiqələri keçirilir, bəyənilən şerlər qızılı hərflərlə yazılıb, Kəbə divarına asılırdı. Milli qəhraman səviyyəsində qəbul edilən şairlərin sözlərinin təsiri ilə bəzən qəbilələr bir-birinə qılınc çəkir, vuruşur və ya barışırdılar.

Məkkəlilərin gözü qarşısında boya-başa çatmış hz. Muhəmmədin (s.a.v) o zamanacan nə şerlə, nə qafiyə ilə, nə də nəsrlə məşğul olmaması hamıya bəlli idi. Halbuki, onun dilindən ifadə edilən Quranın möcüzəvi və ecazkar ifadələri nə Onun, nə də başqasının ifadələrinə bənzəmir, nə şerin, nə qafiyənin, nə də nəsrin ölçülərinə uyğun gəlməməklə yanaşı, öz orijinallığı ilə hər kəsi bir növ sehrləyirdi. Buna görə də o dövrün ən məşhur şairləri də Quran haqqında danışanda etiraf edib deyirdilər: “Şer desək, şer deyil, qafiyə desək, qafiyə deyil, kahin sözü desək, o da deyil, cinlərin əsərinə heç bənzəmir.”

İş o yerə çatdı ki, o zamanın məşhur şairlərindən Xansa və Ləbid kimi haqpərəstlər müsəlmanlığı qəbul etdikdən sonra şer yazmaqdan birdəfəlik əl çəkdilər. Onlardan şer oxumağı xahiş edənlərə Qurandan bir surə yazıb göndərir və Quranı oxuduqdan sonra “mən şer yazmaqdan həya edirəm,” cavabını verirdilər.

5. QURANIN NAZİL OLMASI İLƏ ƏRƏB DİLİNDƏ ELƏ BİR SIÇRAYIŞ, ELƏ BİR İNQİLAB BAŞ VERDİ Kİ, İNDİYƏDƏK DÜNYA DİLLƏRİNİN HEÇ BİRİNDƏ BELƏ BİR HADİSƏYƏ RAST GƏLİNMƏMİŞDİR.

Çox qəribədir ki, şeriyyətin çox geniş yayılmasına baxmayaraq, o zaman ərəb dili metafizik mənalar, elmi, dini və fəlsəfi məfhum və ifadə şəkillərindən, mədəni bir lüğətdən məhrum idi. Sadəcə çöl bədəvisinin duyğu və düşüncələrini onun dar həyatını ifadə etməyə yarayan bu dil Quranla birdən-birə elə bir qiymət və zənginlik qazandı ki, elmi, iqtisadi, hüquqi, ictimai, siyasi, idari və metafizik-bütün mövzu və məsələləri ifadə edə biləcək bir səviyyəyə çatdı.

Dil tarixində belə bir hadisəyə rast gəlmək mümkün deyildir. Belə bir FİLOLOJİ İNQİLABI nəinki məktəb üzü görməmiş birisindən, heç yüzlərlə DİLÇİ ALİMDƏN DƏ GÖZLƏMƏK MÜMKÜN DEYİLDİR.

6. ƏRƏB DİLİ VƏ DİLÇİLİK ELMİNDƏN AZACIQ XƏBƏRDAR OLAN HƏR KƏS QURANİ KƏRİMİN DİL VƏ İFADƏ BAXIMINDAN BƏNZƏRSİZLİYİNİN ŞAHİDİ OLA BİLƏR.

Ərəb dili və dilçilik elmindən azacıq xəbərdar olan hər kəs Qurani-Kərimi diqqətlə tədqiq edərsə, onun dil və ifadə baxımından heç bir kitaba bənzəmədiyinin şahidi olacaqdır. Digər tərəfdən, üslub, məna və məzmun baxımından da Quranın bənzərinə, ya da onunla müqayisə edilə biləcək ikinci bir kitaba rast gəlmək mümkün deyildir. O zaman belə bir fərqli qənatə gəlmiş oluruq: Quran indiyədək yazılmış bütün kitablardan üstündür.

İndi ki, on beş əsrə yaxın dövrdə insan Quranın bir surəsinin belə bənzərini yaza bilməmişdir, buna gücü çatmamışdır, o zaman Quran insan ağlının, istedadının məhsulu deyildir. Allah kəlamı olan Qurani-Kərim bunun əksi olan fikrin müəlliflərinə meydan oxuyur: “YOXSA DEYİRLƏR ONU (MUHAMMƏD) UYDURDU? DE Kİ: ƏGƏR SİZLƏR DOĞRU İSƏNİZ ALLAHDAN BAŞQA (ÇAĞIRMAĞA) GÜCÜNÜZÜN ÇATDIQLARININ HAMISINI ÇAĞIRIN, HEÇ OLMAZSA, ONA BƏNZƏYƏN SURƏ GƏTİRSİNLƏR” (YUNİS, 10/38)

7. İNDİYƏDƏK QURANIN BİR SÖZÜNÜN BELƏ YANLIŞ, XƏTALI OLDUĞUNU BİR AYƏNİN DİGƏR AYƏNİ TƏKZİB ETDİYİNİ SÜBUT EDƏN BİRCƏ FAKTA DA RAST GƏLMƏK MÜMKÜN OLMAMIŞDIR.

Yenə də Qurani Kərimə müraciət edək: “HƏLƏ DƏ QURAN HAQQINDA LAZIMINCA DÜŞÜNMÜRLƏRMİ? ƏGƏR O, ALLAHDAN BAŞQASI TƏRƏFİNDƏN GƏLMİŞ OLSAYDI, ONDA BİR ÇOX UYĞUNSUZLUQLAR TAPARDILAR” (NİSA, 4/82) ayəsində də Allah (c.c) Quranın insan sözü olmadığını sübut edən bu həqiqəti nəzərimizə çatdırır.

Doğrudan da, tarix boyu yüzlərlə, minlərlə, bəlkə milyonlarla, milyardlarla fikirlərin, nəzəriyyələrin sonradan tamamilə yanlış, yaxud qüsurlu, xətalı olduğu meydana çıxmışdır. Fizika, kimya, biologiya kimi təbiət elmlərinin inkişafı prosesində onların daha əvvəl irəli sürdükləri bir çox sübutların, nəzəriyyələrin sonradan yanlış olduğu aydın olmuşdur.

Lakin indiyədək Quranın bir sözünün belə yanlış, xətalı olduğunu, bir ayənin digər ayəni təkzib etdiyini sübut edən bircə fakta da rast gəlmək mümkün deyildir.

8. QURAN ALLAH TƏRƏFİNDƏN MÜHAFİZƏ EDİLİR, BUNA GÖRƏ DƏ İNDİYƏDƏK ONA HEÇ BİR DƏYİŞİKLİK, ƏLAVƏ VƏ YA DÜZƏLİŞ ETMƏK MÜMKÜN OLMAMIŞDIR.

Heç bir yazıçı əsərində, özünün və əsərinin qorunacağını və bəhs etdiyi həqiqətlərin bir gün bütün dünyaya yayılacağını dəqiq bir dillə ifadə edə bilməz. Çox məqalələr, kitablar, mahnılar bir müddət dillər əzbəri olmuş, sonra isə unudulub getmiş, yerlərinə başqaları gəlmişdir. Zaman keçdikcə, onlar da köhnəlir və bu proses həmişə belə davam edir. Halbuki Quranın özündə: “ALLAH SƏNİ İNSANLARDAN QORUYACAQDIR” (MAİDƏ, 5/67) və “QURANI BİZ ENDİRDİK VƏ ONUN QORUYUCULARI DA BİZİK” (HİCR, 15/9) deyilərək, peyğəmbərimiz də, Quranın da hər cür təhlükə, köhnəlmə, sui-qəsd və ağıla gələ biləcək maddi-mənəvi hücum və hiylələrdən qorunacağı, mühafizə olunacağı açıq-aydın elan edilir və bu elan qüvvəsinin on beş əsrə yaxındır ki, saxlayır və Qiyamətə qədər də saxlaycaqdır.

9. BÜTÜN PROBLEMLƏRƏ HƏLLEDİCİ DÜSTURLAR GƏTİRMƏSİ VƏ DÜNYA SƏADƏTİ İLƏ YANAŞI, AXİRƏT SƏADƏTİNİ ƏHATƏ EDƏN PRİNSİPLƏR QOYMASI BAXIMINDAN DA QURANIN BƏŞƏR KƏLAMI OLMADIĞI GÖZ QABAĞINDADIR.

İnsanı maddi-mənəvi bütün cəhətləri ilə izah etməsi, həyatın hər sahəsinə aid mövzulardan bəhs etməsi, ictima, iqtisadi, hüquqi, siyasi bütün problemlərə həlledici düsturlar gətirməsi və dünya səadəti ilə yanaşı Axirət səadətini əhatə edən prinsiplər qoyması baxımından da Quranın bəşər kəlamı olmadığı göz qabağındadır. Doğrudan da, bir insanın bütün sahələrdə rəhbər və mütəxəssis olması mümkün deyildir. Hər əsrdə, hər cür şərtlər altında və hər səviyyədə ortaya insanın problemlərini həll edə biləcək prinsiplər qoymağa heç vaxt bir insanın gücü çatmaz.

İlahi Kitaba, vəhyə istinad etməyən bəşəri sistemlərin heç biri dəyişikliyə, yeniləşməyə məruz qalmadan heç 50 il də yaşaya bilməz. İnsan ağlının məhsulu olan qaydalar, qanunlar, sistemlər, fikirlər, düşüncə və ideologiyalar sonradan köhnəlir, bir müddət keçdikdən sonra gərəksiz olur, hətta mənfi təsir göstərməyə də başlayır. Zaman keçdikcə belə sistemlər dəyişdirilir, təzələnir.

Dünyanın bütün ölkələrinin Parlamentlərinə baxın. Yüz illərdir, hətta min illərdir, insanlar, hətta ən seçkin insanlar yığışıb qanunlar, qaydalar düşünür, yazır, müzakirə edir, səsə qoyurlar. Bu gün qəbul edirlər, bir müddət sonra isə ona ya əlavə və düzəlişlər edir, ya da yenisini yazırlar.

Halbuki, Quranın heç bir mövzusunda, heç bir məsələsində dəyişilmək zərurəti tapmaq mümkün deyildir.

Quranda niyə qorxutma ayələri var?

02 Şənbə Yan 2016

Posted by science1985 in Qurana qarşı iddialara cavablar

≈ Bir şərh yazın

CAVAB: Ateistlərin adətən Qurana qarşı sevə-sevə irəli sürdükləri əsassız iddialardan biri qorxutma ayələri haqqındadır. Ateistlər iddia edərlər ki, sanki İslamın bizə tanıtdığı Allah insanları daim qorxu altında saxlamağa cəhd edir. Quranda keçən cəza və qorxutma ayələri bir qayda olaraq  inkarçılara, cəhalət və təkəbbürləri səbəbindən Allaha qarşı küfrdə həddini aşanlara, məzlumlara qarşı zülm edən zalım idarəedicilərə, iftira, qiybət, şayiə yaymaq kimi bəd əməl sahiblərinə qarşı xəbərdarlıq mahiyyəti daşımaqla, eyni zamanda bu ayələrdəki əsas məqsəd bütün insanları, o cümlədən möminləri pis davranışlardan, haqsızlıqdan, haramlardan çəkindirmək və uzaqlaşdırmaq üçündür. Çünki demək olar ki, böyük əksəriyyət insanların psixologiyasında daima mövcud qayda və qanunları pozma meyli mövcuddur.

Bunu ən bəsit formada belə izah edə bilərik. Məs, çox insan səmimi olaraq etiraf edər ki, bəzi istisnalar olmaqla heç kəs könüllü olaraq öz xoşuyla hər səhər tezdən şirin yuxusuna haram qatıb mürgüləyə-mürgüləyə işə yaxud dərsə getmir. Burda bir məcburiyyət və ya cəza qorxusu var. İşə və ya dərsə gecikən hər bir şəxs müəyyən formada cəza (töhmət, danlaq) almaqdan, ən pis halda isə qovulmaqdan qorxur. Əgər insanlar işə (yaxud dərsə) yubanacaqları  halda onlara qarşı heç bir cəza forması tətbiq edilməsəydi, əslində nə baş verə bilərdi? Yəqin ki, kiçik istisnalar olmaqla, hər kəs təyin olunmuş vaxtda yox, ancaq özünə sərf etdiyi vaxtda işə (dərsə) getməyə vərdiş edərdi. Deməli, cəza-qorxu tədbirləri heç olmazsa yaxud qeyri-effektiv səviyyədə olarsa, qaydaların pozulmasını ictimai həyatımızın hər sferasında davamlı müşahidə edə bilərik.

Başqa bir misal. Məsələn, Fransa, Almaniya, İngiltərə kimi inkişaf etmiş cəmiyyətlərdə ictimai nəqliyyat bileti almadığına və ya səhv yerdə avtomobil park etməyə görə böyük məbləğdə pul cərimələri tətbiq edilir. Həmin ölkələrdə yaşayanların çoxu bu cəzaları bilir, bilməyənlər isə bircə dəfə böyük pul cəzasına məruz qaldıqdan sonra bir daha qorxusundan o səhvi təkrar etmir. Çünki insan psixologiyası demək olar ki, hər yerdə oxşardır. İnsanların çoxu əslində qanunları sevdikləri üçün yox, qanun pozuntusuna görə alacaqları cəzadan qorxduqları üçün qanuna əməl edirlər. Şəxsi təcrübəmə əsasən onu da əlavə edə bilərəm ki, İngiltərə, Fransa, Almaniya kimi inkişaf etmiş əksər ölkələrdə adətən paytaxt şəhərlərin mərkəzi hissələrindəki basırıq küçələrdə  avtomobili qanunla icazə verilən yerlərdə normal qaydada park etmək üçün insanlar bəzən yarım saata qədər park yeri axtarmağa məcbur olurlar. Səbəb dövlət tərəfindən avtomobillər üçün təyin edilmiş yüksək məbləğdə parkinq cərimələridir. Yəni nəzərdə tutulmuş parkinq qaydalarını pozan sürücülər ciddi məbləğdə pul cəriməsi ödəməli olurlar. (P.S. Bir dəfə başıma gəlib). Bunun kimi cəza-qorxu prinsipinin fəaliyyətinə aid nümunələrə hər cəmiyyətdə və cəmiyyətin bir çox ictimai-sosial sferalarında rast gəlmək əlbəttə mümkündür.

Lakin Azərbaycan, bir çox Afrika ölkələri kimi rüşvət, özbaşınalıq və korrupsiyanın geniş yayıldığı yerlərdə cəza-qorxu sistemi effektiv çalışmadığı üçün ictimai qayda və qanunların əksəriyyət insanlar tərəfindən müntəzəm qaydada pozulmasına, cəmiyyətdə çoxlu haqsızlıqların, özbaşınalıqların yayılmasına daha tez-tez rast gəlirik. Məsələn, bir Azərbaycan vətəndaşı bilir ki, 50 manat rüşvət verməklə, yəni daha ucuz vasitələrlə qanun pozuntusuna görə ağır cəzadan (500 man) canını asanca qurtara biləcək. Ona görə də qanun pozmaqdan bir elə qorxmur və nəticədə ölkədə qanun pozuntusu baş alıb gedir. Bu bir faktdır.
Lakin bir fransız Fransada 50 avro rüşvət verib 500 avroluq ağır cəzadan qaçacağını düşünmür və ona görə də alacağı ağır cəzadan qorxub qanunu pozmur. Nəticədə cəza-qorxu sistemi Azərbaycana nisbətən Fransada qat-qat effektiv işləyir və cəmiyyətdə qanun pozuntusu azalır.

Mövzumuz ilə əlaqədar Sınıq Şüşələr Nəzəriyyəsinə (Broken Windows Theory) qısaca nəzər salmağın faydalı ola biləcəyini düşünürəm. Nəzəri olaraq 1982-ci ildə amerikalı məşhur sosioloqlar James Q. Wilson və George L. Kelling tərəfindən irəli sürülən bu nəzəriyyənin ümumilikdə mahiyyəti ondan ibarətdir ki, bəzi şəxslər tərəfindən mövcud davranış qaydalarının pozulması cəzasız qaldıqda yaxud nəticələr aradan qaldırılmadıqda, belə hallar sürətlə kütləviləşir, başqa adamları da analoji və ya digər qayda pozuntularına sövq edir. Ayrı-ayrı qayda pozuntularının yayılması ümumilikdə asosial davranışa zəmin yaradır. Qarşısı alınmayan bir qəbil qayda pozuntularının epidemiya kimi yayılmaq xassəsi ona gətirib çıxarır ki, insanlar mümkün olan bütün hallarda hər növ qaydaları pozmağa meyl göstərir, cinayətkarlıq artır, yekunda cəmiyyəti xaos bürüyür.

Bu fakt da öz-özlüyündə bir daha onu sübut edir ki, insanların daxilində daima mövcud qanunları pozmağa, günah işləməyə, harama, pis əməllərə doğru gizli bir istək vardır. Hər dəfə münasib şərait yarandıqca bu gizli istək zamanla üzə çıxır və vaxtında qarşısı alınmazsa, tədricən insanı pis əməllərin icrasına sürükləyir. Sonradan isə bu cür vərdişlər davamlı xarakter ala bilər. Məs, siqaret, içki yaxud zina virusu kimi. İlk dəfə azca siqaret çəkirsən, sonra isə bu hal müntəzəm xarakter almağa meylli olur və nəhayət insan asanlıqla siqaret düşkününə çevrilə bilər. İçkiyə, narkomaniyaya, oğurluğa qurşanmış yaxud zinakarlığa adətkar olmuş  birini etdiyi pis, murdar  əməllərdən çəkindirmək get-gedə daha çətinləşir.

Məsələn, bir ərazidə oğurluq hadisəsi baş verdiyi zaman həmin bölgədə yaşayan və əvvəllər oğurluq cinayətinə görə  məhkum olmuş adamlar da polis tərəfindən şübhəli şəxslər qismində nəzərdən keçirilir. Çünki əvvəllər oğurluğa görə məhkum olunmuş şəxslər potensial oğru riski daşıyırlar. Eyni hal digər günah əməllərə də aiddir.

Rəsuli-Əkrəm Əfəndimiz (sallallâhu aleyhi və səlləm) insan psixologiyasındakı bu həqiqəti bir hədisdə belə dilə gətirir: “Qul bir günah işlədiyi vaxt qəlbinə qara bir nöqtə düşür. Şayət o günahdan vaz keçər, əvf dilər, tövbə edib Allaha dönərsə, qəlbi yenə parıldar. Əgər bunları etməz, günah və xətaya davam edərsə, qara nöqtə artar və nəticədə bütün qəlbini örtər. Uca Allahın: “Onların qəlbini qazandıqları günahlar bürümüşdür.” (Mutaffifîn Sûrəsi, 83/14) ayəsində zikr etdiyi günahlar bax budur.” (Tirmizi, Tefsiru’l-Kur’an 75; İbn Mâce, Zühd 27)

Beləliklə, aydın olur ki, yaratdığı insanların psixologiyasındakı zəiflikləri hər kəsdən daha yaxşı bilən Allah Təala nazil etdiyi kitabında cəza-qorxu ayələrini yerləşdirməklə öz qullarını küfr, günah və haramlara qarşı əvvəlcədən xəbərdar etmiş və onlardan nəfslərində olan gizli bəd istəklərdən uzaq durmalarını istəmişdir. Çünki vaxtında qarşısı alınmayan neqativ istəklər sonradan vərdişə çevrilə və insan üçün daha böyük fəlakətlərə vəsilə ola bilər. Quranın bir ayəsində Allah Təala öz qullarını təhlükədən belə xəbərdar edir:

Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! (İsra, 32)

Göründüyü kimi Rəbbimiz nəinki “zina etməyin”, hətta “zinaya yaxınlaşmayın” deyir. Çünki zina iyrənc bir şeydir. Əgər bu iyrəncliyə bir dəfə yaxınlaşsan, şübhəsiz ki, çirkaba bulaşa bilərsən. Və bir dəfə çirkaba bulaşdıqdan sonra insan ruhundakı o ləkəni təmizləmək çox çətin olar.

Nur surəsində isə çirkin şayiələr yayanların Allah qatında cəzasız qalmayacağı bildirilir:

(24 – NÛR) النور / 19- Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.

Mütəffifin surəsində isə Allah Təala insanları günahlardan belə qorxudur:

Vay halına çəkidə və ölçüdə aldadanların!

O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,

Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.

Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!

Özü də dəhşətli bir gündə?!

O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!

Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!

← Əski Yazılar

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 292 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt