• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Süleyman peyğəmbərlə bağlı iddialara cavablar

Süleyman peyğəmbərin (a.s) heyvanların dilini bilməsi deyilir. Bu nə dərəcədə məntiqlidir?

30 Çərşənbə İyl 2014

Posted by science1985 in Süleyman peyğəmbərlə bağlı iddialara cavablar

≈ Bir şərh yazın

Nəml surəsində Süleyman peyğəmbərin (a.s) qarışqaların və quşların dilini başa düşdüyünə dair məlumatlar var. Bəzi insanlar bunun sadəcə nağıl olduğunu iddia edirlər. Qurandakı bu məlumatlar bizə bəlkə də qeyri-adi görünə bilər. Halbuki, əslində indinin özündə belə müxtəlif heyvan və quşların öz aralarında ünsiyyət qurarkən çıxartdıqları səsləri ustalıqla təqlid etməyi bacaran peşəkar insanlar vardır. Burdan bəzilərinə baxa bilərsiniz:

Hətta canavar kimi vəhşi və qorxulu heyvanlarla yaşayıb onlarla danışan və ünsiyyət qurmağı bacaran insanlar var. Məsələn, Markos Rodriges adlı bir ispan, qurdlarla inanılmaz bir şəkildə ünsiyyət qurur və onların dilində ulayaraq danışa bilir. http://www.yenixeber.com/haber/17-il-qurdlarla-yasadi

Digər bir şəxs – “Canavar adam” adlanan 80 yaşlı Almaniyalı Werner Freund də 30 ildir ki, qurdların arasında yaşayır və onlarla ulayaraq danışmağı bacarır. Werner Freund hətta canavarları öz ailəsi hesab edir.

Quranda da bildirildiyi kimi heyvanların dili haqqında elmə sahib olma hikmətini Allah Təala (c.c) bir möcüzə olaraq Hz.Süleyman peyğəmbərə (a.s) nəsib etmişdi. Hazırda bir çox alimlər tərəfindən heyvan dillərinin öyrənilməsinə dair elmi-tədqiqat işləri davam etdirilir. Müxtəlif heyvan dillərinin öyrənilməsi istiqamətində aparılmış bəzi elmi araşdırmalar haqqında bu linkdən oxuya bilərsiniz. http://en.wikipedia.org/wiki/Animal_language

Məsələn, Florida Atlantic Universitetinin professoru Dr. Denise Herzing 1985-ci ildən başlayaraq delfinlər arasındakı ünsiyyət qurma sistemini araşdırmağa başlamışdır. O, sonralar “Wild Dolphin Project” adlı elmi-tədqiqat layihəsinin əsasını qoymuşdur. Layihənin məqsədi delfinlərin həyat tərzi və davranışı haqqında bilgilər toplamaq, onların ünsiyyət sistemi və çıxardıqları səslərin dekodlaşdırılmasıdır. Bu məqsədlə delfinlərin bir-birilə kommunikasiya zamanı çıxardıqları müxtəlif səslər araşdırma qrupu tərəfindən qeydə alınmış və öyrənilmişdir. http://www.wilddolphinproject.org/research/dolphin-communication/

Qarışqaların çıxardıqları səslər haqqında Britaniyalı və İspaniyalı alimlərin birgə apardıqları elmi-tədqiqat işində iştirak edən Oksford universitetinin professoru Ceremi Tomas bunları deyir: “İlk dəfə olaraq bizim araşdırmamız göstərir ki, qarışqa koloniyasının fərqli üzvləri müxtəlif səslər çıxardırlar və həmin səslər qarışqalarda müxtəlif davranışlara səbəb olur.”  http://www.dailymail.co.uk/sciencetech/article-1137267/Getting-chest-Study-reveals-ants-talk-other.html

Gəmirici heyvan olan çəmənlik itlərinin (prairie dogs) dilini öyrənməyə və dekodlaşdırmağa çalışan Şimali Arizona Universitetinin professoru Con Slobodchikoff öz tələbələri ilə həmin heyvanların üzərində apardığı uzun tədqiqatlar nəticəsində müəyyən etmişdir ki, bu heyvanlar müxtəlif səslər çıxardaraq öz aralarında ünsiyyət qururlar. Professor qeyd edir ki, tədqiqat zamanı çəmənlik itlərinin (prairie dogs) səsyazmaları dəqiq statistik metodlar əsasında araşdırılmış və onların çıxardıqları fərqli səslərin hansı mənalar daşıdığı təsbit edilmişdir. 

Yuxarıdakı məlumatlar bir daha göstərir ki, insanlar tərəfindən digər canlıların dilinin öyrənilməsi və onların öz dilində ünsiyyət qura bilməsi mümkündür və realdır. Gələcəkdə elm və texnologiyanın sürətli inkişafı əsasında müxtəlif canlıların dilinin öyrənilməsi və onlarla ünsiyyət qurulmasına imkan verən fərqli metod və texnologiyaların kəşf edilməsi, əlbəttə ki, istisna deyildir.

Qarışqaların danışmasını elm adamları təsdiq edir

28 Bazar ertəsi İyl 2014

Posted by science1985 in Süleyman peyğəmbərlə bağlı iddialara cavablar

≈ Bir şərh yazın

Ateistlərin bir iddiası da Quranda qarışqaların danışması haqqındakı ayə ilə bağlıdır. Nəml Surəsinin 18-ci ayəsindəki qarışqaların danışmasını nağıl sayan bir çox ateist var. Çünki bu insanların aparılan ən son elmi araşdırmalardan xəbərləri yoxdur.

Nəml Surəsinin 18-ci ayəsində deyilir: “Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!”

Göründüyü kimi hələ 1400 il əvvəl Qurani Kərimdə qarışqaların bir-birilərini təhlükədən xəbərdar etmək üçün öz aralarında ünsiyyət qurmaqlarından söhbət açılır. Hansı ki, əcnəbi elm adamları qarışqaların öz aralarında səsli ünsiyyət qurması və bir-birilərini təhlükədən xəbərdar etməsi bacarıqlarını son dövrlərdə kəşf ediblər.

Halbuki əvvəllər qarışqalar arasında bu cür səsli ünsiyyətin mövcudluğu insanlara məlum deyildi. Çünki qarışqaların ünsiyyət vaxtı çıxardıqları səsləri adi qulaqla eşitmək mümkün deyil. Bunu ancaq müasir texnoloji vasitələrin köməyilə eşitmək olur. Yəni Quran nazil olarkən belə texnoloji cihaz və avadanlıqlar hələ kəşf edilməmişdi. Bu fakt isə bir daha Quranın insan yox, ilahi kəlimə olduğu həqiqətini ortaya qoyur.

Bəli, alimlər tərəfindən aparılan elmi araşdırmalar nəticəsində qarışqaların özlərinə xas tərzdə müxtəlif səslər çıxardaraq bir-birləri ilə danışdıqları və ünsiyyət qurduqları təsbit edilmişdir.

Qarışqaların çıxardıqları səslər haqqında Britaniyalı və İspaniyalı alimlərin birgə apardıqları elmi-tədqiqat işində iştirak edən Oksford universitetinin professoru Ceremi Tomas bunları deyir: “İlk dəfə olaraq bizim araşdırmamız göstərir ki, qarışqa koloniyasının fərqli üzvləri müxtəlif səslər çıxardırlar və həmin səslər qarışqalarda müxtəlif davranışlara səbəb olur.”  (http://www.dailymail.co.uk/sciencetech/article-1137267/Getting-chest-Study-reveals-ants-talk-other.html)

Digər araşdırmada isə qeyd edilir ki, “Myrmica növündən olan qarışqalarının çıxardıqları səslərin son qeydə almaları aşkar etmişdir ki, kraliça qarışqa işçi qarışqalara nisbətən daha fərqli səslər çıxardır.” (http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2889977/)

Araşdırmalar göstərir ki, qarışqalar qarınlarının iki  hissəsini bir-birinə sürtərək səs çıxardırlar. Onlar bu cür komunikasiyadan bitkinin üzərində ən yaxşı yarpaqların olduğu yerlərdə və təhlükə anında  istifadə edirlər. (http://www.bbc.co.uk/programmes/p016xzpv)

Digər qaynaqlar:

  1. http://en.wikipedia.org/wiki/Ant#cite_note-70
  2. http://www.ncbi.nlm.nih.gov/pubmed/19197065

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 81. 816 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • Təsadüf varmı?
    Təsadüf varmı?
  • Quranda qadınları döymə əmri varmı?
    Quranda qadınları döymə əmri varmı?
  • “Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım” ayəsinin izahı
    “Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım” ayəsinin izahı
  • "Qadınlar sizin tarlanızdır" ayəsini necə anlamalıyıq?
    "Qadınlar sizin tarlanızdır" ayəsini necə anlamalıyıq?
  • "O, yaratdığı hər şeyi gözəl yaratdı" ayəsi haqqında iftiralara cavab
    "O, yaratdığı hər şeyi gözəl yaratdı" ayəsi haqqında iftiralara cavab
  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • "Kafirləri öldürün" ayəsi (Tövbə surəsi, 5-ci ayə)
    "Kafirləri öldürün" ayəsi (Tövbə surəsi, 5-ci ayə)
  • Hz. Adəm və qan qrupları
    Hz. Adəm və qan qrupları
  • İnsestlə bağlı ateist iddiasına cavab
    İnsestlə bağlı ateist iddiasına cavab
  • "Müsəlmanların ilk qibləsi Petra şəhəri olub" iddiasına cavab
    "Müsəlmanların ilk qibləsi Petra şəhəri olub" iddiasına cavab
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com Bloqu. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

İmtina
Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy