• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Terror və müharibə

Ateist ailələrdən çıxan gənclər və terror qurbanları

26 Çərşənbə axşamı İyl 2016

Posted by science1985 in Terror və müharibə

≈ Bir şərh yazın

Fransanın dünyaca məşhur “Le Figaro” dərgisində 19/11/2014 tarixində dərc edilmiş “Fransız cihadçıların gözlənilməz profili” adlı məqalədə “İslamda Məzhəb Ayrılıqlarına qarşı Mərkəz”-in (Centre de prévention contre les dérives sectaires liées à l’islam) hazırladığı hesabatın nəticələri barədə bir sıra maraqlı faktlar öz əksini tapmışdır.

Belə ki, Fransada fəaliyyət göstərən və tədqiqatçı-antropoloq Dounia Bouzar tərəfindən əsası qoyulmuş araşdırma mərkəzinin 2014-cü ildə hazırladığı 90 səhifəlik hesabatın nəticələri Suriya və İraqda savaşmağa gedən fransız cihadçılar haqqında cəmiyyətdə formalaşmış bütün fikirləri alt-üst edib.

“Yeni terrorçu çağırışlar vasitəsilə gənclərdə edilən dəyişikliklər” adlı bu hesabatın hazırlanması zamanı müəlliflər (Dounia Bouzar, Christophe Caupenne, Sulayman Valsan) tərəfindən 160-dan çox ailədən alınmış məlumatlar və şahid ifadələrindən istifadə edilmişdir. Hesabatda qeyd olunur ki, Suriya və İraqda savaşa gedənlərin böyük əksəriyyəti (67%) orta sinfə məxsus ailələrdən çıxır ki, onların da arasında depresiyadan əziyyət çəkən 15-21 yaşlı gənclər çoxluq təşkil edir.

Lakin hesabatın gəldiyi ən maraqlı nəticə ondan ibarətdir ki, əksər insanların düşündüyünün əksinə olaraq radikal təşkilatlara qoşulan gənclərin çoxu öz dininə bağlı olan müsəlman ailələrdən çıxmır. Onların böyük əksəriyyəti (80%) ateist ailələrdə böyümüş və sonradan radikal qruplaşmaların təsirinə düşmüş gənclərdir. Sadəcə 10%-i isə immiqrant ailələrin payına düşür. Bu araşdırma bir daha onu göstərir ki, adətən terrorçu təşkilatlar din adı altında ateist ailələrdən çıxan gəncləri daha asan aldadıb öz sıralarına çəkə bilirlər, nəinki müsəlman gəncləri. Araşdırmanın nəticəsinə əsasən ateist ailədə böyümüş uşağı İslam adı ilə terrorizmə cəlb etmək asandır. Çünki uşağın İslam haqqında təsəvvürü demək olar ki, ya az olur və ya heç olmur. Ancaq müsəlman ailədə böyümüş və İslamı  daha yaxşı anlamış uşaq İslamı bildiyi üçün onu aldatmaq daha çətindir.

Mənbələr:

1. http://www.lefigaro.fr/actualite-france/2014/11/18/01016-20141118ARTFIG00158-le-profil-inattendu-des-djihadistes-francais.php

2. http://www.bouzar-expertises.fr/metamorphose

image

Quranda “öldürməyi” əmr edən 7 ayənin qısa təhlili

13 Çərşənbə İyl 2016

Posted by science1985 in Terror və müharibə

≈ Bir şərh yazın

Müasir dünyada İslamafobların (istər dinsizlər istər digər dinlərin nümayəndələri) dezinformasiyanın nəticəsində və ya İslama qarşı olan nifrətlərindən dolayı “İslam terror dinidi”, “İslam dinc qeyri-müsəlmanları öldürün deyir” tipli əsassız ittihamlar yönəldirlər. ”Cihad” qavramını çox zaman dinc qeyri-müsəlmanların öldürülməsinə səbəb ola bilən “müqəddəs savaş” mənasında qərb mənbələri qeyd edir. Halbuki Cihad sözünün əsas mənalaırndan biridə cəhd etməkdir. İnsanın öz nəfsinə qarşı mübarizəsidə cihad sayılır.

Qurani Kərimdəki müharibə əmri ancaq, müsəlmanların camaatına və ya dövlətinə qarşı edilən bir hücum, yaxud onun təhlükəsizliyini açıq şəkildə və tərəddüdə yer buraxmayacaq şəkildə təhlükəyə salan bir təhdidin mövcudluğu halında keçərlidir.
Heç bir ayədə müsəlmanlara qarşı savaş açmayan DİNC QEYRI-MÜSƏLMANLARIN ÖLDÜRÜLMƏSI BARƏSINDƏ AYƏ YOXDU.

İslamafoblar öz iddiaları üçün müdafiə xarakterli tipli savaşlar üçün gələn ayələrin əvvəlinə, sonuna və Quranın ümumi bütünlüyü və surə bütünlüyü çərçivəsində dəyərləndirmədən, ayəni sahib olduğu bağlamdan çıxararaq istədikləri öz mənanı verib “Baxın İslam qeyri-müsəlmanları öldür” deyib hay-həşir salırlar.
İstənilən bir mətndə olan bir cümlənin əvvəlinə, sonuna və ümumi mətn çərcivəsində dəyərləndirmədən çıxartsaq, o ayəyə istənilən mənanı vermək mümkündür.

Məsələn Teistlər Einşteinin “dinsiz elm topal, elmsiz din kordur” sözünü Einşteinin bir dini olduğuna dəlil gətirdikdə, qarşı tərəf o dəqiqə “Einşteinin bütün sözlərinə baxmadan onun teistik bir dinə inandığını demək yanlışdı. Einşteinin nəzərdə tutduğu din, Teizmin dediyi din deyil, daha çox kosmik-panteistik bir dindi” deyirlər.

Bu onun göstəricisidi ki, bir cümləni, daxil olduğu ümumi mətnə bağlı olaraq dəyərləndirmədikdə, cümləni çıxardıb mətndən kənar müstəqil olaraq dəyərləndirikdə təkcə quran yox istənilən mətndə “xəta” yaranır.
Lakin İslamafob-ateistlər məsələ Einşteinə gəldikdə o dəqiqə “ümumi mətnə görə dəyərləndirmə” metoduna keçirlər.

Quran barəsində isə “tək bir cümləyə” əsasən dəyərləndirmə metodundan istifadə edirlər. Çünki əksi sərf etmir 🙂 .
Üstəlik qarşı tərəfin bu inanılmaz “mətn anlama” metodu ilə getdikdə nəinki Quranın dinc qeyri-müsəlmanları öldürdüyünü, hətta Namaz qılmağı “günah” gördüyüdə çıxır.
“Vay namaz qılanların halına”. Maun surəsi 4-cü ayə
Bəli, bu metoda əsasən Maun surəsində Namaz qılmaq pis əməl hesab olunur.

İndi isə keçək məlum ayələrin izahına;

İDDIA EDILƏN AYƏ 1: TÖVBƏ SURƏSI 5-CI AYƏ
Ayənin tərcüməsi:
“Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”

İddia: “Allah bu ayədə haram aylardan sonra kafirləri yəni müsəlman olmayanları harda gördünüz öldürün deyir. Qeyri-müsəlmanları sırf dinlərinə görə öldürməyi əmr edən kitab Allah sözü ola bilməz”

Cavab: Sözügedən ayəni 2 yöndən təhlil edək.

a) Quranın özü nöqteyi nəzərdən

Ayənin surə bütünlüyünə baxdıqda o dəqiqə, ayənin mənası məlum olur.

Tövbə surəsi 1-ci ayə
(Bu, )Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə bir xəbərdarlıqdır.
Ayədən məlum olur ki, Müşriklərlə Müsəlmanlar arasında bir sülh müqaviləsi bağlanıb.

Tövbə surəsi 4-cü ayə yəni İddia edilən Tövbə surəsi 5-ci ayədən öncəki ayə

“Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.”

Bu ayədən isə məlum olur ki, Müşriklərdən bəziləri müqaviləni pozub. Sülh Müqaviləsin pozmaq, müharibə elan etmək deməkdir. Yəni Müqaviləni pozanlar, savaş elan ediblər. Lakin bəzi müşriklər isə müqavilənin gərəyini yerinə yetirib. Ayə buna görə onlara toxunulmaması əmrini verib.
YƏNI İDDIA EDILƏN AYƏ MÜQAVILƏNI POZUB MÜSƏLMANLARA QARŞI SAVAŞ ELANI VERƏN MÜŞRIKLƏRLƏ BAĞLIDI. MÜHARIBƏ MÜDAFİƏ XARAKTERLIDI.

Qeyd: Tövbə surəsi 12-ci ayənin də izahı, 5-ci ayə ilə eynidi. Çünki bir-birinin davamıdı.

b) Tarix nöqteyi nəzərdən

Tarixi mənbələr və qədim təfsirlər (İbn Kesir və s.) Ayədə keçən müqavilənin Hüdeybiyyə müqaviləsi olduğunu vurğulayır.

Skan: http://bit.ly/1yCITXr

Hüdeybiyyə müqaviləsinin şərtləri:
1- Müsəlmanlarla müşriklər on il müddətinə savaşmayacaqlar, bir birlərinə hücum etmiyəcəklər.

2- Müsəlmanlar bu Kəbəni ziyarətdən imtina edərək geri dönəcəklər, ancaq gələcək il ümrə edəcəklər, müşriklərin boşaldıcağı Məkkədə 3 gün qalacaqlar və yanlarına yol qılınclarından başqa silah daşımayacaqlar.

3-Məkkədən birisi müsəlman olaraq Mədinəyə sığındığı zaman geri qaytarılacaq, lakin Mədinədən Məkkəyə sığınanlar qaytarılmayacaq.

4-Ərəb qəbilələri istədikləri tərəflər müqavilə bağlamaqda sərbəst olacaqla
http://www.enfal.de/itarih21.htm

Müqavilənin ilk maddəsinə görə Müsəlmanlarla, Müşriklər arasında 10 illik sülh olacaq və heç bir tərəf bir digər tərəfə hücum etməyəcəkdir.
Müşriklər tərəfindən sülh müqaviləsi olan Hüdeybiyyə müqaviləsinin pozulması müharibə elanı deməkdir. Bu vəziyyətdə müsəlmanların üstünə düşən bu təhlükəyə qarşı müdafiə olunmaqdır.

Etiraz: “Ayə haram aylar çıxınca deyir hücum et deyir. Müharibə zamanı özünümüdafiə qəsd edilsə haram aylar çıxınca deməzdi.”

Etiraza Cavab:
Ayədə keçən haram aylar Həcc ziyarəti müddətinində daxil olduğu 4 aydır.
Haram aylarda Ərəblər qəbilələri arasında Hz İbrahimdən bu yana olan görüşə görə müharibə etmək qadağan idi. İslam öncəsi ərəb qəbilələri öz aralarında olan daxili müharibələri bu aylarda müvəqqəti olaraq dayandırırdı. Təbəri Bəqərə surəsi 217-ci ayənin təfsirində qeyd edir: “Cahiliyyə dövründə bu 4 aya hörmət edilirdi. Birisi, öz atasının qatilini görsə belə ona toxunmazdı və bu aylarda müharibə olmazdı” .
Skan: http://bit.ly/15kyvZa

Həmdəki bu ayə cahiliyyə ərəbləri arasındada həcc ayı olduğu üçün müharibədən çəkinməyə üstünlük verirdilər. Ənfal surəsi 35-ci ayə Cahiliyyə ərəblərinində Kəbəni ziyarət edib ibadət etdiklərini bildirir.

“Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir”
Ərəblər arasında Hz İbrahimdən qalan bu faydalı ənəni İslamda sonrada təsdiq etmişdi.
Beləki bu 4 ayda döyüşçülərin düşünmə fürsəti taparaq döyüşü sonlandırması, barış və hüzura dəvət etmək, həcc ibadətini yerinə yetirmə imkanı və ticarətə işarə etmək imkanı yaranırdı. Zaman zaman bu ənənə pozulsa belə hər kəs bu qaydaya əməl etməyə çalışırdı.

Ona görə ayədə müharibənin “haram aylardan” sonra olacağını bildirirdi. Əlbəttə qarşı tərəf bu qaydaya riaəyət etməyib tez hücuma keçsə, cavabda veriləcəkdi. Lakin hər iki tərəf bu qaydaya riayət etdiyi təqdirdə müharibənin haram ay daxilində olma ehtimalı yoxdu.

Qısaca: Haram aylarda döyüşməmək bir növ “beynəlxalq qayda” idi. Və bu qaydanı qəbul edən həm müsəlmanlar həmdə müşriklər qaydaya riaəyət etməli idilər.

Nəticə: Tövbə surəsi 5-inci ayə həm qurani cəhətdən, həmdə ki, tarix nöqteyi nəzərdən sülh müqaviləsini pozaraq, müsəlmanlara müharibə elan edən Məkkəli müşrikləri nəzərdə tutur.

2) İDDIA EDILƏN AYƏ 2: TÖVBƏ SURƏSI 29-CU AYƏ
Məlum ayə: “(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən, Allahın və Onun Peyğəmbərinin haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökümətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun. “

a) Quran nöqteyi nəzərən
Quran nöqteyi nəzərdən qeyri müsəlmanlarla müharibə üçün qarşı tərəfin savaş elan etmələri şərt qoyulur.

“(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz.“ Bəqərə 190

“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” Mumtəhinə 8

“Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!” Mumtəhinə 9
“Dində məcburiyyət (zorakılıq) yoxdur”. Bəqərə 256

“(Ya Rəsulum, müşriklərə) de: “İstər (Qurana) inanın, istərsə də inanmayın. ” İsra 107
Və s.

Əhli kitabla (yəhudi, xristian) savaş qaydalarını nizamlayan Tövbə surəsi 29-cu ayənin, surənin başlarında (tövbə1-6) keçən müşriklərlə savaş məntiqinin əhli kitab səviyyəsində bir əksi olduğu görünür. Çünki surənin başlarında və bağlı olan digər ayələrdə göstərildiyi kimi quranın savaş məntiqi müdafiə xarakterlidi.

b) Tarixi nöqteyi nəzərdən
Bütün təfsircilər bu ayənin “Təbük” savaşı üzərinə gəldiyini iddia edir. Məsələn məşhur təfsirçi Təbəri (9-10-cu əsrlər) bu barədə belə qeyd edir:

“Müfəssirlər, bu ayənin, Rəsulullahın, Bizanslarla savaşmasını əmretmek üzərinə endiyini və bu ayənin enməsindən sonra Rəsulullah, Bizanslılara qarşı Təbük savaşını etdiyini söyləmişlərdir”

Skan: http://bit.ly/1yCJZ5K

İndi isə Təbük savaşının səbəblərinə baxaq. 10-cu əsrdə yaşamış təfsirci Əbu l Leys Əl Səmərqəndi məlum ayənin təfsirini edərkən Təbük savaşı barədə aşağıdakıları qeyd edir:

“Bu ayənin nüzul səbəbi budur: Peyğəmbərimiz (s.a.s) iman edənlərə Təbük hərbinə çıxmalarını demişdi. Təbük, Mədinə ilə Şam arasında bir yerin adıdır. Bizanslılar Ərəb yarımadasını işğal etməyi düşünürdülər. Və bu işi Suriyada yaşyan Qassanilərə buraxmışdılar. Hicrətin 9-uncu ilində Qassanilər Bizans Kralı Herakliusa Peyğəmbərin öldüyünü, Hicazda böyük bir qıtlıq başladığını və xalqın üsyan etdiyini bildirərək yardım istəmişdilər. Heraklius onlara 40 min nəfərlik bir ordu göndərmişdi. O gün üçün bu çox böyük bir ordudur. Peyğəmbərimiz vəziyyətdən xəbərdar olur, Bizanslıların belə bir hazırlıq içində olduğunu öyrənir, dərhal ümumi səfərbərlik elan edir”

Skan: http://bit.ly/1CcRd0V

Təbük savaşının səbəbi üçün bu yazınıda oxuya bilərsiz: http://www.enfal.de/itarih27.htm

Ayənin nüzul səbəbindən müəyyən olur ki, ayə müsəlman dövlətinə hücum edən Bizanslılara qarşı vuruşma əmrini nəzərdə tutur.

Nəticə: Tövbə surəsi 29-cu ayə həm Quranın bütünlüyü çərçivəsində həmdə qədim təfsirlərdə bizə gələn məlumatlar əsasında yəni tarix nöqteyi nəzərdən dinc qeyri müsəlmanların öldürülməsini deyil, əksinə müsəlman torpaqlarına hücum edən xristian qoşunlarına qarşı müdafiəni buyurur.

3) İDDİA EDİLƏN AYƏ 3: TÖVBƏ SUƏSİ 73-CÜ AYƏ

Məlum Ayə: “Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran!”

Cavab: Bu ayədə əvvəl izah etdiyimiz tövbə surəsi 29-cu ayə ilə bağlıdı.
Ayə müsəlman torpaqlarına hücum xristian qoşunları və daxili düşmən münafiqlər barədədi. Tarixi Mənbələrdə də bu ayənin Təbük müharibəsi zamanı baş verən hadisələr zamanı endiyi bildirən rəvayətlar var.

Məsələ İbn Kəsir öz təfsirində Süddidən belə nəql edir: “Rəvayətə görə Allah Rəsulu Təbük müharibəsində ikən yürüyüş sırasında gecələrdən birində münafiqlərdən bir qrup Hz Peyğəmbərə suiqəsd etməyə niyyət etmişlərdi. 10-dan artıq idilər. Dəhhaq, bu ayənin onlar haqqında nazil olduğunu deyir. Bu, Hafiz Əbu Bəkr Əl-Beyhəqi-nin “Dəlailün-Nübuvvə” adlı kitabında rəvayət elədiyi hədisdə açıqca görülür.”
Skan: http://bit.ly/1yCKnBg

4) İDDİA EDİLƏN AYƏ 3: NİSA SURƏSİ 74-CÜ AYƏ

Məlum Ayə: “Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.”

Cavab:
Bu şübhə də digərləri kimi, çox bəsit şübhədi. Sonrakı ayəyə yəni Nisa surəsi 75-ci ayəyə diqqət etməmiz məsələni izah edir.

Nisa surəsi 75-ci ayə:
“(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?”

NƏTİCƏ: Ayədən məlum olur ki, Allah müsəlmanları zülm görən müsəlmanları xilas etmək üçün vuruşmağı buyurur. Burdada “dinc qeyri-müsəlmanları öldür” deyə bir şey yoxdu. Zalıma qarşı vuruşub, yardım istəyən dinc insanları qurtarma var.

5) İDDİA EDİLƏN AYƏ 4: NİSA SURƏSİ 91-Cİ AYƏ
Məlum Ayə:

“Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.”

Cavab: Bu ayədə də “dinc qeyri-müsəlmanların öldürülməsi deyə bir şey yoxdu. Ayə onlarla savaşmağı yalnız “Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr” şərtinə bağlayıb.

Fəxrəddin Razi (12-ci əsr) öz təfsirinə məlum ayənin təfsiri barədə belə qeyd edir:
“”Alimlərin çoxu,” Bu ifadə, onlar bizimlə savaşmaz, sülh bağlamaq istəsələr və bizə əziyyət etməkdən əllərini çəkərlərsə, bizim onlarla nə savaşmamızın, nə də onları öldürməmizin icazəli olmayacağına dəlalət edər” demişlər. Bu ayənin bənzəri də, “Allah sizi, sizinlə din mövzusuna savaşmamış olanlara yaxşılıq etməyi qadağan etməz” ( Mumtəhinə 8), “Sizinlə savaşanlarla, Allah yolunda sizdə savaşın” (Bəqərə 190) ayələridir Beləcə savaş əmri, bizimlə savaşmayanlara deyil, savaşanlara aid edilmiş olur.””
Skan: http://bit.ly/1uiDUvl

NƏTİCƏ: AYƏ MÜDAFİƏ ƏMRİNİ NƏZƏRDƏ TUTUR.

6) İDDİA EDİLƏN AYƏ 6: MUHAMMƏD SURƏSİ 4-CÜ AYƏ
Məlum Ayə: “İnkar edənlərlə qarşılaşdığınızda boyunlarını vurun. Sonunda üstün gəldiyinizdə onları əsir alın; onları ya qarşılıqsız və ya fidyə qarşılığında azad edin. Müharibə vəziyyəti ortadan qalxıncaya qədər bunu tətbiq edin. Allah istəsəydi sizi savaş dərdinnən qurtarardı; ancaq O sizi beləcə birbiriniclə sınamaqdadır. Allah yolunda öldürülünlərə gəlincə, onların etdikləri boşa çıxmayacaqdır.”

Cavab: Ayədə “dinc qeyri müsəlmanları öldür” deyə bir ifadə yoxdu. Ayə davamında “Müharibə vəziyyəti ortadan qalxıncaya qədər” deyə bir şərt qoyur. Yəni bu ayə müharibə zamanı düşmən gücə qarşı savaşmaqdan bəhs edir.

Etiraz: “”Deyək ki, müharibə zamanını nəzərdə tutur. Lakin ayədə “boyunlarını vurun” deyir. Bəs bu necə? “

Etiraza Cavab: Burada qəribə bir şey yoxdu. Ayənin mahiyyətini anlamamaqda irəli gələn bir yanlışlıqdı. Quranın endiyi vaxtlarda müharibələr qılıncla edildiyi üçün savaş zamanı düşmən gücü məhv etməyin yeganə yolu qılıncdan istifadə etmək lazımdır. Yəni ayədə “boyunları vurun” ifadəsi müharibələrdə qılıncın düşmən gücünü məhv eləmək üçün tətbiq edilməsindən dolayı yaranan bir haldı. Ayənin mahiyyəti isə savaş zamanı düşmən gücü məhv eləməkdi. Bu keçmişdə qılıncla idisə, indiki dövrdə odlu silahla, gələcəkdə isə ola bilsin hər hansı lazer silahla (misal üçün) olsun . Forma zamana uyğun dəyişilə bilər lakin mahiyyət eyni olaraq qalır.

7) İDDİA EDİLƏN AYƏ 7: BƏQƏRƏ SURƏSİ 191-Cİ AYƏ
Məlum Ayə: “Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!”

Cavab: Ayənin öncəsinə və sonrasına baxaraq, ayənin müdafiə müharibəsini nəzərdə tutduğunu görmək olar.
Bəqərə surəsi 191-ci ayədən:

–1 ayə əvvəlki 190-cu ayə: “SIZINLƏ VURUŞANLARLA SIZ DƏ ALLAH YOLUNDA VURUŞUN, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!”

–1 ayə sonrakı 192-ci ayə:” Əgər onlar vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!”

İddia edilən 191-ci ayədə “öldürün” kəliməsindən sonrakı cümlələr:
–Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın!
–Əgər sizinlə vuruşsalar, siz də onları öldürün.

NƏTİCƏ: AYƏ MÜDAFİƏ MÜHARİBƏSİNİ NƏZƏRDƏ TUTUR.

Qeyd: Ayələrin tarix nöqteyi nəzərdən təhlilini, Quranın quranla təfsirini “fırlamaq olaraq” qəbul edən İslamafoblar üçündü. Əslində tarixi nöqteyi nəzərdən təhlilə ehtiyac yoxdu. İddia edilən ayələrə Ayənin öncəsi əvvəli, surə bütünlüyü, quran bütünlüyü nöqteyi nəzərdən yanaşdıqda, ayənin İslamafobların dediyi mənada olmadığı aydın olur.

____________________________________________________

İstifadə olunan mənbələr:

-Ebu Cafer Muhammed b. Cerir et-Taberi, Taberi Tefsiri, Hisar Yayınevi

-Fahruddin Er-Râzi, Tefsir-i Kebir Mefâtihu’l-Gayb, Akçağ Yayınları

-Ebu’l-Leys Semerkandi, Tefsiru’l Kur’an, Sezgin Naşriyat ve Ciltevi

-İmam Kurtubi, el-Camiu li-Ahkâmi’l-Kur’an, Buruc Yayınları

– İbn Hazm, Cevâmiu’s-Sire, Çıra Yayınları

-İbn Kesir Tefsiri Çeviren : PROF.DR.BEKİR KARLIĞA – PROF.DR. BEDRİDDİN ÇETİNER, Çağrı Yayınları

-İmam Zehebi, Tarihu’l-İslam, Cantaş Yayınları

Avropada törədilmiş terror statistikası

03 Cümə axşamı Sen 2015

Posted by science1985 in Terror və müharibə

≈ Bir şərh yazın

Məlumdur ki, qərbdə, o cümlədən Avropada məqsədli təbliğatla nail olunmuş bir “dini terror” qorxusu əsməkdədir. İnkarçılar, o cümlədən ateistlər, deistlər, aqnostiklər və s. “dinlər aradan qalxmalıdır” bağıraraq dünyadakı fəlakətlərin, o cümlədən terror aktlarının səbəbkarı kimi dinləri görürlər. İslamofoblar bu kampaniyadan sui-istifadə edərək tək hədəf kimi islama qarşı haqsız və qərəzli böhtanlarla hücumlar edirlər.Amma 5 il ərzində Avropada törədilmiş terror aktlarının statistikasına nəzər yetirdikdə tam fərqli mənzərə ilə rastlaşırıq. Son 5 ildə Avropada bir çox terror aktı törədilmişdir.

Bunların 2%-dən də azı dini motivlidir (bura islam adından çıxış edən, lakin Qurana uyğun olmayan davranış sərgiləyən avropalıların “islamist” adladırdıqları terroristlər də daxildir) payına düşür.

2013-cü ildə Avropa Birliyində 152 terrakt törədilmişdir. Bunlardan 2-si dini motivlidir.

2012-ci ildə Avropa Birliyində 219 terrakt törədilmişdir. Bunlardan 6-sı dini motivlidir.

2011-ci ildə Avropa Birliyində 174 terrakt törədilmişdir. Bunlardan heç biri dini motivli deyil.

2010-cu ildə Avropa Birliyində 249 terrakt törədilmişdir. Bunlardan 3-ü dini motivlidir.

2009-cu ildə Avropa Birliyində 294 terrakt törədilmişdir. Bunlardan 1-i dini motivlidir.

Avropa Birliyində törədilmiş terror hücumlarının böyük əksəriyyəti separatist təşkilatlar tərəfindən törədilib. Belə ki, 2013-cü ildəki 152 terror aktından 84-ü separatistlərə aiddir. Bu isə 55%-dən də artıq bir göstəricidir.

2012-ci ildə isə bu göstərici nə az, nə çox bütün terror aktlarının 76%-dir.

Məsələn, Fransada hal-hazırda milliyətçi Korsika Milli Azadlıq Cəbhəsi fəaliyyət göstərir. 2013-cü ilin dekabrında sözügedən təşkilatın üzvləri Fransanın iki şəhərində polisi raket atəşinə məruz qoymuşlar.

Xristian terroristlər daha aktivdirlər. Ortalama olaraq hər beş Avropa klinikasından biri sözügedən dini fanatiklərin hücumuna məruz qalır. 1977-2010-cu illər ərzində 8 ölüm, 17 ölümə cəhd, 42 partlayış, 181 yandırma faktı və minlərlə müxtəlif cür hücumlar qeydə alınmışdır.

Daha geniş məlumat əldə etmək istəyən aşağıdakı mənbəyə müraciət edə bilər: http://thinkprogress.org/world/2015/01/08/3609796/isl..

  

İŞİD-in etdiklərini İslama aid edən ateistlərə nə deməli?

23 Cümə axşamı İyl 2015

Posted by science1985 in Terror və müharibə

≈ Bir şərh yazın

Ateistin iddiası: ” İŞİD əsl İslam deyil deməyin! Quranda “müşrikləri öldürün! ” ayələri müsəlmanların qəddar və cinayətkar olduqlarının sübutudur! ”

Cavab: Ateistin deyib-deməməsindən asılı olmayaraq, hamı çox yaxşı dərk edir ki, İŞİD bir terorçu qrupudur və bir çox özünə tabe olmayan müsəlmanları belə qətl edir, əsrləri işgəncə verərək öldürür. İslam isə bunlardan əlavə heç bir müşriki “harada görsəniz öldürün” deyərək bizi DAİM vuruşmağa sövq etmir. Ayələrə bir-bir diqqət yetirək:

Birinci verilən ayəni ateistlər belə qeyd ediblər – “Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün” (Bəqərə – 191). Yaxşı bilirlər ki, heç kim Quranı açıb bu ayəyə baxmayacaq. Xeyr, biz müsəlman olaraq biz baxdıq! Ayənin tamamını qeyd etməyiblər. Bəqərə 191 ayəsi tam belədir :
“Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!”

Ayənin izahını yazmadan öncə sizə bir maraqlı məqamı da bildirmək istəyirəm ki, verilmiş 191-ci ayədən əvvəlki ayəni mütləq oxumaq lazımdır :
(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz! (Bəqərə – 190)

“Həddən kənara çıxmayın, Allah həddi aşanları sevməz” – buna nə deyirsiniz? Məgər hədsiz dərəcədə müşrikləri öldürmək əmr olunmuşdu? Ədalətdən uzaq ateistlər ayəni bütöv verməməklə yanaşı, əvvəlki ayədəki bu incəliyi də qeyd etmirlər. İndi isə əlavə olaraq izaha baxaq :

“Əbu Cə’fer əl-Râzî, Rəbî’ îbn Ənəs vasitəsilə Əbu’l-Âliyə’dən nəql edir ki; o bu ayə haqqında belə demişdir: Mədinə’dəki sa­vaş barədə nazil olan ilk ayə budur. Bu ayə nazil olanda Rəsulullah -sallallahu aleyhi vəsəlləm – özü ilə vuruşanlarla vuruşur, vuruşmadan qaçanlardan isə uzaq dururdu. Nəhayət Bəraə (Tövbə) surəsi nazil oldu. Abdurrahmân İbn Zeyd İbn Əşləm de belə dedikten sonra, bu ayənin Tövbe suesindəki: «müşrikləri harada görsəniz, öldürün,» (Tövbə, 5) ayəsi tərəfindən nəsh edildiyini söyləyər.Bu mövzu üzərində düşünmək lazımdır.. Çünki Allah Təalanın «Sizinlərlə vuruşanlarla» əmri müsəlmanları mübarizə edənlərə qarşı tədbir və təşviq üçündür. Yəni onlar sizinlə necə vuruşurlarsa, siz də onlarla elə vuruşun. – buyrulmuşdur. Eyni ilə «Onlar sizinlə topluca vuruşduqları kimi siz də müşriklərlə topluca vuruşun» əmri kimi. Bu ayədə ise “müşrikləri harada görsəniz,öldürün, sizi çıxardıqları yerdən siz də onları çıxarın» buyrulur. Yəni necə ki, onların hədədi sizinlə vuruşmaqdır, sizin də hədəfiniz onlarla vuruşmaq olsun.Onlar sizi yerinizdən çıxardığı kimi, siz də onları ölkələrindən çıxarın.

« Lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!» Allah yolunda vuruşun, ancaq həddi aşmaqdan çəkinin. Hasan əl-Basrinin dediyi kimi; bu qadağanın içərisine işgəncə etmək, aşırı hərəkətlər, uşaqları, qadınlar və döyüşə qatılmayanları öldürmək, rahib və hahamları qətl etmək, gərəksiz yerə ağaclar yandırmaq, heyvanları öldürmək aiddir. Çünki İbn Abbâs. Ömer İbn Abdulazîz, Mukatil ibn Həyyan və digərləri belə təfsir etmişlər. Buna görə Müslim’in Sahih’ində Büreydə’dən nəql edilir ki, Rəsullullah (sallallahu aleyhi vəsəlləm) belə buyurmuşdur:

“Allah yolunda və Allah adına qaza (hərb) edin. Allah’a küfredənlərlə sa­vaşın. Qaza edin, ancaq aşırı getməyin, qadr etməyin, intiqam almayın, yeni doğulmuşları və məbəd mənsublannı öldürmeyin» Bunu İmam Əh­məd İbn Hənbəl də rəvayət edir. Abdullah İbn Abbâs deyir ki; Rəsulullah (sallallhu aleyhi vəsəlləm) əsgərlərini göndərdiyi zaman, belə buyurardı :Allah adına çıxın, Allah adına küfr edənlərlə vuruşun. Qadr etməyin, həddi aşmayın ve intiqama təşəbbüs etməyin. Uşaqları və məbəd mənsublarını öldürməyin.” [Ibn Kəsir təfsiri , Bəqərə 190-191 ayələri]

Ayələrin mənbələrdə izahları belədir və heç bir alim ateistlər kimi Quranı anlamır, çünki onlar haqq ilə batili ayırd edə bilirlər. Bundan başqa digər ayələrin də eyni mənalı olduğunu düşünərək təfsirlərini bura yerləşdirmirəm. İstəyən Təbəri təfsiri, İbn Kəsir təfsiri, o cümlədən başqa əsərləri internetdən yükləyərək (türkçə) bunları asanlıqla araşdıra bilər. İndi isə gəlin bu ayələrin nazil olduğu tarixi şəraiti təhlil edək.

“Rəsullullah(sallallahu aleyhi vəsəlləmə) əvvəlcə müşriklərlə savaşmaq üçün icazə verilməmişdir. Müşrikləri uca Allahın birliyini qəbul etməyə çağırmaq, üzləşəcəyi işgəncələrə dözmək, cahillərin qeyri-münasib davranışlara səbr edib fikir verməmək və bunlara göz yummaq vəzifəsi idi. Lakin bir çox müsəlmanın işgəncəyə məruz qalması – Sahabələrdən Həbbab bin Ərət, Bilal Həbəşi, Əmmar , Ümmü Ubeys, Lübeybə xatun, Nəhdiyə xatun və qızı, Amr bin Füxeyrəyə qarşı işgəncələr, Yasir bin Amr-ın öldürülməsi, Süheyb bin Sinanın (radiAllahu anhu) özündən gedənədək döyülməsi və Zinnirə Xatunu kor edilərək müşriklər tərəfindən “Lat və Uzza sənin gözünü kor etdi” deməsi kimi hadisələr təkcə Məkkə dövründə baş vermişdir. (İbni-Hişam ,I , 340-341; İbni-Əsir “əl-Kamil”, II, 67-69 ; “Üsdül-Ğabə, VII-123 , II-115 ; İbni-Sad , III, 249 ; Heysəmi, IX, 295: Vahidi, s. 288-289; Buxari “Təfsir” 19/3; Müslim, “Münafiqun”, 35-36; Tirmizi “Təfsir”, 19/3162….)
+Qeyd edilən müsəlmanlardan Allah razı olsun.

Bu qədər əzab, əziyyət və işgəncə halında belə vuruşmayan müsəlmanlar hicrətdən sonraki dövrdə müdafiə və sonra Allah yolunda cihad üçün vuruşmağa başladılar. Çünki, müsəlmanlara qarşı münasibət dəyişmir, onları harada görsələr əziyyət verir, malını əllərindən alır və əylənirdilər. Quranda isə deyilir :
“..Kim bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə(ölümdən qurtarsa) , o, bütün insanları diriltmiş kimi olur..” (Maidə 32)

Tarixi faktlara fikir verdikdə isə, Peyğəbərimiz (sallallahu aleyh vəsəlləm) 29 müharibə və 91 yürüş olmaqla həyatda keçirdiyi 120 hərbi hərəkatda Ərəbistanı ələ keçirdiyi halda bu döyüşlərdə düşmənlər 800-dən çox itki vermiş, müsəlmanlardan da 340-dan çox şəhid olmuşdur. 16 müharibədə faktiki olaraq döyüş olmamış, lakin məqsəd hasil olmuşdur.Əvvəlki paylaşımlarda dediyimiz kimi müsəlmanların məqsədi sərvət və qənimət yığmaq yox, fitnə aradan qalxanadək əmin-amanlıq yaratmaq olmuşdur ki, bu da müsəlmanları zalımların zülmündən, günahsız insanların qətlindən qorumuşdur. Müsəlmanlar isə yalnız “Tək Allaha inanmağa ” çağırdıqları üçün işgəncələrə məruz qalmışdılar. Yuxarıda dediyimiz “həddi aşmayın” əmri isə onları mərhəmətli və ədalətli olmağa çağırmışdır. İslam cizyə, fidyə kimi xərac ve vergilərlə qeyri-müsəlmanları qul olmaqdan qurtarmış, bəzi günahlar zamanı insanlara “qul azad edin” əmrini vermişdir. (mükatibə adında qul azad etmə müqaviləsi, cinayət zamanı qul azad etmə hökmü fiqh elmindən baxıla bilər)

Bunları nəzərə aldıqdan sonra hansı cürətlə İslamı insanlara bir terror dini kimi inandırmağa cəhd edilə bilər. Məgər İslam adına terror edənlərin sayı müsəlmanların 1-2 faizi belə olmazkən, biz geriyə qalan 98-99 faiz müsəlmanlardan xəbərdarıqmı? Yoxsa biz İslamı insanlara baxıb, onların qüsurlarına görə mi öyrənirik? Ya ateistəm deyib Quranı öz “ağıllarına” görə təfsir edənlərdən, ayələrdən cümlələri seçərək çıxaran cahillərdən?
“”Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun!”(Nəhl-16) . Allah müsəlmanları qorusun!

“Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın” ayəsi haqqında ateist ittihamlarına cavab

23 Cümə axşamı Okt 2014

Posted by science1985 in Terror və müharibə

≈ Bir şərh yazın

Ənfal surəsindəki 12-ci ayədə belə deyilir:

“(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Mö’minlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın.”

İslamofob düşüncəli ateistlər Quranın digər ayələrində olduğu kimi bu ayəni də konteksdən çıxararaq onun nazil olma səbəbi və şəraitini göstərmədən qəsdən mənasını təhrif etməyə çalışır və guya Allahın öz bəndələrinə qarşı amansız və qəddar olduğunu iddia edirlər. (haşa)
Halbuki, bir əvvəlki ayəni (Ənfal, 11) oxuduqda aydın olur ki, əslində adı çəkilən ayə müharibə dövrü haqqındadır və ayədə düşmən ordusuna qarşı döyüş səhnəsi canladırılır. Zalıma qarşı savaşmaq və torpağını, vətənini qorumaq İslama görə müsəlmanların üzərindəki ən vacib fərzlərdən biridir. Başqa sözlə, bu ayələr müsəlmanlarla müşriklər arasında baş vermiş ilk savaş – Bədr savaşı ilə əlaqədar nazil olmuşdur. Bəs Bədr savaşının baş verməsinin səbəbi nə idi?

Bilindiyi kimi İslamın yayılmağa başladığı ilk vaxtlarda Məkkəli müşriklər Hz. peyğəmbər (s.a.v) də daxil olmaqla yenicə İslamı qəbul edənlərə qarşı amansız işgəncə və zülmlər etməyə, hətta insanları İslamdan döndərmək üçün müsəlmanları öldürməyə başladılar. Nəticədə, müsəlmanlar öz evlərini, mal-mülklərini, bir sözlə, sahib olduqları hər şeyi Məkkədə buraxaraq canlarını qurtarmaq üçün məcburən Mədinəyə hicrət etməli oldular. Müsəlmanların bir hissəsi isə Həbəşistana (indiki Efiopiya) köç etdilər.

Lakin müsəlmanların hicrət etmələri müşriklərin onlara və İslama olan kinlərini sakitləşdirmədi. Hətta Həbəşistana elçilər göndərərək orada sığınacaq tapmış müsəlmanların geri dönmələrini tələb etdilər.
Daha sonra müsəlmanların Mədinəyə hicrət edərək orda dövlətlərini qurub yerləşmələri məkkəli müşriklərə çox ağır gəldi. Müşriklər İslamın uğurlarının qarşısını almaq üçün yollar axtarmağa başladılar. Məkkəli müşriklər dəfələrlə müsəlmanları hədələyib, onlara imkan düşdükcə Mədinə yaxınlıqlarında zərər vururdular. Bir sözlə, müşriklərin əsas məqsədi Bədr savaşında sayca onlardan zəif olan müsəlmanları tamamilə məhv etmək idi.

Müsəlman ordusunun sayı 305 nəfər idi. Müsəlmanların yalnız üç atı və yetmiş dəvəsi var idi. Miniklərinə növbə ilə minmək məcburiyyətində idilər. Məkkəli müşriklər isə zirehlər içərisində idilər. Sayları da 1000 nəfərə yaxın idi. Bunun yüz nəfəri süvari, yeddi yüzü dəvəli və geri qalanları piyada idi. Bu say İslam ordusunun üç qatı idi. Məhz, bu səbəbdən də, Allah Təala (c.c) mələklər vasitəsilə azlıqda olan və kafirlərin haqsız hücumuna məruz qalan müsəlmanlara yardım göndərdi və İslamı qorudu. Əslində Ənfal surəsi 12-ci ayədə açıq şəkildə bu hadisəyə işarə olunur: “(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: Mən də sizinləyəm. Mö’minlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam.”

Digər tərəfdən isə həmin ayədə ateistlərin xüsusilə ən çox təhrif etməyə çalışdıqları hissə son cümlədir: “Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!”
Bunula da ateistlər guya Allahın öz bəndələrinə qarşı qəddar olduğu kimi iftira xarakterli iddialar edirlər. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi həmin ayə müharibə dövrü haqqındadır və ayədə düşmən ordusuna qarşı döyüş səhnəsi canladırılır. Dünya tarixindən az-çox məlumatı olan hər kəs yaxşı bilir ki, Hz. peyğəmbərin (s.a.v) yaşadığı dövrdə tapança, avtomat, pulemyot və s. kimi müasir döyüş sursatları yox idi. Həmin vaxt döyüşlərdə silah vasitəsi kimi qılıncdan, xəncərdən, oxdan, nizədən istifadə olunurdu. Döyüş vaxtı düşmən əsgərini öldürmək üçün onun başını, bədən üzvünü qılıncla kəsmək yaxud nizəylə deşmək lazım idi. Bu o dövrün döyüş qaydaları idi. Burda qeyri-adi heç nə yoxdur. Hətta indinin özündə də düşmənlə əlbəyaxa döyüş zamanı oxşar tipli üsullardan istifadə olunur.

Anoloji olaraq, müqayisə aparmaqla  ayənin izahını aşağıdakı misal əsasında izah edə bilərik. Fərz edək ki, erməni əsgərləri cəbhə xəttində yerləşən Azərbaycana məxsus kəndlərdən birinə hücum edirlər. Kənddə yaşayan əhalinin sahib olduğu özünü müdafiə alətlərinə soyuq silahlar (bıçaq, balta) daxildir. Belə bir vəziyyətdə düşmən əsgərlərinin bıçaqla, baltayla vurularaq, kəsilərək məhv edilməsi vacibdir və qaçınılmazdır.

“Dinlər müharibələrə səbəb olur” iddiasına cavab

28 Cümə axşamı Avq 2014

Posted by science1985 in Terror və müharibə

≈ Bir şərh yazın

Ateistlər düşünürlər ki, dinlər müharibələrə səbəb olur. Dinlər olmasa idi, yer üzündə əmin-amanlıq olardı. Amma ateistlər yanılırlar.

Amerikalı tarixçilər Alan Akselrod və Çarlz Filips  tərəfindən hazırlanmış olan “Müharibələr  Ensiklopediyası” kitabında dünya tarixi boyunca baş vermiş əsas müharibələrin ətraflı siyahısı verilmişdir. Həmin siyahıya ümumi olaraq 1763 müharibə daxil edilmişdir. Maraqlıdır ki, bu müharibələrdən sadəcə 7 faizi (123 müharibə) dini müharibə kimi xarakterizə edilmişdir. Digər 93 faizi (1640 müharibə) isə sekyular (dünyəvi) xarakterli müharibələrdir. 1

Digər amerikalı professor Vilyam Kavano özünün “Dini Zorakılıq Mifi” (2009) adlı kitabında “dini müharibələr” terminini “Qərb dixotomiyası” adlandıraraq qeyd edir ki, dini müharibələr kimi xarakterizə olunan bütün müharibələr əslində sekyular (iqtisadi yaxud siyasi) şaxələnmələrə malikdirlər.2

Mənbələr:

1. Axelrod, Alan & Phillips, Charles Encyclopedia of Wars, Facts on File, November 2004, ISBN 978-0-8160-2851-1. Deem, Richard. Are Most Wars the Result of Religious Belief?, March 28, 2008

2. The Myth of Religious Violence: Secular Ideology and the Roots of Modern Conflict, W. Cavanaugh, Oxford University Press, 2009. ISBN 978-0-19-538504-5

İŞİD kimə qulluq edir?

31 Cümə axşamı İyl 2014

Posted by science1985 in Terror və müharibə

≈ Bir şərh yazın

Dinlər savaş qaynağı deyildir

31 Cümə axşamı İyl 2014

Posted by science1985 in Terror və müharibə

≈ Bir şərh yazın

Ateistlər düşünürlər ki, dinlər müharibələrə səbəb olur. Dinlər olmasa idi, yer üzündə əmin-amanlıq olardı. Amma ateistlər yanılırlar.

Amerikalı tarixçilər Alan Akselrod və Çarlz Filips  tərəfindən hazırlanmış olan “Müharibələr  Ensiklopediyası” kitabında dünya tarixi boyunca baş vermiş əsas müharibələrin ətraflı siyahısı verilmişdir. Həmin siyahıya ümumi olaraq 1763 müharibə daxil edilmişdir. Maraqlıdır ki, bu müharibələrdən sadəcə 7 faizi (123 müharibə) dini müharibə kimi xarakterizə edilmişdir. Digər 93 faizi (1640 müharibə) isə qeyri-dini xarakterli (sekyular, dünyəvi) müharibələrdir. 1

Digər amerikalı professor Vilyam Kavano özünün “Dini Zorakılıq Mifi” (2009) adlı kitabında “dini müharibələr” terminini “Qərb dixotomiyası” adlandıraraq qeyd edir ki, dini müharibələr kimi xarakterizə olunan bütün müharibələr əslində sekyular (iqtisadi yaxud siyasi) şaxələnmələrə malikdirlər.2

 

Mənbələr

1. Axelrod, Alan & Phillips, Charles Encyclopedia of Wars, Facts on File, November 2004, ISBN 978-0-8160-2851-1. Deem, Richard. Are Most Wars the Result of Religious Belief?, March 28, 2008

2. The Myth of Religious Violence: Secular Ideology and the Roots of Modern Conflict, W. Cavanaugh, Oxford University Press, 2009. ISBN 978-0-19-538504-5

“Kafirləri öldürün” ayəsi (Tövbə surəsi, 5-ci ayə)

29 Çərşənbə axşamı İyl 2014

Posted by science1985 in Terror və müharibə

≈ Bir şərh yazın

Ateistlərin konteksdən çıxardaraq mənasını bilərəkdən təhrif etməyə çalışdıqları başqa bir ayə Tövbə surəsindəki 5-ci ayədir. Həmin ayədə deyilir :

“Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”

Cavab:  Bu ayənin nazil olma səbəbi müsəlmanlar və müşriklər arasında 628-ci ildə bağlanmış Hüdeybiyyə sülh müqaviləsinin sonradan müşriklər tərəfindən birtərəfli olaraq pozulması və müsəlmanların öldürülməsidir. Zatən Tövbə surəsinin əvvəlki ayələrində də bu hadisəyə işarə olunur. Tövbə surəsi 5-ci ayənin ilk cümləsindən də göründüyü kimi Allah Təala (c.c) sülh müqaviləsini pozmuş müşriklərə özlərini düzəltmələri üçün 4 ay (haram aylar) möhlət verir. Daha sonra isə düşmən tərəfin sülh müqaviləsini birtərəfli pozaraq müsəlmanları qətlə yetirməsinə cavab olaraq Allah Təala (c.c) müsəlmanları düşməndən qorxmamağa və döyüşməyə səsləyir.

İndi təsəvvür etsək ki, ermənilər qəfildən atəşkəs rejimini pozurlar və azərbaycanlı əsgərləri öldürürlər. Bu zaman ermənilərə qarşı ən yaxşı cavab nə olardı? Əlbəttə ki, əks hücuma keçib düşməni məhv etmək və qisas almaq. Deməli, azərbaycanlı komandirin öz əsgərlərini ruhlandırmaq və döyüşə həvəsləndirmək üçün verəcəyi ən yaxşı əmr belə olardı: “Hücum edin! Düşmənləri harda görsəniz atəş açıb, öldürün!”

Daha sonra Tövbə surəsi 6-cı ayədə isə deyilir:

“Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Qur’anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!”

Göründüyü kimi ateistlər sadəcə bir ayəni konteksdən çıxardaraq mənasını bilərəkdən təhrif edir və Qurana iftira atırlar ki, guya Quranda şiddətə çağırış var. Halbuki, həmin ayənin nazil olma səbəbini bilən adam heç vaxt Qurana qarşı belə əsassız iddia etməz.

Əsl terrorist kimdir?

18 Cümə İyl 2014

Posted by science1985 in Terror və müharibə

≈ Bir şərh yazın

Baxaq.

← Əski Yazılar

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 102. 293 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
    MÖCÜZƏLƏR BAŞ VERƏ BİLƏRMİ?(Elmi, fəlsəfi, dini yazı)
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com Bloqu. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy
  • İzlə İzlənir
    • Dini suallar
    • Already have a WordPress.com account? Log in now.
    • Dini suallar
    • Özəlləşdir
    • İzlə İzlənir
    • Qeydiyyatdan keçin
    • Giriş
    • Bu mühtəviyyat barəsində raport ver
    • View site in Reader
    • Manage subscriptions
    • Bu çubuğu daralt
 

Şərhlər Yüklənir...