• Haqqımızda

Dini suallar

~ Dini mövzularda sual-cavablar

Dini suallar

Kateqoriya Arxivləri: Yaxşılıq, xeyriyyəçilik

Müsəlmanlar qeyri-müsəlmanlara yaxşılıq etməməlidirmi?

23 Bazar ertəsi Noy 2015

Posted by science1985 in Yaxşılıq, xeyriyyəçilik

≈ Bir şərh yazın

Ateistlərin iddiası:  İslamçıdan ötəri əsas Allah, və onun göndərdiyi kitab daha sonra peyğəmbər daha sonra da möminlərdir. Yerdə qalanına düşmən gözü ilə baxırlar, ata-anadan tutmuş yad insanlara qədər.

CAVAB:  Ateistlərin bu iddiasının əsassız olduğunu göstərmək üçün əvvəlcə Quran və hədislərə baxaq. Allah Təala buyurur:

📚 “Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.” (73/10)

📚Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!(İsra/23)
📚Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin!(4/36)

📚Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.(İsra/24)

📚Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir (Mumtəhinə/8)

📚 Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm. (Loğman/14-15)

Göründüyü kimi ayələrdə təkcə müsəlmanalara yox, həm də qeyri-müsəlmanlara və qeyri-müsəlman olan valideynlərə qarşı da xoş davranılması gərək olduğu deyilir.

Tövbə surəsində də əgər yaxınlarınız Allaha küfr edərlərsə, onlarla “düşmən olun” deyilmir, lakin “dost olmayın” deyilir:
📚 Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır (Tövbə/23)

Mövzu ilə əlaqədar bir hədisdə deyilir:

🔰Əsma Bintu Əbi Bəkr (r.a)rəvayət edir: “Müşrik olan anam yanıma gəldi. Necə davranmam gərəkdiyi barədə Peyğəmbər (s.a.v.)-dən “Anam yanıma gəldi,mənimlə (görüşüb danışmağı) arzu edir.Anama yaxşı davranımmı?” dedim.”Bəli”-dedi-“ona gərəkən hörməti göstər “. (Buxari,Hibə 28 Ədəb 8; Muslim,Zəkat 50 (1003); Ebu Davud, Zəkat 34 (1668))

Bu hissəyə qədər Qurandan dəlilləri sadaladıq və bir hədislə sizə məsələnin əslini açıqlamağa çalışdıq.

İndi isə iddia sahibinin “…Yerdə qalanına düşmən gözü ilə baxırlar, ata-anadan tutmuş yad insanlara qədər.” sözü üzərində sizi fikirləşməyə çağırıram. Fikiləşmə müddətində isə sizə İslam müfəssirlərin (Quranı izah üçün təfsir yazan alimlərin ) fikirlərini sadalayacam. Uzun olsa da, iddianın tam şəkildə cavablanması üçün oxumaq vacibdir. Beləliklə şübhəyə yer qalmaz:

“Dinlərin fərqli olması halında valideynlərə yaxşılıq
Valideynlərə yaxşılıq etmək öncədən də qeyd olunduğu kimi fərzu ayndır (hamıya vacib bir fərzdir). (Bu yaxşılıq) sadəcə onların müsəlman olması halı ilə məhdudlaşmır. Əksinə hətta kafir olsalar belə, övladlarına şirk və ya günah işləməyi əmr etmədikcə onlara yaxşılıq etmək və gözəl davranmaq vacibdir. Allahu Təala buyurur:

“Allah sizə, sizinlə din xüsusunda savaşmayan və sizi yurdunuzdan çıxarmayanlara yaxşılıq etməyi və ədalətli davranmağı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətliləri sevər.” (Əl Mumtəhinə: 60/8)

Onlara qarşı yumşaqlığa və sevgiyə dəlalət edən yumşaq, lətif söz deməli, onların nifrətinə səbəb olacaq kobud sözdən çəkinməli, onlara ən sevdikləri şəkildə xitab etməlidir. Onlara dünya və axirətlərində fayda verəcək şeylər söyləməli, onlara hirslənərək, bezginlik və ufuldamaq surətilə narazılıq etməməli, onların üzərinə qışqırmamalıdır. Onlara gözəl söz söyləməlidir.
Buxarinin “Səhih”ində Əsmadan – radiyAllahu anhə – belə dediyi varid olmuşdur: “Anam atası ilə birgə, Qureyşin Peyğəmbərlə -sallAllahu aleyhi və səlləm – əhd bağladığı vaxt yanımıza gəldi. Peyğəmbərdən – sallAllahu aleyhi və səlləm – soruşdum: “Anam mənə baş çəkməyə gəlib, onla görüşümmü? (Peyğəmbər – sallAllahu aleyhi və səlləm – ) buyurdu: “Bəli, ananla görüş”. Ondan gələn başqa bir rəvayətdə deyir: “Peyğəmbərin – sallAllahu aleyhi və səlləm – zamanında anam mənə baş çəkmək üçün yanımıza gəldi. Peyğəmbərdən – sallAllahu aleyhi və səlləm – soruşdum: “Onunla görüşümmü?” Buyurdu: “Bəli”.

İbn Uyeynə deyir: (Bu səbəblə) Allah – azzə və cəllə – onun haqqında bu ayəni nazil etdi: “Allah sizə, sizinlə din xüsusunda savaşmayan və sizi yurdunuzdan çıxarmayanlara yaxşılıq etməyi qadağan etmir.” (Əl Mumtəhinə: 60/8) Bu məqamda Allahu Təala buyurur: “İnsana valideynlərinə gözəl davranmağı əmr etdik. Əgər sənin mənə, haqqında elmin olmayan bir şeyi ortaq qoşman üçün çalışsalar onlara itaət etmə. Sizin dönüşünüz mənədir və sizə elədiklərinizi xəbər verəcəyəm.” (Əl Ankəbut: 29/8)”
📚Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 8/65-66 ; Kuveyt: 1408/1988

Müfəssir Fəxruddin Ər Razi (544-606 h/1150-1210 m) “Bəqərə-83” təfsirində, hörmət baxımından kafir valideynlə Müsəlman valideyn arasında fərq olmadığını və hər ikisinə yaxşı davranmanın fərz olduğunu gözəl bir şəkildə dəlilləndirir: “Üçüncü Məsələ: Alimlərin əksəriyyəti ittifaq ediblər ki, kafir olsalar belə valideynə təzim/hörmət eləmək vacibdir. Buna bir neçə şey dəlalət edir:
1. Ayədəki “Valideynə yaxşılıq etmək” buyruğu, valideynlərin mömin olmasıyla məhdudlaşdırılmayıb. Həmçinin fiqh üsulunda sabitdir ki, vəsf üzərinə qurulmuş hökm, o vəsfin illət olduğunu bildirir. Bu ayə dəlalət edir ki, valideynlərə təzim əmri sırf onların valideyn olmaları səbəbilədir. Bu isə ümumu əhatə edir. Həmçinin Uca Allahın bu kəlamıyla istidlal etmək də belədir (ümum ifadə edir): “Rəbbin ancaq ona ibadət etmənizi və valideynlərə yaxşılıq etməyi əmr edir.” (Əl İsra: 17/23)
2. Uca Allah buyurur: “Onlara “uf” belə demə, onlara sərt davranma!” (Əl İsra: 17/23)
Bu, onlara əziyyət verməyi qadağan eləməkdə ən yüksək mübaliğədir. Uca Allah ayənin sonunda buyurur: “De ki, Rəbbim onlar məni kiçikkən tərbiyə etdikləri kimi, sən də onlara rəhm et.” (Əl İsra: 17/23 -24) Beləcə Uca Allah, valideynlərə təzimin vacibliyindəki səbəbi açıq şəkildə ifadə edib.
3. Uca Allah, İbrahimdən – aleyhissəlam – nəqlən, onun öz atasını küfrdən imana dəvətdə ona necə iltifat etdiyini bu ayəsində açıqlayır: “Ey atacığım! Niyə eşitməyən, görməyən və sənə heç bir faydası olmayan şeylərə ibadət edirsən?” (Məryəm: 19/42) Onun atası ona əziyyət verir və ağır sözlər deyir, İbrahim – aleyhissəlam – isə buna tab gətirirdi. Bu, İbrahim – aleyhissəlam – haqqında sabit olunca, bu ümmət üçün də eynisi sabit olar. Çünki, Uca Allah buyurur: “Sonra sənə “Hənif olaraq İbrahimin dininə tabe ol!” deyə vəhy etdik.” (Ən Nəhl: 16/123)”
📚Qaynaq: Fəxruddin Ər Razi: Məfatihul Ğayb: 3/177; Beyrut: Darul Fikr: 1401/1981
Kitabın digər bir yerində İmam Əbu Bəkr Əs Səraxsi deyir: “(Kafir olsalar belə valideynlərin izni olmadan cihada çıxmaz). Çünki, Valideynlərə yaxşılıq mövzusunda kafir valideynlə müsəlman eynidir. Uca Allah buyurur: “Onlarla dünyada gözəl davran”. Bu ayədə qəsd edilən müşrik valideynlərdir. Bunun dəlili ayənin digər qismidir: “Əgər haqqında elm sahibi olmadığın bir şeyi mənə şərik qoşman üçün sənə təzyiq göstərsələr onlara itaət etmə!”…”
📚Qaynaq: Əbu Bəkr Əs Səraxsi: Şərhus Siyəril Kəbir: 1/135/Bab:36 ;Beyrut: Darul Kutubil İlmiyyə
Müfəssirlərdən Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) “Əl İsra” surəsinin 23-cü ayəsini təfsir edərkən kafir valideynlər haqda deyir: “Valideynlərə yaxşılıq sadəcə onlar müsəlman olduqları zaman deyil. Əksinə – əhdləri olduğu zaman – kafir olsalar belə övladları onlara yaxşılıq etməli, gözəl davranmalıdır. Uca Allah buyurur: “Allah sizə, sizinlə din xüsusunda savaşmayan və sizi yurdunuzdan çıxarmayanlara yaxşılıq etməyi qadağan etmir.” (Əl Mumtəhinə: 60/8).”
📚Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 13/53;Beyrut: Ər Risələ: 1427/2007

Əl Qurtubi “Ən Nisa” surəsinin ilk ayəsini təfsir edərkən, kafirlə belə qohumluq əlaqələrinin qorunması haqda deyir:
“Ümmət qohumluq əlaqələri saxlamağın vacib (fərz), onu kəsmənin haram olduğunda ittifaq etmişdir.
Əsma, ondan “Anamla qohumluq əlaqəsi saxlayımmı?” deyə soruşduqda, Nəbinin – sallallahu aleyhi və səlləm – “Bəli! Ananla qohumluq əlaqəsi saxla!” dediyi səhih şəkildə rəvayət edilmişdir.
Ona, anası kafir olduğu halda qohumluq əlaqələri saxlamağı əmr etdi. Qohumluq əlaqəsi saxlama əmrini təkid üçün, kafirlə (qohumla) belə əlaqə saxlamağın fəzilət olduğu bildirilmişdir.”
📚Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 6/14
Beyrut: Ər Risələ: 1427/2007
Nisa surəsinin 36-cı ayəsinin təfsirində isə Qurtubi deyir:Ayədəki “yaxın qonşu” ilə qəsd edilən müsəlman, “uzaq qonşu” ilə qəsd edilən isə yəhudi və xristianlardır.
Mən (Qurtubi) deyirəm: Buna görə, qonşu haqlarına riayət edilməsi əmr edilmiş və təşviq edilmişdir. İstər qonşu müsəlman olsun istər kafir. Doğru olan görüş də budur.
Yaxşılıq bəzən xeyriyyəçilik/yardım etmək şəklində, bəzən yaxşı keçinmək, onlara əziyyət verməmək və onları qorumaq şəklində olur. Alimlər belə demişlər: Qonşulara ikram etməyi əmr edən hədislər qeydsiz mütləqdir. Daha öncə açıqladığımız kimi kafir də bura daxildir.”
📚Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 6/412
Beyrut: Ər Risələ: 1427/2007
Əbu Bəkr əl-Cəssas (hicri 4-cü əsr) isə öz təfsirində deyir: Rəbbimiz buyurur: “İnsana valideynlərinə gözəl davranmağı əmr etdik. Anası onu (qarnında) daşımışdır…”, “Əgər haqqında elm sahibi olmadığın bir şeyi mənə şərik qoşman üçün sənə təzyiq göstərsələr onlara itaət etmə! Onlarla dünyada gözəl davran!”.
Uca Allah bununla, yaxşı davranmaq əmrinin müsəlman və kafir valideynlər haqqında ümumi olduğunu açıqlamışdır. Çünki, ayədə O buyurur: “Əgər haqqında elm sahibi olmadığın bir şeyi mənə şərik qoşman üçün sənə təzyiq göstərsələr…” (şirk qoşmaq üçün təzyiqi isə ancaq müşrik valideyn göstərə bilər).”
📚Qaynaq: Əbu Bəkr Əl Cəssas: Əhkəmul Quran: 5/219
Beyrut: Daru İhyait Turasil Arabi: 1412/1992
İndi düşünün, bunları nəzərə alan bir kəs İslama atdığı çirkin iddiadan üz döndərər və səhv anladığını qəbul edər. Biz iddia sahibini buna dəvət edir və müsəlmanlara qarşı “önyargı”-larından əl çəkməyini məsləhət görürük!

Qeyd: Ərəbdilindən tərcümə olunmuş mənbələr yalnız öz dilimizdə verilmişdir. Həmin mənbələr ehlitevhid.com saytından götürülmüşdür.

“Müsəlmanlar xeyriyyəçilik etmirlər” iddiası

16 Çərşənbə İyl 2014

Posted by science1985 in Yaxşılıq, xeyriyyəçilik

≈ Bir şərh yazın

Sosial şəbəkələrdə ateistlərin irəli sürdükləri saxta iddialardan biri guya müsəlmanların xeyriyyə fəaliyyəti ilə məşğul olmamalarıdır. Halbuki ICM araşdırma mərkəzi tərəfindən Britaniyada aparılmış sorğunun nəticələrinə əsasən müsəlmanlar digər insanlara nisbətən xeyriyyəçilik üçün daha çox pul verirlər. 4036 nəfər arasında aparılan sorğunun nəticələrinə görə 2012-ci ildə xeyriyyəçilik məqsədilə xərclənmiş adambaşına düşən orta illik məbləğ belədir:

– Müsəlmanlar 567 $
– Yəhudilər 412 $
– Protestantlar 308 $
– Katoliklər 272 $
– Ateistlər 177 $

2012-ci ildə Amerikanın Pew Research Center elmi-tədqiqat və araşdırmalar mərkəzinin 39 müxtəlif ölkədə 38 000 müsəlman arasında apardığı sorğunun nəticələrinə görə müsəlmanların 77 faizi xeyriyyəçiliklə məşğul olurlar.

Dünyanın aparıcı onlayn xeyriyyə platformalarından biri olan JustGiving.com-dan alınan məlumatlara əsasən müsəlmanlar zəkat vermək üçün onlayn vasitələrdən get-gedə daha çox istifadə edirlər və istifadəçi müsəlmanların sayı son iki ildə 70 faiz artmışdır. JustGiving.com-un baş icraçı direktoru deyir ki, “bizim rəqəmlər göstərir ki, Britaniyadakı müsəlman cəmiyyətlər onlayn xeyriyyəçilikdə ön sırada olmaqla Zəkat bağışlamalarını artırırlar.”

Təkcə ABŞ-da yerləşən bəzi müsəlman xeyriyyə təşkilatları:
Al-Ehsan Charitable Relief Organization
Care International
Help the Needy
Health Resource Center for Palestine, Inc
Jerrahi Order of America
Albanian Islamic Cultural Center – Kosova Relief
HOPE International Relief and Development Agency
Algerian Relief Foundation
American Bosnia-Herzegovina Relief Fund
Al-Nasr International
Badr for Relief and Developement
American Red Crescent, Inc.
The Bosnia Relief Fund, USA Inc.
Charitable Society for Social Welfare (CCSW)
Chechen-Ingush Society of America (CISA) – Chechen Relief
Consultative Committee of Indian Muslims (CCIM)
Fund for Afghan Relief and Development (under ICNA)
Bosnian-American Cultural Association
Gulf Medical Relief Fund, Inc.
HOPE International Relief and Development Agency
IKRE Fund (NY Branch)
International Relief Association (IRA)
International Relief Organization
Islamic African Relief Agency – USA (IARA-USA)
Islamic-American Zakat Foundation
Islamic Call Organization
və s. və ilaxır. Bu ABŞ-dakı müsəlman xeyriyyə təşkilatlarinin tam siyahısi deyil. Siyahını uzatmaq da olar. Hələ başqa ölkələrdə fəaliyyət göstərən digər müsəlman xeyriyyə təşkilatlarını da siyahıya əlavə etmək olar.

Nəhayət Qurani Kərimdə xeyriyyəçilik fəaliyyəti ilə bağlı Allah Təala (c.c) buyurur:

– Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir! (Bəqərə, 254)

– Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tə’rifə) layiqdir! (Bəqərə, 267)

– Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qutarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!” (Bəqərə surəsi, 177-ci ayə).

Mənbələr

http://www.nbcnews.com/news/world/muslims-give-more-charity-others-uk-poll-says-v19611201
http://www.pewforum.org/2012/08/09/the-worlds-muslims-unity-and-diversity-2-religious-commitment/
ESAM (Ekonomik ve Sosyal Araşdırmalar Merkezi)
http://www.esam.org.tr/icerik.aspx?icerik=AltKat37
http://www.freerepublic.com/focus/f-news/1321951/posts

Çolaq Addım

Çolaq Addım

Mövzular

  • Adəm peyğəmbər haqqında iddialara cavab
  • Allah Təala (c.c) haqqında suallara cavablar
  • Alın yazısı haqqında suallara cavablar
  • Ateist iddialarına cavablar
  • Cənnət və Cəhənnəm, ölümlə bağlı suallara cavablar
  • Digər peyğəmbərlər və dini suallar haqqında
  • Fəlakətlər: aclıq və xəstəliklər
  • Kainat və astrofizika – Yaradılış dəlilləri
  • Köləlik və cariyəlik
  • Məhəmməd peyğəmbərə (s.a.v) qarşı iddialara cavablar
  • Musa peyğəmbər (a.s) haqqında iddialara cavab
  • Namaz, oruc, həcc ziyarəti ilə bağlı suallar
  • Niyə İslam?
  • Nuh peyğəmbər (a.s) haqqında iddialar
  • Qadınlar haqqında suallara cavablar
  • Quran ayələrindəki möcüzələr
  • Qurana qarşı iddialara cavablar
  • Ruh haqqında
  • Süleyman peyğəmbərlə bağlı iddialara cavablar
  • Terror və müharibə
  • Təsadüf haqqında
  • Yaxşılıq, xeyriyyəçilik
  • İnsan və təbiət – Yaradılış dəlilləri
  • İsa peyğəmbər (a.s) haqqında iddialar
  • İslam və müsəlmanlar
  • İslamda elm və mədəniyyət
  • İslamın zorla yayılmasına dair iddialara cavablar

Bloq Statistikası

  • 81. 816 hits
Follow Dini suallar on WordPress.com

Ən Populyar Yazılar & Səhifələr

  • Təsadüf varmı?
    Təsadüf varmı?
  • Quranda qadınları döymə əmri varmı?
    Quranda qadınları döymə əmri varmı?
  • “Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım” ayəsinin izahı
    “Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım” ayəsinin izahı
  • "Qadınlar sizin tarlanızdır" ayəsini necə anlamalıyıq?
    "Qadınlar sizin tarlanızdır" ayəsini necə anlamalıyıq?
  • "O, yaratdığı hər şeyi gözəl yaratdı" ayəsi haqqında iftiralara cavab
    "O, yaratdığı hər şeyi gözəl yaratdı" ayəsi haqqında iftiralara cavab
  • "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
    "Quranda yerin düz (yastı) olduğu yazılıb" iddiasına cavab
  • "Kafirləri öldürün" ayəsi (Tövbə surəsi, 5-ci ayə)
    "Kafirləri öldürün" ayəsi (Tövbə surəsi, 5-ci ayə)
  • Hz. Adəm və qan qrupları
    Hz. Adəm və qan qrupları
  • İnsestlə bağlı ateist iddiasına cavab
    İnsestlə bağlı ateist iddiasına cavab
  • "Müsəlmanların ilk qibləsi Petra şəhəri olub" iddiasına cavab
    "Müsəlmanların ilk qibləsi Petra şəhəri olub" iddiasına cavab
Follow Dini suallar on WordPress.com

Son şərhlər

İskəndəriyyə kitabxanasının ya… üçün Ləman
“Nəhəng kainatdakı kiçik… üçün Ləman
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün science1985
Peyğəmbər (s.a.v) hz.Aişə (r.a… üçün Zaur
İddia: Quranda Kəhf surəsinin… üçün Qorxmaz
İsa peyğəmbərin (a.s) yaşaması… üçün Məmmədzadə Sədail

WordPress.com-da pulsuz sayt və ya bloq yarat. Mövzu: Chateau tərəfindən Ignacio Ricci.

İmtina
Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
To find out more, including how to control cookies, see here: Cookie Policy