Balıqların mənşəyi və əcdadlarının hansı canlı olması “Yaradılış”ı qəbul etmək istəməyən təkamülçülər üçün hələ də öz sirrini saxlayır. Aşkar edilən canlı qalıqlarına görə, məlum balıq qruplarının böyük bir hissəsi təqribən dörd yüz milyon il bundan qabaq qısa bir zaman ərzində meydana gəlmişdir. Bunlar da yarandığı vaxtdan əvvəlki canlı qruplarından fərqli və təcrid edilmiş vəziyyətdə olmuşlar. Paleontologiyanın araşdırıb təqdim etdiyi balıq qruplarının heç biri digərinin əcdadı kimi təsnif edilmir, bunların hamısı eyni dəyərdə olub əcdad və ya törəmə (baba və ya nəvə) deyillər. Aləmlərin Rəbbi elm, hikmət, iradə və qüdrətinin sonsuzluğunu saysız-hesabsız çeşiddə məxluqlar (eyni zamanda hər biri bir sənət əsəri səviyyəsində)yaratmaqla göstərir.
Qalıq təbəqələrində keçid formalarının olmaması xüsusiyyətlərə malik (lakin bunlar fərz edilən əcdadda yoxdur) bir qrupun vəziyyətində də özünü açıq şəkildə göstərir. Məsələn, təkamülçülərə görə, balıqdan amfibiyalara (həm suda, həm də quruda yaşaya bilən qurbağalar və salamandra kimi növlər) “keçidə” nəzər yetirək. Bunların quruluş və funksiya fərqləri o qədər çoxdur ki, tədrici bir dəyişikliyin baş verməsi üçün milyonlarla il lazım olacaq və təbii ki, bu müddətdə balıqlarla amfibiyalar arasında əlaqələndirici sayılan saysız-hesabsız keçid forması meydana gələcəkdir. Lakin bu keçid formaları heç bir yerdə aşkar olunmamışdır. Üç yüz əlli milyon il bundan əvvəl heç bir nümunəsi bu günə qədər gəlib çatmayan çox sayda qədim suda-quruda yaşayanlar qrupu əlli milyon illik bir mərhələdə həyat səhnəsinə çıxmışdır. İlk amfibiya quruda rahatlıqla hərəkət etmək üçün normal (dörd ayaqlı) ön və arxa ayaqlarına malikdir, yəni quru həyatına tam hazırdır; bunu canlı qalıqlarında görürük. Yenə hər qrup ilk göründüyü andan etibarən fərqlidir və təcrid vəziyyətindədir və heç bir qrupu digərinin əcdadı kimi dəyərləndirmək olmur.
Balıqlarla amfibiyaların anatomik quruluşu arasında mövcud olan əsas fərq bu növlərin keçid formaları ilə birləşdirilməsini qeyri-mümkün edir: hal-hazırda yaşayan və ya daşlaşmış qalıq halında olan bütün balıqların çanaq qurşağının bədənin ağırlığını daşımasına ehtiyac yoxdur. Digər tərəfdən, yaşayan və ya qalıq şəklində olan dördayaqlı amfibyalarda isə çanaq qurşağı çox genişdir, onurğaya möhkəm bağlanmışdır. Suda-quruda yaşayan heyvanın yeriyə bilməsi üçün belə anatomik quruluş zəruridir. Arada heç bir keçid forması da yoxdur.
Fırçaüzgəcli (Crossopterygii) balıqların üzgəcləri ilə nəsli tükənmiş olduğuna görə, yarı balıq, yarı sürünən hesab olunan lchtyostegaların ayaqları bir-birindən anatomik cəhətdən çox fərqlənir. Bəs əvvəlkindən sonrakına keçid üçün lazım olan keçid forma haradadır? Keçid formaları yoxdur. İlk amfibiya quruda hərəkət edən normal dörd ayaqlı tipdə-ön və arxa ayaqlarla yaradılmışdır.
QURUDAN SUYA VƏ YA SUDAN QURUYA KEÇİD MÜMKÜNDÜRMÜ?
Suitilər, dəniz inəkləri və su samurları kimi bütün su və ya yarı su məməliləri müxtəlif qrupların təkmilləşmiş nümayəndələridir və heç biri müasir balinaların əcdadı ola bilməz. Boşluğu kiçiltmək üçün özümüzü tamam yox olmuş çox sayda növün varlığını fərz etməyə məcbur etməliyik. Təkamülçülər bu silsiləni siçan boyda bir böcəkyeyən quru məməlisindən başlayır, sonra ardıcıllıqla su samurunu, suiti və su inəyini verərək müasir balinaların xəyali əcdadına doğru irəliləyirlər. Buradan etibarən də dişsiz (keratin çubuqlu) balinaların dişli balinalardan ayrıldığı haça nöqtəsində zəruri boşluğu doldurmaq üçün yenə çox sayda bəsit balina təxəyyül etməliyik. Digər tərəfdən, təkamülə görə, təkmilləşməmiş bir quru formadan başlayan bu xəyali növ silsiləsi kənar budaqlar meydana gətirmişdir. Belə ki, bu məntiqin təməlində təsadüfi budaqlanmalar (budaqlara ayrılmalar) dayanır. Halbuki yuxarıda adı çəkilən heyvanların heç biri sadə quruluşlu deyil ki, təsadüf mümkün olsun. Beləliklə, bir daha elmi və qüdrəti hər şeyə yetən Yaradanın canlıları xüsusi və hikmətli seçimlə yaratması ön plana çıxır ki, bu da Darvinçi nəzəriyyəyə tamamilə yaddır və onun canlılar tarixini mexaniki şəkildə izah etməsinə maneədir. Bu fərziyyəyə görə, çoxlu məlum olmayan tipləri meydana gətirən saysız-hesabsız kənar şaxələr olmalı və fasilələr arasında təkamül ən qısa yolu təqib etdiyi təqdirdə gözləniləndən daha çox növ mövcud olmalı idi. Bunların bir qismi təbii seçmə ilə çıxdaş ediləcək, məhv olmayanlar isə yavaş-yavaş dəniz məməlisinə çevriləcəkdi. Bunun xəyalını qurmaq çox gözəl olsa da, reallıqla heç bir əlaqəsi yoxdur.
Çünki, bir quru məməlisini balinaya çevirmək üçün neçə-neçə orqan və sistemdə dəyişiklik baş verməlidir. Arxa ayaqların dəyişməsi, quyruq üzgəclərinin inkişafı, yeni xüsusiyyətlərin ortaya çıxması, ön ayaqların qısalması, burun dəliklərinin başın yuxarısına sürüşməsi üçün kəllə sümüyündə dəyişikliklər olması, traxeyanın dəyişməsi, davranış tərzinin dəyişməsi, duzlu suya görə böyrək funksiyalarının dəyişməsi, yeni doğulanların su altında əmizdirilməsi üçün xüsusi məmə uclarının yaranması, doğum şəklinin tam tərsinə çevrilməsi bunların ən vacibləridir. Bütün bu dəyişiklikləri təsəvvür edəndə quruda yaşayan xəyali əcdaddan müasir balinaların ümumi əcdadına qədər ən qısa yol üzərində yüzlərlə, hətta minlərlə keçid növünün varlığını düşünmək məcburiyyətində qalırıq.
QURU HƏYATI İLƏ SU HƏYATI ARASINDA KEÇİD NÖVLƏRİNİN OLMASI NƏ ÜÇÜN MÜMKÜN DEYİL?
Quru mühiti kimi, dəniz və şirin su həyatı da spesifik xüsusiyyətlərə malikdir. Quruda orqanizm su itkisi və quruma təhlükəsi ilə üz-üzədir. Buna görə də quruda yaşayan canlıların dərisi su itkisinə imkan verməyən quru və sərt keratin təbəqəsi ilə qorunur. Quru canlıları yerin cazibə qüvvəsinə görə daha güclü ayaqlara malik olmalıdır. Su həyatında isə quruma təhlükəsi yoxdur, lakin duzların orqanizmə daxil olması (dəniz balıqlarında) və ya hədsiz duz itirmə (şirin su balıqlarında) təhlükəsi var. Bundan başqa üzmək üçün lazımi hidrodinamik bədən və üzgəc formaları da qurudakı ayaq formalarından fərqli olmalıdır. Halbuki hətta xarici morfologiya baxımından diqqət yetirsək, görərik ki, dəri vəzilərindən üzgəc və ayaqların müxtəlif əzələlərinə qədər-iki fərqli mühitə aid xüsusiyyətlərin hamısı həmin şəraitdə yaşayan heyvanın bütün cəhətlərinə uyğun yaradılmışdır.
Ən kiçik orqana aid toxumalar belə DNT genetik kodu ilə müəyyən edilmişdir. Ehtimal olunan bütün dəyişikliklər əvvəlcə məlumatlar planında heyvanın ya ziqotunda (mayalanmış yumurtasında), yaxud sperma və yumurta hüceyrəsində ayrı-ayrı ortaya çıxmalıdır. Məsələn, sadəcə böyrək nefronları qurudakından fərqli quruluşa çevrilməsi üçün orqanizmin bütün xüsusiyyətlərini ehtiva edən geniş məlumat məcmusu və məlumatı tətbiq edəcək qüdrət lazımdır. Təkamülçülərə görə bir xüsusiyyətin bütün genetik sistemi pozmadan və digər xüsusiyyətlərlə ahəng içində dəyişməsi yalnız təsadüfi mutasiyalarla bağlıdır. Halbuki canlıların bu özünəməxsusluğunu müasir fizioloji biliklərə tam anlamaq olduqca çətindir. Təkcə böyrəklərin dəyişməsi üçün neçə ədəd yararlı və idarə olunan mutasiya tələb olunduğunu hesablamaqda acizik. Çünki, böyrəklərdə əmələ gələcək təsadüfi bir mutasiya ya sadəcə böyrəyin normal fəaliyyətini pozaraq canlının həyatını təhlükəyə atar, ya da ən azı heç bir işə yaramaz.
Halbuki təkcə böyrək borucuqlarının dəyişməsi kifayət etmir. Qurudan suya keçid üçün nəfəs yollarının və ağciyərlərin quruluşu, ürəyin başda nəfəs orqanları və beyin olmaqla bütün orqanlara uyğun damar xüsusiyyətləri, əzələlərin hər birinin müvafiq sümüklərin ən əlverişli nöqtələri ilə bağlanması kimi bir çox zəruri dəyişikliklərin də eyni anda gerçəkləşməsi lazımdır. Çünki bir sistemə təsir edən və onu bir səviyyədən başqa bir səviyyəyə keçirən bütün dəyişikliklər eyni anda baş verməsə, sistem fəaliyyətini davam etdirə bilməz. Məhz bu vəziyyətdə DNT-də eyni anda yüzlərlə uğurlu mutasiya baş verməlidir.
Əgər bu qədər mutasiyanın bir anda baş verdiyini qəbul etsək, kərtənkələ yumurtasından quş çıxmasını və ya inəyin suiti doğduğunu da qəbul etməliyik. Bunun izahını, ümumiyyətlə, qeyri-mümkünlüyünü görən təkamülçülər istər-istəməz bu keçidin pilləli olduğunu düşünmək məcburiyyətində qaldılar. Lakin bu vəziyyətdə də hər pillədəki keçid canlı forması həyatını davam etdirmək üçün az və ya artıq orqanla deyil, bütün vacib orqanlarla dünyaya gəlməlidir. Belə olanda da “meydana gələn” canlıya da keçid forması demək olmur. Çünki bir canlının keçid forması olması üçün bəzi xüsusiyyətləri əvvəlki formaya aid olmalı, digərləri isə tamamilə yeni formaya aid orijinal olmalıdır. Bu vəziyyətdə sistem daxilində iki müxtəlif modelin bir-birilə uyğun gəlməsi kimi çox çətin problem ortaya çıxır. Bundan başqa, bir hədəfə, qayəyə doğru yönəldilmiş dəyişikliklər başlanğıcdan etibarən külli bir iradə və şüurla həyata keçirilməlidir-belə bir anlayışı təkamülçülər, onsuz da, qəbul etmirlər.
Hesab etsəniz ki, təsadüfi mutasiyalar bütün keçid formalarında uğurlu dəyişikliklərə səbəb olmuşdur, o zaman milyonlarla ehtimal içindən ən uyğun məlumatın öz-özünə ortaya çıxması və bu məlumata aid genetik molekullardakı dəyişikliyin mövcud kodlama ilə ziddiyyət təşkil etməməsi kimi bir ehtimalı qəbul etməli olacaqsınız.
ONURĞASIZLARDAN ONURĞALILARA KEÇİD MÜMKÜNDÜRMÜ?
Təkamülün ən böyük problemlərindən biri də onurğasız heyvanlardan onurğalı heyvanlara keçidi izah edə bilməməsidir. Çünki onurğasız və onurğalı heyvanlar bir-birindən tamamilə fərqli bədən quruluşuna və orqanlara malikdir. Bu fərq o qədər böyükdür ki, onu tədrici inkişaf edən keçid formalarla izah etmək heç cür mümkün deyildir. Onurğasız heyvanların əksəriyyətinin (buğumayaqlılar, dərisitikanlılar, molyuskaların bir hissəsi) bədənini xitin və ya kalsium karbonatdan ibarət xarici skelet örtür, bir hissəsi də (həlqəvi qurdlar, bağırsaqboşluqlular və bir çox kiçik tiplər) skeletsiz yumşaq vücuda malikdir. Onurğalılar isə sümük və qığırdaqdan ibarət daxili skeletə malikdir. Bu skelet quruluşlarına müvafiq olaraq onurğasızlarda əzələlər xarici skeleti daxildən örtür, onurğalılarda isə əzələlər daxildəki skeleti xaricdən örtür. Başqa sözlə, onurğasız bir heyvanın onurğalıya çevrilməsi üçün heyvanın içinin çölünə çevrilməsi kimi əks proses baş verməlidir.
Bundan başqa onurğalıların mərkəzi sinir sistemi ilə onurğasızların sinir zənciri (məsələn, əksər qurd tiplərində) və səpgili sinir sistemləri (məsələn, bağırsaqboşluqlular) arasında tədrici keçidin mümkünlüyünü heç xəyala gətirmək də olmaz. Bunun kimi bütün sistemlərdə böyük dəyişiklikləri zəruri edən müxtəlifliklər vardır. Onurğasızlarda açıq qan dövranı, onurğalılarda isə qapalı qan dövranı, onurğasızlarda ifrazat üçün qıf şəkilli nefredial orqanlar, onurğalılarda böyrəklər, onurğasızlarda bir qatlı bədən örtüyü, onurğalılarda iki qatlı dəri, onurğasızlarda tənəffüs üçün traxeya və genişlənmiş bədən səthinin təşkil etdiyi ektodermal nəfəs yolları, onurğalılarda isə kisə şəkilli ağciyərlər və endodermal nəfəs yolları kimi bir-birindən olduqca fərqli orqanlar onurğasızlarla onurğalılar arasında təsadüfi mutasiyalarla inkişaf edən keçid canlının olmasını qeyri-mümkün edir. Praktikada da belə canlı qalıqlarına rast gəlinməmişdir.
SUDA YAŞAYAN CANLILAR QURUDA YAŞAYAN CANLILARA TƏKAMÜL EDƏ BİLƏRMİ?
11 Bazar Fev 2024
Posted Təkamülçülərə cavablar
in