Bir canlı hüceyrəsinin təsadüflərlə əmələ gəldiyini düşünən bir insan aşağıda izah edəcəyimizə bənzər hekayəyə də asanlıqla inanmalıdır. Bu, bir şəhər haqqında qısa hekayədir.
Fərz edək ki, bir gün qeyri-münbit bir ərazidə qayaların arasında qalmış bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq günəş çıxdıqda qayalarında arasında quruyub bərkiyir və təsadüfən müəyyən forma alır. Daha sonra onun üçün qəlib vəzifəsini yerinə yetirən qayalar ovulub dağılırlar və ortaya düzgün formalı, möhkəm kərpic çıxır. Bu kərpic illərlə eyni təbii şərtlər daxilində özü kimi başqa kərpiclərin də əmələ gəlməsini gözləyir. Bu gözləmə eyni kərpicdən eyni yerdə yüzlərlə, minlərlə kərpicin əmələ gəlməsinə qədər əsrlərlə, min illərlə davam edir. Bu zaman böyük təsadüf nəticəsində əvvəlcə əmələ gələn kərpiclər də dağılıb pozulmur. Min illərlə fırtınalara, yağışlara, küləklərə, yandırıcı günəş şüalarına, dondurucu soyuğa məruz qalan kərpiclər parçalanmır, çatlamır, başqa yerlərə sovrulub dağılmır, eyni yerdə və eyni möhkəmlikdə digər kərpiclərin əmələ gəlməsini gözləyirlər.
Kərpiclər lazımi miqdarda olduqda külək, fırtına, siklon kimi təbii amillərin təsiri ilə sovrulur və təsadüf nəticəsində yan-yana və üst-üstə planlı şəkildə düzülüb bir bina tikirlər. Eyni zamanda kərpicləri bir-birinə yapışdıran sement, suvaq kimi məmulatlar da “təbii amillərlə” əmələ gəlib qüsursuz plan daxilində kərpiclərin arasına girir və onları bir-birinə bərkidirlər. Bütün bu proseslər başlayarkən torpağın altındakı dəmir filizləri də “təbii amillərlə” formaya düşüb torpağın üstünə çıxaraq kərpiclərin əmələ gətirdiyi binanın bünövrəsini qoyurlar. Nəticədə hər cür məmulatı, taxtası, texniki qurğuları ilə birlikdə bütöv bir bina ortaya çıxır.
Əlbəttə, bina təkcə bünövrədən, kərpicdən və suvaqdan ibarət deyil. Elə isə digər çatışmazlıqlar necə tamamlanmışdır? Cavab sadədir: binanın ehtiyacı olan hər cür məmulat torpaqda var. Şüşələr üçün lazım olan silisium, elektrik kabelləri üçün lazım olan mis, simlər, şalbanlar, mismarlar, su boruları və s. üçün lazım olan dəmir torpağın altında bol miqdarda mövcuddur.
Bütün bu məmulatların formalaşıb binanın içinə yerləşmələri də “təbii amillərin” hünəri ilə baş verir. Əsən külək, yağan yağış, bir az fırtına və yeraltı təkanın da köməyi ilə bütün texniki vəsait, taxta, aksesuarlar kərpiclərin arasında yerli-yerində oturur. İşlər o qədər yolunda getmişdir ki, kərpiclər sonradan təbii şərtlər daxilində şüşə adlı bir şeyin əmələ gələcəyini bilirmiş kimi lazımi pəncərə yerlərini qoyaraq düzülmüşdürlər. Hətta sonradan yenə təsadüflərlə meydana gələn su, elektrik, mərkəzi istilik sistemi qurğuları üçün yerləri də qoymağı unutmamışlar. Bütün işlər o qədər yolunda getmişdir ki, “təsadüflər” və “təbii amillər” qüsursuz dizayn meydana gətirmişdir.
Bu hekayəyə inanan bir şəxs bu qədər açıqlamadan sonra şəhərdəki digər binaların, qurğuların, tikililərin, yolların, xiyabanların, kanalizasiya sisteminin, rabitə və nəqliyyat sistemlərinin necə əmələ gəldiyini də düşünərək tapa bilər. Hətta mövzu ilə bir az əlaqəlidirsə, şəhərin “kanalizasiya sisteminin təkamül prosesi və mövcud tikililərlə uyğunluğu” haqqındakı nəzəriyyələrini açıqladığı bir neçə cildlik “elmi” əsər belə yaza bilər. Bu üstün fəaliyyətlərinə görə akademik mükafata belə layiq görülə bilər, özünü bəşəriyyət tarixini aydınladan düha olduğunu zənn edə bilər.
Darvin öz dövründə hüceyrənin olduqca sadə quruluşa malik olduğunu zənn edirdi. Darvini dəstəkləyən E.Hekel dənizin dibindən çıxardığı üstdəki palçığın öz-özünə canlanacağı fikrini də ortaya atmışdı.
Canlıların təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi elə bu qədər, bəlkə bundan daha çox həqiqətdənkənardır. Çünki tək başına bir hüceyrə bütün iş sistemi, rabitə, nəqliyyat və idarəetməsilə birlikdə böyük bir şəhərə bənzəyən kompleksliyə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında hüceyrənin bu kompleks quruluşundan belə bəhs edir:
Həyatın molekulyar biologiyası tərəfindən üzə çıxarılan reallığını qavramaq üçün bir hüceyrəni təqribən bir milyon dəfə böyütməliyik, ta ki diametri 20 km-ə çatsın. Belə olduqda hüceyrə Nyu York və ya London kimi böyük şəhər qədər nəhəng ölçüdəki kosmik gəmiyə bənzəyəcəkdir. Qarşımızda bənzərsiz dərəcədə kompleks sistem və qüsursuz dizayn olduğunu görərik. Hüceyrəni lap yaxından nəzərdən keçirsək, üzərindəki milyonlarla kiçik qapı ilə qarşılaşarıq. Eynilə kosmik gəmidəki avtomatik qapılar kimi bu qapılar daima açılıb-bağlanaraq hüceyrənin içinə və ya xaricinə keçən maddə axınını tənzimləyirlər. Əgər bu qapıların hər hansı birindən içəri girsək, qeyri-adi texnologiya və heyrətamiz kompleksliklə qarşılaşarıq. İnsanların istehsal etdiyi hər şeydən çox üstün olan bu texnologiya bizim yaradıcı zəkamızın həddindən artıq fövqündə durur. Bu sistem “təsadüf” anlayışının hər mənada tamamilə “antitezisini” təşkil edir.
Sual: Balıqların çoxlu sayda kürü tökməsinə baxmayaraq bunlardan çoxu məhv olur. Sadəcə müəyyən qismi sağ qalır. Bu fakt təsadüfə misal ola bilərmi?
CAVAB:
Milyonlarla kürüdən eyni anda hamısının deyil, sadəcə bəzilərinin bala verməsi zahirən baxdıqda təsadüfi hadisə kimi görünə bilər. Lakin bu bir təsadüf yox, intizamlı sistemə nümunədir. Sadəcə olaraq, ateistlər məsələyə yanlış baxış bucağından baxdıqları üçün məsələnin kökünü dərhal təsadüflərə bağlayırlar. Problem də bundadır.
Gəlin bir anlıq fərz edək ki, xüsusi bir balıq növünə aid milyonlarla kürünün hamısı eyni anda bala verir. Əgər belə hal olsaydı, onda həmin balıq növünün yaşadığı su hövzəsində nələr baş verərdi?
Bu zaman həmin növə aid balıqların sayı inanılmaz sürətlə artar, dominantlıq əldə edər və su hövzəsində mövcud olan diger su canlılarının yaşaması üçün müxtəlif həyati tehlükələr yaranardı. Beləliklə, bir növə aid qeyri-adi sürətli artım yaşadığı ekosistemdə qeyri-balansın meydana çıxmasına səbəb olardı.
Təsəvvür etsək ki, eyni proses digər canlı növlerində də baş verseydi, qısa müddet erzinde ekosistemde hansı böyük pozuntu və qeyri-tarazlıqlara yol aça bilərdi.
Lakin göründüyü kimi adətən süni müdaxilələr olmadıqca təbiətdə belə bir hal baş vermir və canlı növlərinin sayı arasındakı balans təbii şəkildə tarazlanır. Çünki bir balıq növü terefinden buraxılan çox saylı kürülerin bir qismi bala verir, diger qismi ise başqa canlılar terefinden ovlanaraq onların qida menbeyini teşkil edir.
Göründüyü kimi burada düşünülmüş nizamlı bir sistem fealiyyet gösterir.
Bu yolla hem bir canlı növünün müeyyen nisbetde artımı temin edilir, diger canlı növleri ise qida ile temin olunaraq ac qalmasının qarşısı alınır. Bununla da sanki tebietde göze görünmez el ile ekosistemdeki balans qorunur.
Qeyd etdiyimiz kimi milyonlarla balıq kürüsü əslində boş yerə israf olmur, başqa canlıların qidasına çevrilir və bir növ onların ruzisi rolunu oynayır və onların həyatda sağ qalmalarına yardım edir. Balıq kürüsü müxtəlif faydalı vitaminləri özündə ehtiva etməklə həm də sağlam yaşam tərzi baxımından insanların qida rasionunda önəmli paya sahibdir.
Ümumiyyetle, tebietde israf yoxdur, tebii özünü tenzimleme mexanizmi var. Eslinde tekce suda yox, bütün tebietde bu proses gedir. Müxtelif canlı növleri sağ qalmaq üçün başqa canlılarla qidalanırlar. Bununla da hem bir canlı növünün süretle artımının qarşısı alınır, hem de diger canlıların ruzisi temin olunur. Allah Tealanın (c.c) tebietde qoyduğu nizam budur.
Yuxarıdakı misalı köpək balıqlarının da timsalında izah etmək olar. Zahirən, köpək balıqları yırtıcı və təhlükəli heyvan növü kimi qəbul edilə bilər. Lakin onların yerinə yetirdiyi funksiyaya baxdıqda isə hər şey aydın olur. Belə ki, köpək balıqları okeanların ekosistemindəki tarazlığı qorumaq üçün çox vacib amildir. Köpək balıqları ölü və xəstə heyvanlarla qidalanmaqla “təmizləyici” funkiyasını yerinə yetirir. Digər tərəfdən isə yırtıcı rolunu oynamaqla başqa heyvan növlərinin sayına “nəzarət edir.” Onlar həm də ən çox mövcud olan növləri ovlamaqla növlərin müxtəlifliyini qoruyub saxlayırlar. Bir çox alimlər qeyd edirlər ki, köpək balıqları olmadan okeanların ekosistemindəki balans pozula və dağıdıcı effekt yarada bilər.
Ateistlərə görə kainat və canlı həyat “öz-özünə,” “təsadüfən” yaranıb. Yəni, “ağılsız” və “şüursuz” atomlar bir-birini kopyalayaraq, ağıllı dizayn edərək, səhvsiz, qüsursuz hüceyrələr, orqanlar, orqanizmlər və s yaratmaq qabiliyyətinə malikdirlər. Bir sözlə, ateistlər, tək yaradan Allahı(c.c) inkar etməklə, əslində atomları ilah kimi qəbul etmiş olurlar və bir Yaradan olan Allah(c.c) əvəzinə, çoxlu ilahlara, yaradanlara (şüursuz və ağılsız atomlara) “iman” edirlər.
Bu kiçik yazımızda “öz-özünə yaradılışın” mümkünsüz və məntiqsiz olduğunu əqli-məntiqi dəlillərlə izah etməyə çalışacağıq)
İnsanın bədəninə elə bir nizam qoyulub ki, orada heç bir hüceyrənin özbaşına hərəkət etməsi mümkün deyildir. Hər bir hüceyrə ağıllı və şüurlu varlıq kimi öz işini görür. Məsələn, bədənin bir hüceyrəsinə nəzər salaq. Əgər o hüceyrəni Sonsuz Qüdrət Sahibinin əmrləri ilə hərəkət edən bir məmur hesab etməsək, o halda bununla razılaşmaq lazım gəlir; o hüceyrə aid olduğu bədəni tanıyır, görür, onun forma və quruluşunu bilir.
Məsələn, insanın həzm sistemini təsəvvür edək. Ağız boşluğundan yoğun bağırsağa qədər uzanan orqanlar mükəmməl ahənglə işləyir. İnsan bədənini bütün kainatla əlaqəli olması göstərir ki, o, bütün kainatı görən bir göz, vücudunun quruluşunu, nə cür işlədiyini, nə ilə qidalandığını BİLƏN BİR AĞIL TƏRƏFİNDƏN İDARƏ EDİLİR. Buradan belə nəticə çıxır ki, hər hüceyrə bir dahi kimi ağıllı, bir ilah qədər qüvvətli olmalıdır. Nəticə etibarilə, TƏK ALLAHI İLAH QƏBUL ETMƏYƏN BİR İNSAN (İNKARÇI) KAİNATDAKI HÜCEYRƏLƏRİN SAYI QƏDƏR İLAHLARI qəbul etmək kimi gülünc vəziyyətə düşür.
İnsan bədəni min qübbəli sarayı xatırladır, o sarayın hər qübbəsində daşlar baş-başa verib. Halbuki insanın vücudu bu saraydan min dəfə artıq heyrətamiz quruluşa malikdir. Çünki daima yenilənir. Əgər insanın vücudunu təşkil edən o hüceyrələrin Sonsuz Qüdrətin məmurları olmadığını fərz etsək, onda gərək HƏR BİR HÜCEYRƏ DİGƏR HÜCEYRƏLƏRİN HƏM MÜDİRİ, HƏM DƏ İŞÇİSİ OLSUN. Yəni həm başqa hüceyrələrə tapşırıq verib onları lazımi yerlərə göndərməli, həm də özü onların lazım bildiyi yerlərə getməlidir. Əlbəttə ki, hər ağızdan bir avaz gəldiyinə görə burada heç bir nizam və nəticədən söhbət gedə bilməz.
Məsələn, gözdəki bir hüceyrə başqa nahiyədə də ola bilərdi. O, göz adlı orqanda OLMAĞI ÖZÜ SEÇİB??? NƏ ÜÇÜN BAŞQA HÜCEYRƏLƏR GÖZDƏ OLMAQ İSTƏMƏYİBLƏR??? BƏLKƏ, BİR YERƏ YIĞIŞIB RAZILIĞA GƏLİBLƏR??? Məsələ təkcə bununla da bitmir. O göz hüceyrəsi Günəşdən gələn şüaları qəbul etmək üçün xüsusi quruluşda yaradılmışdır. GÖZ ÖZÜ-ÖZÜNÜ “YARADARKƏN” GÜNƏŞİ HARDAN TANIYIRDI? YOXSA ÖZÜNÜ “YARADAN”DAN SONRA GÜNƏŞİ ÖZÜNƏ UYĞUNLAŞDIRIB? HÜCEYRƏLƏR HAVANIN TƏRKİBİNİ İNSAN VÜCUDU ÜÇÜN NECƏ ƏLVERİŞLİ ŞƏKLƏ SALIB? İNDİ HƏR BİR HÜCEYRƏYƏ İLAH DEMƏLİYİK?
Bir kitab götürək. “Bu kitabı bir müəllif öz elmindən istifadə edərək yazmışdır,”–desək, fikrimiz sual doğurmaz. Əksinə, “Bu kitab bir mətbəədə öz-özünə çap olunmuşdur,”– desək, o zaman aşağıdakı sualları cavablandırmalı olacağıq:
Kitab çap edən o dəmir hərfləri ard-arda kim düzmüşdü? Yaxşı, tutaq ki, hərflər öz-özünə sıralanıb. Elə isə o dəmir hərfləri istehsal edən zavoda, o zavodu tikmək üçün başqa bir şirkətə və s-ə ehtiyac yoxdurmu?
Min ədəd dəmir hərf fiquru olan bir mətbəə təsəvvür edək. Bir nəfər durub desə ki, külək qalxdı və o hərflər yerə tökülüb öz-özünə mənalı sözlər meydana gətirdi, bəlkə də, bunu hardasa təsəvvür edə bilərsiniz. “On cümlə alındı,”–desə, (müşkül görünsə də) bunu da ehtimal edə bilərsiniz. Lakin “Bircə hərf səhv olmadan mənalı bir şeir alındı,”–desə, bu yerdə insaf axtarmalı olarsınız. Çünki on dənə rəqəmin bir-birinin ardınca düzülmək ehtimalı on milyonda birdir. Rəqəm sayı on ikiyə qalxsa, trilyonda bir ehtimal olar. İyirmi iki olsa, trilyon dəfə trilyonda bir ehtimal deməkdir. Elə isə min ədəd hərfin ÖZ-ÖZÜNƏ DÜZÜLÜB ŞEİR ƏMƏLƏ GƏTİRMƏSİNİN NƏ QƏDƏR MƏNTİQSİZ OLDUĞUNU ÖZÜNÜZ HAQQ-HESAB EDİN.
İnsanda altmış trilyon hüceyrə və hər hüceyrədə bir milyon protein var. Bir proteinin təsadüfən əmələ gəlməsi üçün 10+160 ədəd 0 (10^160) qədər ehtimal tələb olunur. Siz bu ədədi hüceyrənin yaranması üçün bir milyona, bir insanın yaranması üçün isə altmış trilyona vursanız, saysız-hesabsız ədədlərdən ibarət cavab alınar.
Üstəlik, hər bir hüceyrənin yerli-yerində olmasından ötrü digər ehtimallara da ehtiyac var. ÇÜNKİ GÖZÜN HÜCEYRƏSİ İLƏ QULAĞIN HÜCEYRƏSİ bir-birindən fərqlənir. Ən əsası da bu ehtimalların hamısı BİR MƏRKƏZ TƏRƏFİNDƏN idarə olunmasa, heç bir nəticə alınmaz.
Üstəlik, bütün bunları təsadüflərin ayağına yazmaq isə olduqca gülüncdür. (Ateizmin gülünc olan əsas tərəfi) TƏSADÜF DƏ OLSA-OLSA BİR DƏFƏ OLAR. EYNİ ŞEYLƏR MÜNTƏZƏM ŞƏKİLDƏ BAŞ VERİRSƏ, DEMƏK, ƏSLA TƏSADÜF DEYİL. TƏSADÜFÜN TƏKRARI MÜMKÜN OLURSA, ONUN HARASI TƏSADÜF OLDU??? Halbuki dünyada hər şeyin nizamlı olduğunu və bir qanunla idarə edildiyini, yəni təbiət qanunlarının mövcudluğunu görürük.
Əgər TƏSADÜF adlı bir şey olsa idi, o zaman QANUNDAN, NİZAMDAN SÖHBƏT GEDƏ BİLMƏZDİ. Bir nizam, bir qanun varsa, deməli, o nizamı quran, o qanunu qoyan vardır. Nəticə etibarilə, dünyadakı nizam və ahəng hər şeyi öz yerinə qoyan və hər şeyə gücü yetən ALLAHIN VARLIĞINI aşkar surətdə göstərir.
Riyaziyyatda “Meymun Teoremi” adlanan bir teorem vardır. Bu barədə vikipediya məqaləsi bunları deyir:”Sonsuz meymun teoremi — bir yazı makinasının düymələrinə sonsuz bir müddət boyunca təsadüfi şəkildə basan bir meymunun müəyyən bir mətni (məsələn Vilyam Şekspirin bütün əsərlərini) demək olar ki tam dəqiq olaraq yaza biləcəyini iddia edən riyaziyyat teoremidir.
Burada “meymun” sözü həqiqi bir meymundansa, təsadüfi hərflərdən ibarət olan bir təsadüfi ardıcıllığı sonsuzadək davam etdirə bilən bir obyekti ifadə edir. Teorem çox böyük, amma sonlu bir ədəd xəyal edərək sonsuzluq haqqında fikir yürütmənin risklərinə diqqət çəkir. Bir meymunun Şekspirin Hamleti kimi bir əsəri tamamən eyni formada yaza bilmə ehtimalı o qədər kiçikdir ki, bu hadisənin kainatın yaşı miqdarında bir vaxtda həyata keçmə şansı çox azdır, amma sıfır deyildir.
Teoremin çox və ya sonsuz sayda printer olan versiyaları olduğu kimi, hədəf mətnin böyüklüyü də bütün bir kitabxana ilə tək bir cümlə arasında da dəyişə bilir. Teoremin kökləri Aristotelin ‘Yaranma və Dağılma’ və Siseronun ‘De natura deorum’ adlı əsərləri ilə Blez Paskal və Conatan Sviftin düşüncələrinə əsaslanır. …..
Yazı yazan meymunlara olan xüsusi maraq televiziya, radio, musiqi və İnternetdəki bir çox misaldan görünə bilir. 2003-cü ildə altı kəkilli qara meymunla (Macaca nigra) bir sınaq həyata keçirilmişdir, lakin ortaya çıxmış kağız ‘S’ hərfinin üstünlük təşkil etdiyi beş səhifəlik bir yazı nümunəsi olmuşdur.
Teoremin olduqca başa düşülən bir sübutu vardır. …
Yazı makinasında 50 düymə olduğu və yazılacaq sözün “meymun” olduğunu güman edək. Düymələrə təsadüfi şəkildə basıldığı nəzərə alınarsa, yazılan ilk hərfin m olma ehtimalı 1/50-dir. Oxşar qayda ilə, ikinci hərfin e olma ehtimalı da 1/50-yə bərabər olacaqdır. Ard-arda yazılan hərflər bir-birindən asılı olmayan hadisələr olduğundan, ilk altı hərfin “meymun” sözünü əmələ gətirdiyi ehtimalı
(1/50) × (1/50) × (1/50) × (1/50) × (1/50) × (1/50) = (1/50)6 = 1/15.625.000.000
olaraq hesablanır. Bu ədəd də 15 milyardda birdən kiçikdir. Eyni səbəblə də yazılacaq sonrakı altı hərfin “meymun” sözünü əmələ gətirməsi ehtimalı da (1/50)6-ya bərabər olacaq və bu hal belə də davam edir.”
Məqalə bir qədər daha genişdir. Bəli, riyazi olaraq bu teorem ehtimalın sıfırdan fərqləndiyini isbat edir. Lakin ateistlərin bu cür teoremlərə əsaslanmaqları onların intellektual krizis yaşadığını göstərir. Ateistlər həyatın təsadüf nəticəsində əmələ gələ biləcəyini müdafiə etmək üçün bu teoremi misal göstərirlər, yəni riyazi olaraq bunun mümkün olduğunu demək istəyirlər.
Yəhudi fizikaçı alim və astrofizik Gerry Schroeder bu arqumentin absurd olduğunu ən aşkar şəkildə göstərmişdir. Shroeder ilk öncə məqalədə də qeyd olunan eksperimentə toxunur. Britaniya Milli İncəsənət Şurasının apardığı eksperimentdə qəfəsdəki altı meymunun yanına bir kompyuter qoyulur. Meymunların bir ay ərzində kompyuterə danqıldatmaqları nəticəsində əlli səhifə yazıblar. Lakin bu əlli səhifənin içində tək bir söz belə tapmaq mümkün olmayıb. İngilis dilində ən qısa söz bir hərfdən ibarət ola bilər. Misal üçün “a” və ya “İ” sözləri ingilis dilindəki ən qısa sözlərdir. “A” sözünün yazılması üçün hərfdən öncə və sonra boşluğun gəlməsi şərtdir. Lakin 50 səhifəlik yazıda bu dərəcədə qısa bir söz belə əmələ gəlməmişdi. Əgər klavyaturadakı düymələrin sayının otuz olduğunu nəzərə alsaq belə qısa bir sözü yazmaq ehtimali 30 * 30 * 30 olmalıdır, yəni 27 000 olmalıdır. Yəni bir hərfdən ibarət sözün yazılma ehtimalı 27 000-də birdir.
Shroeder daha sonra Shakespeare’in bir sonetasının bu yolla yazılma ehtimalının nə qədər olduğunu müzakirə edərək yazır. Sonetaların hamısı eyni uzunluqdadır və hər biri on dörd sətr uzunluğunda olur. Shroeder bildiyi “Shall I compare thee to a summer’s day?” sonetasına bunu tətbiq edir və qeyd edir ki, sonetadakı hərflərin sayının 488 olduğunu təsbit edib. Meymunların sonetadakı ardıcıllıq ilə klavyaturanı danqıldadaraq 488 hərfi doğru yazmaqları ehtimalı nədir? Əldə edilən nəticə 26 üstü 488-dir, yəni 26-nı 488 dəfə özünə vurmalısan. Başqa sözlə 10-un arxasına 690 dənə sıfır əlavə etməklə buna yaxın bir rəqəm əldə ediləcək. Bəs kainatdakı zərrələrin – yəni protonların, elektronların və neytronların – sayı nə qədərdir? Hesaba əsasən onların sayı 10-un arxasına 80 sıfır qoşmaqla əldə edilən rəqəmdir. Beləliklə də kainatda bunu cəhd etmək üçün lazım olan qədər zərrəciklər yoxdur, yəni meymunların təsadüfən Şhakespeare’in bir sonetasını yazmaq üçün tələb olunan cəhd 10 üstü 690 olduğu üçün, kainatdakı zərrəciklərin sayı isə 10 üstü 80 olduğu üçün zərrəciklər təxminən 10 üstü 600 dəfə lazım olan saydan azdır.
Shroeder sözünə davam edərək deyir ki, sən əgər bütün kainatı götürüb onları kompyuter çiplərinə çevirsən və onların hər biri bir qramın milyonda biri qədər çəkiyə malik olsa və belə deyək bu çiplərdən hər biri saniyədə milyon dəfə bu 488 cəhdi yerinə yetirməyə qadir olarsa, yəni bütün kainatı mikrokompyuter çiplərinə çevirə bilsən və hər bir çip saniyədə milyon dəfə təsadüfi hərfləri düzə bilərsə, o zaman vaxtın başlanğıcından bura qədər edə biləcəyin cəhdlərin sayı 10 üstü 90 cəhd olacaq. Yəni kainat ən azından bundan 10 üstü 600 dəfə böyük olmalıdır ki, belə bir sonetanın yazılış ehtimalına çata bilsin. Lakin buna baxmayaraq meymunların bunu edə biləcəyinə inanan beyinlər vardır.
“Mən filankəsi təsadüfən gördüm, onunla təsadüfən rastlaşdım”, “təsadüfən əlimdən düşdü”, “dünya təsadüflərlə doludur” kimi cümlələr sanki nitqimizin və söhbətlərimizin ayrılmaz hissəsinə çevrilib. Fərqinə varmadan bu ifadədən yerli-yersiz istifadə edirik. Ancaq onun həqiqi mənasını bir çox hallarda anlamırıq.
Təsadüf nədir? Bir hadisənin təsadüfən baş verməsi yaxud təsadüfi proseslər dedikdə əslində nə nəzərdə tutulur?
Təsadüf – hadisələrin məqsədsiz və səbəbsiz şəkildə cərəyan etdiyini təsvir etmək üçün işlədilən anlayışdır. Əgər ortada hər hansı bir səbəb və məqsəd varsa, onda təsadüfə yer yoxdur. “Təsadüf” sözünün mənası “özü-özünə meydana gələn, hansısa bir səbəbdən asılı olmayan” deməkdir. Yəni təsadüfi adlandırdığımız bir olay guya hansısa səbəbdən baş vermir, özü-özünün səbəbi kimi meydana çıxır. Beləliklə, təsadüf dedikdə bir şeyin səbəbsiz meydana gəlməsini başa düşürük. Bəs səbəb nədir? Aristotelə görə səbəb dörtdür: 1) Maddi səbəb; 2) Formalaşdıran səbəb; 3)Aktiv səbəb; 4) Məqsəd (bir şeyin qarşısına sırf bir məqsəd qoyaraq hərəkəti). Qeyd olunan ilk 3 səbəbsiz bir şey və ya hadisə meydana gələ bilməz. Bunu heç bir materialist belə qəbul etmir. Elmdə bu müzakirə absurddur. Təsadüfün digər mənası da hadisənin məqsədsiz yaranmasıdır. Bu mənada kainatda təsadüf varmı? Təsadüf mütləqdir yoxsa nisbi? Filosof Mürtəza Mütəhhəri bu məsələyə belə şərh verir: “Hər bir səbəb hətta şüursuz olsa belə, bir hədəfə doğru hərəkət edir. Əgər hər biri bir hədəfə doğru hərəkət edən iki səbəblər silsiləsi olsa, mümkündür ki, onlar müəyyən bir nöqtədə bir-biri ilə kəsişsin və bu zaman bir hadisə baş versin. Bu hadisəyə təsadüf deyirik. Məsələn, bir nəfər harasa getmək üçün yolu keçmək istəyir və bu zaman bir avtomobil də harasa getmək üçün hərəkət edir; Bir birlərinə diqqət etmirlər, təsadüfən müəyyən anda, yolun müəyyən nöqtəsinə çatırlar və qəza baş verir. Kainatda da bu cür təsadüf mövcuddur. Bu mənada təsadüfün baş verməsi şüphəsizdir. Geniş və əhatəli baxışa görə isə aləmdə təsadüf yoxdur. Avtomobil qəzasını təsadüf hesab edirik. Qəza sürücünün və yolu keçənin hədəfi baxımından təsadüfdür. Yəni heç birinin hədəfində bu qəza yox idi, amma aləmin ümumi nizamı baxımından bunlar təsadüf deyil. Əgər insan daha dəqiq düşünsə, görər ki, aləmin ümumi nizamı nəzərindən bu qəza da hədəfin və planın bir hissəsini təşkil edir. Bu hadisəni “Təsadüf” bilmək bizim məlumatsızlığımızdan irəli gəlir. Bir şeyi bilmədikdə deyirik ki, təsadüfdür. Belə bir misal çəkək: A adlı bir insan su üçün quyu qazır və buradan xəzinə tapır. Bu halda onun “Mən su üçün quyu qazırdım, təsadüfən xəzinə tapdım” deməsi düzgündür. Ancaq başqa birisi məsələn B adlı başqa bir insan orda həmin yerdə qızıl olduğunu bilir. Və bilir ki, kimsə oranı qazsa xəzinəni tapar. Bu halda B nin nöqteyi-nəzərindən baxdıqda bu hadisənin baş verməsi təsadüf deyil. Ancaq A adlı insanın nöqteyi-nəzərindən bu təsadüfdür” Filosofun yuxarıda çəkdiyi avtomobil qəzası məsələsinə də diqqət etsək, bu qəza sürücü və piyadanın nöqteyi-nəzərindən təsadüfdür. Ancaq hər şeyi bilən Allah üçün təsadüf deyildir. Çünki o bilir ki, piyada məhz bu vaxt, burdan, bu sürətlə keçsə, digər avtomobil onu vuracaq. Deməli biz ümumi mənada qəbul etməliyik ki, təsadüf mütləq yox, nisbidir. Biz hadisələrə bizim elmimiz və məlumatsızlığımız üzündən təsadüf deyirik. Bu tarixdən də məlumdur. 4-5 əsr bundan əvvəl Aristotelin materialist nəzəriyyəsinin təsiri altında olan Avropada elmdə “təsadüf” ifadəsi hadisənin daha böyük hissəsini əhatə edirdi. Buna misal o dövrdə abiyogenez üçün “sübutları” göstərə bilərik. Bu gün elmdə təsadüf ifadəsi hadisənin çox kiçik hissəsini əhatə etdiyi halda, 4-5 əsr əvvəl abiyogenezə sübut üçün Nil çayı daşan zaman və ya taxıl anbarında “birdən-birə” meydana gələn siçovulu sübut göstərirdilər. “Taxıldan, çirkabdan təsadüfən siçovul meydana gəldi.” Buna səbəb elm hadisəni öyrənərkən o hadisəni tamamilə araşdıra bilməməsinə görədir. Kainatın inkişafını öyrənərkən yaranan boşuqlara “təsadüf” ifadəsindən istifadə olunur. Sadəcə son 4-5 əsri araşdırsaz təsadüf ifadəsinin nə qədər kiçildiyini görəcəksiniz. Son nəticə olaraq bizə məlum olur ki, təsadüf kainatda mütləq yox nisbidir.
Kainatda nəhəng bir sistemin fəaliyyətdə olduğunu bilirik. Onu da bilirik ki, bu sistemdə kiçik bir dəyişiklik bütövlükdə sistemin dağılmasına səbəb ola bilər. Ayı Yerin ətrafında, Yeri Günəş sistemində saxlayan da, planetlər arasındakı tarazlığı qoruyan da məhz bu sistemdir. Bu sistem sayəsində biz nə soyuqdan donuruq, nə də istidən bişirik. Qısacası, kainatdakı hadisələrin hamısı müəyyən bir nizam-intizam əsasında baş verir. Yəni burada təsadüflərə qətiyyən yer yoxdur.
“Mən onunla təsadüfən rastlaşdım” cümləsinə baxaq. Məsələn, fərz edək ki, sən çörək almaq üçün mağazaya gedirsən. Orada uzun müddət görmədiyin bir tanışınla rastlaşırsan. Söhbət zamanı məlum olur ki, o, xəstəxanaya gedirmiş və xəstəxana da sənin gedəcəyin mağazanın yaxınlığında yerləşir. İndi məsələni bir qədər də incələyək. Sənin çörək almağın zərurətdir. Əgər almasan, ac qalacaqsan. Tanışının da xəstəxanaya getməsi zərurətdir. Getməsə, ağrıları artacaq. Yəni ortada zərurətlər var və bu zərurətlər səbəblərin meydana çıxması üçün zəmin hazırlayır. Zərurətlərdən isə təsadüflər doğa bilməz.
Belə bir fikir də səsləndirilə bilər ki, niyə məhz o xəstəxana və ya mağaza seçilib? Təbii ki, sənin o mağazanı, tanışının isə o xəstəxananı seçməyini zəruri edən səbəblər var. Ola bilər ki, mağaza sənin evinin yaxınlığındadır və ya o mağaza daha ucuzdur. Həmin xəstəxanada isə təcrübəli həkim və ya xidmətlərin qiyməti sərfəli ola bilər. Bunlar hamısı əslində seçimləri zəruri edən səbəblərdir.
Buna bənzər nümunələri artırmaq da mümkündür. Ola bilər ki, hansısa olayı zəruri edən səbəb(lər)i ilk baxışdan görməyək və ya anlamayaq. Ancaq bu, o demək deyil ki, həmin səbəblər yoxdur. Bizim bilmədiyimiz və ya görmədiyimiz o qədər səbəblər var ki!
Kainatda təsadüflərə yer yoxdur. Hər şey (bizim bildiyimiz və ya bilmədiyimiz, gördüyümüz və ya görmədiyimiz, duyduğumuz və ya duymadığımız) plan daxilində baş verir.
İslamda belə bir gerçək var: Allahın (c.c.) icazəsi olmadan bir yarpaq belə budağından qopmaz. Bu gerçəyi anlamayanlar küləyin “təsadüfən” əsdiyini, o yarpağın da “təsadüfən” düşdüyünü zənn edirlər. Halbuki kainat yaradılmazdan əvvəl hansı yarpağın hansı budaqda cücərəcəyi, nə zaman yerə düşəcəyi bəlli idi. Bu dərəcədə planlaşdırılmış bir olaya təsadüf adını vermək nə qədər də ədalətsizlikdir?
Baxmaq fərqlidir, görmək fərqli. Görə bilməyənlər hadisələri “təsadüflərə” bağlayırlar. Olayın dərinliyinə baxmaq şərtdir. Zahiri əlamətlərə görə qiymət vermək insanları bir çox hallarda aldadır və yanlış nəticələrin çıxmasına səbəb olur.
Bir məsələni də xüsusilə vurğulamaq lazımdır. Bəzən “təsadüf” sözünü ona görə işlədirik ki, hadisələrin əsl mahiyyətini əks etdirən kəlməni bilmirik. “Təvafüq” kəlməsi əslində belə məqamlarda tam yerinə düşür. Bu, “nizamlanmış şəkildə bir-birinə rast gəlmək” mənasına gəlir. Qısacası, həyatda təsadüflər yox, təvafüqlər var.
Bütün hadisələrin səbəbi yaxud səbəbləri vardır. Məsələn, istifadə etdiyimiz adi bir qələmdən tutumuş ən yüksək texnologiyaya sahib əşyalara, fotoaparatlara, telefonlara, avtomobillərə, təyyarələrə və s. qədər hamısının bir səbəbi, bir məqsədi vardır. İnsanlar düzəltdikləri bütün bu əşyaları hansısa bir səbəbə və məqsədə bağlı olaraq edərlər, yoxsa ki, kor-koranə, öz-özünə və təsadüfi olaraq etməzlər. Məsələn, fotoaparatı təşkil edən hissələr yaxud onları təşkil edən şüursuz və cansız molekullar milyard illər ərzində heç vaxt öz-özünə, kortəbii şəkildə birləşib, məqsədli şəkildə qərar verib, plan cızıb, dizayn edib hətta adi bir aşağı texnologiyalı fotoaparatı belə istehsal edə bilməzlər. Buna inanan adamın ancaq və ancaq əqli problemi ola bilər. Əgər həmin cansız və şüursuz molekullar adi bir cansız fotoaparatı düzəltmə qüdrətinə sahib deyllərsə, bəs onda canlı və şüurlu varlıq olan insanı yaxud onun yüksək texnologiyalı gözünü necə istehsal etməyi bacardıalr? Əslində əksəriyyət ateistlər də bu həqiqəti çox gözəl bilirlər, amma təkəbbürləri üzündən bunu etiraf etmək istəmirlər. Ona görə də “uydurma təsadüf nəzəriyyələrini” elm adı altında insanlara sırımağa çalışırlar.
Təsadüf nədir?
Təsadüf – ateistik təkamül fərziyyəsini izah etməyə çalışarkən ateistlərin sığındığı son pənah yeridir.
Təsadüf – ateistlərin elm adı altında manipulyasiya etdikləri “elmi faktdır.”
Təsadüf deyə bir şey əslinde yoxdur. Çünki təsadüfü qəbul etmək eyni zamanda bütün səbəbləri inkar etməkdir.
Təsadüfü qəbul etmək hadisə və proseslərin səbəbsiz, məqsədsiz və kor-təbii olaraq baş verdiyinə inanmaqdır. Eynilə ateistlərin cansız maddələrin təsadüfən, öz-özünə canlanması fərziyyəsinə (abiogenez) inandıqları kimi. Yaxud bütün kainatın Yaradan olmadan təsadüfən, məqsədsiz şəkildə, kor-təbii olaraq bir nöqtənin partlamasından (Big bang) əmələ gəldiyinə inanmaqdır.
Lakin bildiyimiz kimi kainatda baş veren bütün hadisələr müəyyən səbəb-nəticə əlaqələrinə sahibdirlər.
Bizə bəzən təsadüf kimi görünən hadisə və proseslər adətən silsile səbəblər zəncirinə malik olurlar. Sebebler zencirinin sonundan evveline doğru hereket etsek, zencirin ilk halqasında ən başlanğıc (ilkin) sebeble qarşılaşacağıq. Demek ki, bütün sebeblerin kəsişdiyi ilkin sebeb tesadüf anlayışını tamamən aradan qaldıracaq.
Məsələn, bəzi ateistlər təsadüf anlayışını müdafie etmek üçün deyirler ki, “senin Azərbaycanda anadan olmağın bir tesadüfdür”. Tipik dar ölçülü ateist zehniyyeti.
Halbuki, bunu deyen şexs düşünmür ki, bir insanın Azerbaycanda doğulmağı tesadüfe yox, səbəblər zəncirinə (ana-atasının milli mənsubiyyəti, daha uzağa getsək ulu babasının Azərbaycanda məskunlaşma məqsəd və səbəbləri və s.) bağlıdır.
Təsadüfən nəyinsə sadədən mürəkkəbə doğru yarana yaxud təkamül edə biləcəyinin mümkün olmamasını ən sadə və hər kəs üçün başa düşülən bir misalla izah etməyə çalışaq.
Hamının bildiyi adi bir çörəyi bişirmək üçün bəzi təbii inqrediyentlər tələb olunur: buğda, su, yağ, yumurta, istilik.
Bu maddələrin hamısı təbiətdə mövcuddur.
Lakin çöreyin meydana çıxması üçün tekce bunların mövcudluğu bes elemir.Çünki arada bir çox prosesler ardıcıl şekilde ve merhele-merhele deqiq icra olunmalıdır.
Buğda yığılmalı, qurudulmalı, temizlenmeli, üyüdülmeli, elenmeli, un halında geldikden sonra müeyyen nisbetde suyla qarışdırılmalı, …… ve s. prosesler merhelelerle deqiq şekilde heyata keçirilmelidir.
Çöreyin bişirilmesi üçün teleb olunan bütün lazımi maddeleri yan-yana düzüb getsek ve milyon iller sonra qayıtsaq, hemin yerde hazır bişmiş çörek tapa bilerikmi? Elbette ki, yox.
Sual olunur ki, hetta cansız madde ve besit quruluşa sahib olan çörek bele milyon iller erzinde merhelelerle sadeden mürekkebe doğru tesadüfen tekamül keçirib öz-özüne yarana bilmirse, bes onda qat-qat daha mürekkeb ve kompleks quruluşa malik olan bir hüceyre yaxud diger canlı varlıqlarda bu tekamül kor-tebii formada nece baş vere bilerdi?
Bir şeyin barəsində heç bir təsəvvür olmadan, əvvəlcədən planlaşdırılmadan, gözlənilmədən və heç bir kənar təsir olmadan meydana çıxmasına təsadüfən əmələ gəlmə deyilir.
Bu tərifdən anladığımız kimi, varlığın təsadüf nəticəsində meydana çıx- masını qəbul etmək, bəri başdan qanun-qaydanın, plan-proqramın, nizam- intizamın varlığını rədd etmək deməkdir. Çünki bu iki məfhum bir-birinə tam ziddir; əgər qanun və qanunauyğunluq vardırsa, təsadüf yoxdur, yox, əgər təsadüf vardırsa, o zaman da qanun, nizam-intizam, plan-proqram yoxdur.
Halbuki, hər birimiz kainatda riyazi, kimyəvi, fiziki, bioloji və bir sıra başqa qanunların var olduğunu nəinki bilirik, hətta onları orta məktəbdən başlayaraq sistemli şəkildə öyrənirik. Bu qanunları kəşf edənlərin adlarını bilirik, bu qanunlara adlar veririk və s. İndi ki, qanun, qayda, nizam, intizam vardır, demək təsadüf yoxdur.
Təsadüflər bəzən real, doğru görünərək adamı aldada bilər. Məsələn, birisi lövhədə yazılmış “Ana” sözünü göstərib iddia edər ki, onu heç kəs yazmayıb, hərflər təsadüfən ard-arda düzülmış və bu sözü əmələ gətirmişlər.
Bəlkə bu sözü deyənə inanan tapılar, lakin bu dəfə həmin adam “Anam gəldi” cümləsini göstərib yenə də “Bu cümlə təsadüfən, hərflərin ard-arda düzülməsi nəticəsində əmələ gəlmişdir”,-desə, ya o adamı dəli zənn edər, ya da sizi ələ saldığını düşünərək əsəbiləşərsiniz. Bir də qarşımızdakı bu kitabı, yaxud hər hansı başqa hekayə, roman, şer kitabını təsəvvür edin. Kim hərflərin, sözlərin təsadüf nəticəsində birləşməsi ilə kitabın meydana gəldiyini ağlına gətirər?
Çünki hekayənin, povestin, romanın, poemanın, kitabın öz-özünə əmələ gəlməsi üçün gərək ya onu təşkil edən hərflərin şüuru, ağlı, üstəlik də güclü iste’dad və qabiliyyəti olsun ki, onlar bir-birləri ilə sözləşib, razılığa gəlib bir mə’na ifadə edəcək şəkildə birləşsinlər, süjet qursunlar. Yaxud da kağız özü ağıllı və iste’dadlı olmalıdır ki, hərfləri bu cür, mə’na ifadə edəcək şəklində öz izərində düzsün, sonra da onları bitmiş bir fikir ifadə edən cümlələr şəklinə sal- sın, daha sonra isə onları bir süjet xətti üzrə sıralasın.
İndi düşünün! Əgər bir söz belə təsadüfən, öz-özünə yazıla bilmirsə, o zaman hər zərrəsi pozulmaz, minlərlə ayrı-ayrı qanunlardan, nizam və intizamdan xəbər verən bu kainatın, ondakı milyonlarla canlı-cansız varlıqların təsadüfən əmələ gəlməsindən danışmaq nə qədər məntiqli olar?
Bəlkə inadcıl oxucu, yaxud ağlı gözlərinə enmiş maddəçi yuxarıdakı məntiqlə razılaşmadı. Elə isə, nəzərlərimizi bizi əhatə edən aləmə çevirək və məktəbdə öyrəndiyimiz, həyatda rast gəldiyimiz ən sadə həqiqətlərə baxaq.
VARLIĞI TƏŞKİL EDƏN “KƏRPİCLƏR”.
Kainatda – yerdə və göydə nə vardırsa, hamısı molekullar, atomlar adlanan çox kiçik zərrəciklərdən əmələ gəlmişlər. Əgər siz Mendeleyevin Elementlərin dövri cədvəlinə baxsanız, orada kainatda mövcud olan bütün elementlərin sırasını görəcəksiniz. Kainatda oksigen, hidrogen, azot, karbon, fosfor, kalsium, dəmir, civə və s. kimi bizə tanış olan kimyəvi elementlər mövcuddur və onların hər birinin özünəməxsus quruluşu vardır.
Qarşınızdakı kitabda sözlər, cümlələr, mətnlər cəmi 32 hərfin bir-birlərinə müxtəlif şəkildə birləşməsindən əmələ gəldikləri kimi, kainatda mövcud olan hər şey bu elementlərin, onları təşkil edən molekulların bir-birlərinə müxtəlif şəkildə birləşməsi nəticəsində əmələ gəlmişlər. Onlara elmi ədəbiyyatda varlığı əmələ gətirən kərpiclər də deyirlər. Məsələn, bizim ən yaxından tanıdığımız və hər gün işlətdiyimiz su və xörək duzunu götürək. Su iki hdrogen və bir oksigen atomlarının birləşməsindən əmələ gəlmişdir. Kimyaçılar onun quruluşunu (H2O) şəklində göstərirlər. Xörək duzu isə 1 natrium və 1 xlor atomlarının (ionlarının) birləşməsindən əmələ gəlmişdir. Onun kimyəvi formulu (NaCl) şəklində ifadə edilir.
“KƏRPİCLƏRİN” YERİNİ DƏYİŞMƏK MÜMKÜNDÜRMÜ?
Bilirik ki, maddələri təşkil edən molekulların tərkibi o qədər sərt və ciddi quruluşa malikdir ki, onların tərkibinə azacıq müdaxilə edilərsə, həmin maddə dönüb başqa şeyə çevrilər. Məsələn, suyun quruluşuna azacıq müdaxilə edib daha bir Oksigen atomu da əlavə edilsə, o, şəfalı su olmaqdan çıxıb zəhərə – Hidrogen Peroksidə (H2O2) çevrilər. Bu maddə qadınlara yaxşı tanışdır, onlar saçlarıni boyamaq üçün “Pereks” dedikləri bu maddədən istifadə edirlər. Amma indiyədək heç belə bir təsadüfə rast gəlinməyib ki, şəfalı su təsadüfən dönüb “Pereks” – hidrogen peroksid olsun və insanı zəhərləsin.
İNSANI TƏŞKİL EDƏN “KƏRPİCLƏR” – HÜCEYRƏLƏR.
Bir də canlı aləmə baxaq. Ondakı ən mükəmməl varlıq insandır. Bütün canlılar kimi insan da ən kiçicik canlı hissəciklərin–hüceyrələrin birləşməsindən ibarətdir. Bizim əllərimiz, ayaqlarımız, dərimiz, gözlərimiz, qulaqlarımız, beynimiz, ürəyimiz, bağırsaqlarımız, ciyərlərimiz, qan damarlarımız, sümüklərimiz gözlə görünməyən canlı kərpiclərdən“ – hüceyrələrin birləşmələrindən ibarətdir. Protein birləşməsindən ibarət bu hüceyrələr də kainatdakı materiallardan -oksigendən, karbondan, azotdan, fosfordan, kalsiumdan, dəmirdən və s. ibarətdir.
İnsan orqanizmində orta hesabla 60 trilyon hüceyrə, hər hüceyrədə isə 1 milyona yaxın protein vardır.Hər proteində orta hesabla 8 min amin turşusu birləşməsi vardır.Hər belə amin turşusu birləşməsinin də 5 elementdən ibarət olduğunu nəzərə alsaq, bir protein 40 min müxtəlif atomların birləşməsindən ibarətdir.Bu atomlar o qədər kiçik zərrəciklərdən ibarətdir ki, onlardan 10 milyonunu bir-birinin yanına düzsən, uzunluqları 1 mm belə olmaz. Belə mürəkkəb bir quruluşa malik canlı varlığın təsadüfən, yaxud öz-özünə meydana çıxmasını ehtimal etmək olarmı? Bu sualın cavabını riyaziyyatçılar verirlər.
ELM TƏSADÜFÜ RƏDD EDİR
Təsəvvür edək ki, binanı təşkil edən daşlar 1 rəqəmindən başlayaraq 1,2,3,4,5,6,7 və s. ardıcıllıqla nömrələnmiş və bu ardıcıllıqla hörülmüşlər. Bu binada daşların belə ardıcıllıqla hörüldüyünü görən hər hansı bir şəxs heç düşünərmi ki, daşlar binaya təsadüfən, yaxud öz-özünə ədədlərin sırası qanununa görə hörülmüşdür?
Əvvəla, heç kəs yuxarıdakı iddiaları qəbul etməz, digər tərəfdən, riyazi hesablamalar belə bu cür fikri qətiyyətlə rədd edir. Onlar varlığın təsadüfən əmələ gəlməsini yoxlamaq üçün çox sadə bir eksperimentə müraciət etmiş və bu nəticəni almışlar: taxtadan, yaxud dəmirdən düzəldilmiş 1-dən 10-dək rəqəmləri nərdin zəri kimi qarışdırıb yerə atmaqla nə zamansa onların 1-dən 10-dək (1,2,3,4,5,6,7,8,9,10 şəklində) ardıcıl şəkildə yerə düşüb düzülməsi ehtimalını hesablamışlar. Bilirsiniz, ortaya necə bir hesab çıxmışdır? Mə’lum olmuşdur ki, belə bir ardıcıllığın təsadüfən gerçəkləşməsi e’timalı 1/10 milyarda bərabərdir, yəni bu hərəkəti 10 milyard dəfə təkrar etsən, bəlkə 1 dəfə istədiyin nəticəni ala bilərsən. Əgər bu rəqəmlərə daha ikisini -11 və 12-ni də əlavə etsək, bu dəfə 1-dən 12-dək rəqəmlərin ard-arda düzülmə ehtimalı daha 10 dəfə artaraq 1/100 milyard, 24-dək artırsaq, həmin ehtimal 1/100 milyard x 100 milyard qədər olacaqdır ki, belə bir ehtimalın həyata keçməsini gözləmək qətiyyən ağla sığan iş deyildir.
İndi özünüz düşünün: əgər 10 rəqəmin kortəbii olaraq, təsadüfən ardarda sıra ilə düzülməsi mümkün deyildirsə, o zaman bu rəqəmlərlə müqayisədə çox mürəkkəb olan yüzlərlə mikrovahiddən ibarət ən sadə canlı orqanizmin-proteinin təsadüfən əmələ gəlməsindən danışmaq olarmı? Həmin qaydada hesablamalara görə bir protein molekulunun təsadüfən əmələ gələ bilməsi üçün 1/10^160 ehtimal lazımdır. Bu ehtimalın həyata keçməsi üçün isə 1 bölünsün 10 rəqəminin arxasına 160 sıfır qoyduqdan sonra alınan rəqəm qədər il lazımdır ki, tək bir proteinin yaranmasına ümid bəslənə bilsin.
Məşhur Avropa alimləri, fizik və bioloq Frank Allon, isveçrəli alim Çarlz Guye, kimyaçı professor İohan Adolf Büxler və yüzlərlə başqaları belə bir fərziyyəni ağlasığmaz, elmsizlik kimi dəyərləndirmişlər.
ATOMLARI HƏRƏKƏT ETDİRƏN QÜVVƏ NƏDİR?
Müasir mikroskoplarla canlıların ən kiçik parçası və canlı orqanizminin bir zərrəsi olan hüceyrəni tədqiq edərkən heyrətamizliklərlə qarşılaşırıq. İlk nəzərimizə çarpan fərq insan vücudunu təşkil edən hüceyrələrlə heyvanların və bitkilərin hüceyrələrini təşkil edən maddənin quruluşu olacaqdır. Məsələn, insan bədənindəki bir hüceyrənin hemoglobilininin sayi 69 mindirsə, heyvan hüceyrəsindeki hemoqlobinin sayi 40.mindir. Bu say heç bir zaman dəyişməz. Bunların düzülüşü isə qarşı-qarşıya, zəncirvarı və bir-birinə uyğundur.Bu zəncirin halqalarının hər hansı birinə müdaxilə edildiyi an, zəncir pozulacaq və canlı həyatdan məhrum olacaqdır.
Hər hüceyrənin içindəki kimyəvi maddələr fərqli miqdarda və fərqli çeşiddədir. Birində dəmir, o birində fosfor, başqa birisində isə magnezium olmaqla yanaşı onların miqdarları da fərqlıdır. Bu dəyişməzlik, qanunauyğunluq və nizam bizə: “Zərrələri hərəkət etdirən, atomlara yol göstərən, bunları şəkilləndirib, nizama salaraq insanı, heyvanı, bitkini və bütün əşyanı özünəməxsus xüsusiyyətlərlə ayrı-ayrı yaradıb yaşadan Allahdır,” deyir.
Bu həqiqətlə rastlaşan Hegel və Buxner kimi Qərbin bəzi kimya alimləri inadlarından dönməyib bu dəfə “Protoplazma nəzəriyyəsi” adlanan bir fikir irəli sürdülər. Onlar bu qənaətə gəlmişdilər: “Madam, yer üzündəki atomlar insanı var etməyə, yaratmağa qadir deyildir, o zaman ilk canlı da başqa bir planetdə meydana gəlmiş, sonra kosmik fırtınalar nəticəsində həyat rüşeyimləri halındakı protoplazmalar dünyamıza enmiş və həyata mənşə olmuşlar. Sonra sitoplazma, sonra hüceyrə, daha sonra canlılar meydana gəlmişdir.” Bu fikirlə ilk tanış olan kimi ağla bu sual gəlir: elədirsə, onda o biri planet və ondakı həyat rüşeyimi haradan meydana gəlmişdir?
AMERİKA ASTRONAVTININ QEYDLƏRİ
Amerika astronavtı Con Qlin yazırdı: “Kosmik” Tədqiqatlar İnstitutunda işlədiyim vaxtlar idi. Bir gün əlimə balaca bir kitab keçdi. Kitab fəza və fəzanın ölçüləri haqqında idi. Kitabda fəzanın möhtəşəmliyindən bəhs edən iki abzas diqqətimi cəlb etdi. Burada deyilənləri başa düşmək üçün əvvəlcə işıq ilinin nə demək olduğunu bilmək lazım gəlirdi. Yəqin siz də yaxşı bilirsiniz ki, işıq saniyədə 300 min kilometr məsafə qət edir. Bu isə bir saniyədə yer ətrafını yeddi dəfə fırlanmaq deməkdir. Bu hesabla bir işıq zərrəciyinin bir ildə qət etdiyi məsafə təqribən 9,5 milyon kilometrin milyon mislinə bərabərdir. Bizim yaşadığımız qalaktikanın diametri isə təqribən 30.000 işıq ilidir. Qalaktikamızın öz oxu ətrafında fırlanma sürəti isə daha böyükdür – 200 milyon işıq ili. İndi Günəş sisteminin nə böyüklükdə olduğunu özünüz düşünün. Üstəlik, məsələ təkcə ulduz və planetlər arasındakı məsafə ilə bitmir və kainatda bizim qalaktikamızdan başqa milyonlarla başqa qalaktikalar da vardır. Digər tərəfdən, təkcə teleskopla gördüklərimizə baxıb kainatın ölçüsünü hesablamaq istəsək, ən azı 2 milyard işıq ili kimi bir rəqəmlə qarşılaşacağıq. İndi isə bizə məlum olan ən kiçik zərrəciklərdən birinin, yəni atomun quruluşuna nəzər salaq. Görürük ki, atomların da quruluşu Günəş sistemininki ilə eynidir. Kainatda hansı qanunlar işləyirsə, insanın var olmasında da eyni qanunlar işləyir. Bütün bunlar isə onu göstərir ki, insanı təşkil edən atomlar da Günəş sistemi kimi eyni Qüdrətin əsəridir. Digər tərəfdən, fəzada bu qədər cismin özbaşına, həm də heç bir səbəbsiz-filansız hərəkət etməsinə inanmaq qeyri mümkündür və mən buna inanmıram da… Çünki qarşımızda möhtəşəm bir nizam var. İstər kainatın böyüklüyü, istərsə də bu möhtəşəm nizam mənə Allahın varlığından xəbər verir. Bir sözlə, ağıl sahibi olan bir adamın bu Böyük Qüdrətin varlığını inkar edəcəyini heç cür ağlıma gətirə bilmirəm. İndi də yuxarıdakı sürətlərlə bizim peykimizin, yəni Merkurinin sürətini müəyyən edək. Merkuri planetinin öz orbitinə daxil olması üçün saatda min km. sürət lazımdır. Yerin sürəti ilə (160 min km/saat) bu, böyük sürətdir. Lakin bütün hallarda fəzadakı sürətlərlə, yəni bizim ulduz adlandırdığımız o nəhəng peyklərin sürəti ilə müqayisədə çox astadır.İndi özünüz düşünün, bütün bunlara təsadüf demək nə qədər doğrudur? Üstəlik, mən kosmosda gördüklərimdən sonra təsadüf sözünü dilimə gətirməkdən utanıram.”