Quranın bir sıra ayələrində Musa peyğəmbərin (a.s) həyatı təsvir edilərkən Allah Təalanın (c.c) qüdrəti ilə Qırmızı dənizin yarılması haqqında bir hadisədən də bəhs edilir. « Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı və hər biri nəhəng bir dağ kimi oldu. » (Şuəra surəsi, 63) Bəzi islamofob düşüncəli ateistlər dənizin yarılması hadisəsini qeyri-mümkün hesab edərək Quran ayələrini inkar edirlər.

Halbuki Quranda adı çəkilən həmin möcüzəyə nisbətən bənzər olan qeyri-adi bir hadisə həqiqətən də hər il Cənubi Koreyada baş verir. Belə ki, Cənubi Koreya Respublikasının ən böyük adalarından olan Jindo və ondan bir neçə kilometr aralıda yerləşən Modo adası arasında ildə iki dəfə “Musa möcüzəsi” adlandırılan heyrətamiz bir hadisə baş verir. İki ada arasında dəniz suyu çəkilərək insanların rahatlıqla keçə biləcəyi 2.8 km uzunluğunda və 40-60 metr enində bir dəhliz açılır. İnsanlar Jindo və Modo adalarını ayıran dənizin ortasında açılmış bu dəhlizdən istifadə edərək iki ada arasında rahatlıqla gedib-gələ bilirlər. Cəmi bir saat davam edən bu hadisəyə şahid olmaq üçün dünyanın bir çox yerindən yüz minlərlə turist adaya axın edir.

Göründüyü kimi Quranda adı keçən dənizin yarılması hadisəsinin baş verə bilməsi tamamilə həqiqətə uyğundur və bunun elm adamları tərəfindən aşkar edilməsi və digər hadisələr, bu Kitabın bir insan tərəfindən deyil, üstün ağıl və güc sahibi olan Allah (c.c) tərəfindən endirildiyini göstərir.

Aşağıdakı videoda həmin hadisəni izləyə bilərsiz.

Mənbələr:

  1. http://english.visitkorea.or.kr/enu/SI/SI_EN_3_2_1.jsp?cid=705394
  2. http://news.nationalgeographic.com/news/2013/13/130426-jindo-sea-parting-festival-korea-red-tides-science-moses/
  3. http://www.worldguide.eu/wg/index.php?StoryID=146&ArticleID=9237