Ateistlərin tez-tez iddia etdikləri yalanlardan biri belədir: “İnsanlar ateist doğulur”. Halbuki, son elmi araşdırma bu iddianın tamamilə səhv və saxta olduğunu üzə çıxarmışdır. Belə ki, Oksford universitetindən olan iki alimin rəhbərliyi altında həyata keçirilmiş 3 illik beynəlxalq layihənin büdcəsi 1.9 milyon funt sterlinq dəyərindədir. Layihəyə cəlb olunmuş 57 tədqiqatçı tərəfindən fərqli mədəniyyətlərə malik, həm dini, həm də ateist cəmiyyətlərin olduğu 20 müxtəlif ölkədə 40-dan çox araşdırma aparılmışdır.

Nəticədə məlum olmuşdur ki, insanlarda Allaha və ölümdən sonrakı həyata anadangəlmə təbii inanc duyğusu vardır. Layihəyə rəhbərlik etmiş Oksford Universitetinin Antropologiya və Düşüncə Mərkəzinin baş araşdırmaçısı olan Dr. Justin Barrett deyir ki, uşaqlarda anadangəlmə Allah inancı vardır. Dr.Barrett bildirir ki, gənc insanlar ilahi qüvvənin varlığına inanmağa meyllidirlər, çünki onlar düşünürlər ki, dünyadakı hər şeyin yaradılma məqsədi var.  Daha sonra araşdırmaçı alim qeyd edir ki, hətta məktəbdə yaxud ailədə din təhsili görməmiş gənc uşaqların da Allaha inancı vardır. Dr.Barret əmin edir ki, hətta tənha adada böyüyən uşaqlar da Allaha inanacaqlar.

BBC Radio 4-ün Today proqramına müsahibəsində Dr.Barrett bunları deyir: “Son 10 il ərzindəki elmi dəlillərin əksəriyyəti göstərir ki, dünyanın məqsədli şəkildə dizayn edilməsi və həmin məqsədin arxasında şüurlu bir varlığın olması fikri uşaqların düşüncələrinin təbii inkişafında formalaşır.”

PS. Antropologiya – insanın bioloji təbiətindən bəhs edən elmdir.

Yazının ardını aşağıdakı linklərdən daha ətraflı oxuya bilərsiniz.

Children are born believers in God, academic claims http://www.telegraph.co.uk/news/religion/3512686/Children-are-born-believers-in-God-academic-claims.html

http://www.theguardian.com/commentisfree/belief/2008/nov/25/religion-children-god-belief

http://www.telegraph.co.uk/news/politics/8510711/Belief-in-God-is-part-of-human-nature-Oxford-study.html