Mövzuya keçməzdən əvvəl qeyd edək ki, tarixən evlilik yaşının bütün cəmiyyətlər üçün standard bir ölçüsü olmamışdır. Çünki evlilik yaşı müxtəlif amillərin təsiri ilə müxtəlif cəmiyyətlərdə və müxtəlif dövrlərdə fərqli yaş hədlərində ola bilər. Çünki bir çox faktorlardan (iqlim, inkişaf səviyyəsi, qidalanma, genetik xüsusiyyətlər və s.) asılı olaraq insanların fiziologiyası və yetkinlik yaşına çatma həddi fərqlidir. Hətta eyni cəmiyyət daxilində yaşayan insanlarda da bu fizioloji fərqlilik özünü aşkar biruzə verir. Məsələn, minimum evlilik yaşı 20 yaş və daha yuxarı olan ölkələr:
– Liviya: həm kişi, həm qadın 20 yaş
– Çin: kişi 22 yaş, qadın 20 yaş
– Honkonq: həm kişi, həm qadın 21 yaş
– Yaponiya: həm kişi, həm qadın 20 yaş
– Malaziya: həm kişi, həm qadın 21 yaş
– Sinqapur: həm kişi, həm qadın 21 yaş
– Tayvan: həm kişi, həm qadın 20 yaş
– Puerto Riko: həm kişi, həm qadın 21 yaş
– Papua Yeni Qvineya: həm kişi, həm qadın 21 yaş.
Əksər Avropa ölkələrində isə rəsmi olaraq minimum evlilik yaşı 18 yaş, Şotlandiyada isə 16 yaşdır. Hətta rəsmi icazə əsasında 15 yaxud 16 yaşda evliliyin mümkün olduğu Avropa ölkələri bunlardır: Avstriya, Bolqariya, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Gürcüstan, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və s. Göründüyü kimi konkret olaraq hər hansı evlilik yaşının müəyyən edilməsi bir çox subyektiv səbəblərə bağlıdır.
http://en.wikipedia.org/wiki/Marriageable_age#cite_note-demaz.org-76
Əgər biz “ateist məntiqi” ilə müqayisə aparsaq, məsələn, Çin qanunvericiliyinə görə Avropadakı insanlar pedofil hesab oluna bilər. Çünki Çində evlilik yaşı 20-22 olduğu halda, Avropada 18 (hətta 15-16) yaşdır. Lakin belə müqayisə tamamilə səhvdir, çünki “ateist məntiqinə” əsaslanır.
Digər tərəfdən indiki qanunvericiliyə görə əksər Avropa ölkələrində evlilik yaşı 18 (bəzən 15-16) olmalıdır. Fərz edək ki, 1000-1500 ildən sonra evlilik yaşı həddini qaldırıb edəcəklər 25 yaş. Onda belə çıxır ki, gələcəkdə yaşayan insanlar deyəcəklər ki, “1000-1500 il əvvəl yaşayan insanlar pedofil olublar” Ateistlərin inandığı gülməli “məntiq” budur.
Nə Qurani Kərimdə, nə də ki, hədislərdə konkret bir evlilik yaşı göstərilməmişdir. Çünki artıq qeyd etdiyimiz kimi zaman keçdikcə müxtəlif amillərin təsiri altında evlilik yaşı arta-azala bilər. Başqa sözlə, İslam dini evlilik yaşını müəyyən etməyi hər bir xalqın öz ixtiyarına vermişdir. Bu o deməkdir ki, hər bir cəmiyyət evlilik yaşını müəyyən etməkdə sərbəstdir. Evlilik yaşı ilə bağlı Nisa surəsi 6-cı ayədə deyilir: “Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-büluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın.” Göründüyü kimi Quranda “evlənmə yaşına qədər sınayın və əgər ağla dolduqlarını hiss etsəniz mallarını özlərinə qaytarın” yazılıb. Ağla dolduqlarını hiss etdiyinizdə mallarını qaytarın deyilməyinin səbəbi miraslarını israf etməsinlər deyə nazil olub və onların ağla dolduqları yaş, yəni özlərini idarə edə bildikiləri yaş arası ola bilər. Göründüyü kimi İslam dininin evlilik yaşı ilə bağlı hökmü bütün dövrlər və cəmiyyətlər üçün keçərlidir.
Hz Aişənin (r.a) peyğəmbərlə (s.a.s) evlilik yaşı alimlər arasında ümumən ixtilaflıdır. Belə bir ixtilafı məsələni məqsədli şəkildə eşələyib-qurcalamaq ancaq İslama və müsəlmanlara düşmən münasibət bəsləyən xəstə düşüncəli ateist məxluqlara sərf edir.
Ateistlər Hz.Aişə (r.a) ilə evlilik məsələsini iddia edərək çox vaxt peyğəmbərimizi (s.a.s) müxtəlif sözlərlə təhqir edirlər. Hz. Muhammədə (s.a.v) bu cür ağır iftira atanların bəlkə də adi tarixi faktlardan xəbəri yoxdur ki, hələ XX əsrin əvvəllərinə qədər nəinki qıraq bölgələrdə, hətta Bakının özündə belə erkən yaşda (13-16 yaş arası) qızlarla evlilik normal hal hesab olunurdu. İndi biz o dövrdə yaşamış Azərbaycan kişilərini “pedofil” adlandıra bilərikmi? Xeyr. Çünki hər dövrdə müxtəlif evlilik yaşları və ailə adət-ənənələri olub. Bu məsələyə daha çox tarixi aspektdən baxmaq lazımdır. Hz. Peyğəmbərin (s.a.v) dövründə evlilik yaşı indikindən aşağı idi və bu hal həmin dövr üçün əksər cəmiyyətlərdə normal hesab olunurdu. Deməli, öz dövrü üçün belə bir evliliyə adi baxılırdı. Ateistlərin iddia etdiyi kimi əgər peyğəmbərimizin (s.a.s) Hz. Aişə (r.a) ilə evliliyi həqiqətən də utancverici bir hadisə olsa idi, bunu hamıdan qabaq peyğəmbərlə düşmən olanlar deyərdilər. Ancaq fakt odur ki, peyğəmbərlə (s.a.s) eyni dövrdə yaşayan və onun ən qatı düşmənləri olan bütpərəst müşriklər heç vaxt peyğəmbərə qarşı belə bir iddia irəli sürməmişdilər. Halbuki, həmin dövrdə yaşayan İslam düşmənləri həmişə peyğəmbərin qüsurlarını axtarır və üzə çıxarmağa çalışırdılar. Nəinki bütpərəstlər, hətta peyğəmbərə nifrət və düşmənçilik edən yəhudi və xristianlar da peyğəmbərə qarşı belə iddia etməmişdilər. Deməli, 1400 il əvvəl yaşamış ən qatı İslam düşmənləri peyğəmbərin (s.a.s) həmin evliliyi haqqında çirkin söz demirdilərsə, 1400 il sonra ateistlərin belə iddiaları ən çirkin iftiradır.
Məlumdur ki, Hz Aişə (r.a) Rəsulullahla (s.a.s) nişanlanmamışdan əvvəl Cübeyrl bin Mutimlə (19 yaş) nişanlı idi. Cübeyrlə nişanın pozulmasına səbəb isə Hz Aişənin (r.a) müsəlmanlığı qəbul etməsi idi. Deməli, Hz. Aişə, Hz Məhəmmədlə (s.a.s) nişanlanmadan əvvəl yaşadığı cəmiyyətin qayda-qanunlarına görə evlilik yaşına çatmış gənc bir qız idi. İndi sual yaranır ki, Hz Aişə (r.a) 6 yaşda Rəsulullahla (s.a.s) nişanmışdırsa ondan əvvəl Cübeyrlə neçə yaşda nişanlı olur? 3-4 yaşdamı? Sizcə 3-4 yaşda bir qız müsəlmanlığı necə qəbul edə bilər?
1. Hz. Aişə (r.a) vəhyin başlanğıcından beş il əvvəl, yəni ki, 605-ci ildə anadan olmuşdur. Onun Hz. Peyğəmbərlə (s.a.s) evliliyi vəhyin başlanğıcından on üç-on dörd il sonra (623-624-cü ildə) olmuşdur. Başqa sözlə, Hz.Aişənin (r.a) evləndiyi vaxt ən azı on yeddi-on səkkiz yaşlarında olduğu ortaya çıxır. Bu mövzu, daha detallı bir şəkildə Mövlana Şiblinin “Asr-ı Saadet” kitabında izah edilir. (İst. 1928. 2/ 997).
2. Hz. Aişənin evləndiyi zaman (623-624) yaşının böyük olduğunu, bacısı Hz. Əsmanın biografiyasından açıq şəkildə bilmək olar. Köhnə biografiya kitapları Hz. Əsmadan bəhs edərkən deyirlər ki: “Əsma yüz yaşında ikən, hicrətin 73-cü ilində vəfat etmişdir. Hicrət vaxtı iyirmi yeddi yaşında idi. Hz. Aişə bacısından on yaş kiçik olduğuna görə, onun da hicrət vaxtı (622) on yeddi yaşında olması gərəkdir. Digər tərəfdən Hz. Peyğəmbərdən öncə Hz.Aişə, Cübeyr bin Mutim ilə nişanlanmış, lakin Cübeyrin ailəsi tərəfindən nişan pozulmuşdu. Deməli, həmin vaxt Hz. Aişə evlənəcək yaşda bir qız idi.” (Hatemü’l Enbiya Hz. Muhammed ve Hayatı, Ali Himmet Berki, Osman Keskioğlu, s. 210)
3. Digər bəzi din alimləri Hz. Aişənin, 605-ci ildə anadan olduğunu və Hz. Məhəmmədin (s.a.s) peyğəmbərliyi başladığında hələ 5 yaşında, hicrətdə 17 və evləndiyi zaman isə 19 yaşında ola biləcəyini irəli sürmüşlər. (Abbas Mahmud el-Akkâd’dan naklen Ruqaiyyah Waris Maqsood, Hazrat A’ishah Saddiqah (R.A.A) A Study of Her Age at the Time of Her Marriage, s. 10, Birmingham-1996.) Erul, s.643.
4. Bir çox tarixçilər, Hz. Aişənin 67 yaşında vəfat etdiyi haqqında həmfikirdirlər. Üstəlik Hz. Əsmanın nəvəsi Hişam b. Urvə, Hz. Aişənin vəfat tarixini miladi 672-ci il olaraq göstərir. Yenə biografiya səlahiyyəti olan Xəlifə İbnu’l-Hayyât el-Usfûrî (ö. 854) və Əhməd b. Hənbəl də bizə Hz. Aişənin miladi 672-ci ildə son nəfəsini verdiyini söyləməkdədirlər. (R. W. Maqsood, Hazrat A’ishah Saddiqah, s. 16; Zehebî, Nubela, II. 192.). Əgər Hz. Aişə miladi 672-ci ildə 67 yaşında idisə, onda 622-ci ildə hicrət vaxtı 17 yaşında (və 605-ci ildə doğulmuş) olmalıdır. Bu da onun evləndiyi zaman 9 yaşında deyil, 19 yaşında olduğu qənaətinə gəlməyə əsas verir.
5. Ömər Rıza Doğrula görə, Hz. Aişə, Hz. Məhəmmədin (s.a.s) peyğəmbər olaraq göndərilməsindən dörd il əvvəl dünyaya gəlmiş, peyğəmbərliyin onuncu ilində Hz Peyğəmbərlə nişanlanmışdır. O zaman Hz. Aişə, 14 yaşında idi. Mədinədə evlilik olduğu zaman isə 18 yaşına çatmışdı. (Şiblî Mevlana, Asr-ı Saadet, ter. Doğrul Ömer Rıza, II. 141. Merhum Doğrul, həm bu kitabda, həm də İslam Tarihi, Asr-ı Saadet adıyla Süleyman en-Nedvi’dən tərcümə etdiyi qiymətli əsərdə (V. 12-25) bu mövzunu özü işləmişdir.) Erul, s.643.
6. Türk ilahiyatçı Süleyman Atəş isə qeyd edir ki, “Tarixçilərin və biblioqrafların təsbitinə görə Hz. Aişə, Peyğəmbərimizin qızı Hz. Fatimədən beş yaş kiçikdir. Hz. Fatimə peyğəmbərlikdən 5 il öncə doğulmuşdur. Deməli, Hz. Aişə, peyğəmbərliyin başlanğıcında doğulmuşdur. Hz. Məhəmməd peyğəmbər olduqdan etibarən 13 il Məkkədə qaldı. Peyğəmbər hicrət etdiyi zaman Aişə 13 yaşında olmalıdır. Peyğəmbər Mədinəyə köçdükdən iki il sonra Aişə ilə evləndiyinə görə (el-İsâbe: 4/359) demək ki, evləndiyi zaman Hz.Aişə ən azından 15 yaşında idi.
7. İbn Cərîr et-Taberînin verdiyi bilgilərə görə Hz. Ebû Bəkr (r.a) İslamdan öncəki iki evliliyində dörd uşağa sahib olmuşdur: Abdullah və Əsma Kuteyle bint Abduluzzâ’dan, Abdurrahman və Aişə Ummu Rûmândan doğulmuşlar. Bütün bu uşaqlar İslamın zühurundan öncə (cahiliyyə dönəmində) anadan olmuşlar. (Taberî, Tarih, III. 426) Erul, 645
Hz Əbu Bəkrin bütün uşaqlarının İslamdan əvvəl dünyaya gəlmiş olmaları və Məkkə dönəminin 13 il, Hicrətdən bir və ya iki il sonra (623-624) evliliyin gerçəkləşmiş olması həmin vaxt Hz Aişənin yaşının 14-dən çox olduğunu göstərir. Üstəlik, Hz. Aişənin, İslamın zühurundan dərhal önce doğulduğu da ifadə edilməmişdir. Taberî, onun doğumundan bəhs edərkən “cahiliyye günlərində” şəklində ifadə işlədir ki, bunun tam olaraq cahiliyyə dönəminin sonu olduğu da iddia edilə bilməz. Bu halda, əgər Hz. Aişə cahiliyyə dönəminin sonundan bir il öncə doğmuş olduğunu düşünsək, evləndiyi tarixdə heç olmasa 15 yaşında olmalıdır.
8. Bir hədisdə Hz. Aişə “Mən hələ oyun oynayan bir qız uşağı ikən Hz. Məhəmmədə Məkkədə “Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır” (Qəmər surəsi, 46) ayəsi nazil olmuşdu” demişdir. (Buhari, 66. Fedailu’l-Kur’an 6. VI. 101). Həmin ayələr, peyğəmbərliyin dördüncü ilində (614) nazil olmuşdur. Hz. Aişə həmin vaxt “Mən hələ oyun oynayan bir qız uşağı idim” dediyinə və o zamankı hadisələri müfəssəl xatırladığına görə bir-iki yaşında deyil, heç olmasa altı-yeddi yaşında olmasını qəbul etmək gərəkdir. Məkkə dönəmi 13 il olduğuna və bu ayələr peyğəmbərliyin 4-cü ilində gəldiyinə və Hz. Aişə ilə evlilik hicrətdən bir-iki il sonra (623-624) olduğuna görə onun Hz.Peyğəmbər ilə evləndiyi zaman ən azından 15-16 yaşı olmalıdır.
9. Bəzi din alimləri isə Hz. Aişənin nigah yaşının 16 olduğunu deyirlər. Sonrakı yazarların, ərəbcədəki “sittə aşar” ifadəsindəki “aşar = on” rəqəmini yanlışlıqla düşürmüş olmaları və beləcə 16 rəqəmini 6 rəqəmilə dəyişdirmiş olmaları mümkündür.” (R. W. Maqsood, s. 10, Hazrat A’ishah Saddiqah, s. 8 ve Muhammad Ali Lahori’nin Muhammad the Prophet, s. 229’dan naklen.) Erul, s.643
10. Əvvəllər ərəb cəmiyyətindəki adətlərə görə qadınlar, yetkinlik yaşına çatdıqdan (menstruasiya, aybaşı) sonrakı yaşlarını söyləyərdilər. Yəni, bir qadın, yetkinliyə girincə 1 yaşına basdı deyilirdi. Bu adət qadın, kişi çox adamın vərdişi olan adət idi. Bəzi alimlərin fikrincə Hz.Aişə 9 yaşındaydım deyərkən, yetkinliyə çatdıqdan sonrakı yaşını söyləmişdir və doğumundan etibarən 17, 18 il keçmişdir. Çünki, Hz.Aişə ilə evliliyin hicrətdən sonra olduğu hər kəs tərəfindən ittifaqla qəbul edilir.
Ən doğrusunu Allah Təala (c.c.) bilir.
Söhbət onfan gedirki peyğəmbərin həmən zaman yaşı 50dən yuxarı olub . Ateisyin etiraz etdiyi də 50 yaşlı qoca kişinin sütül qız ilə evlənməsidi . Bunu adi adam etsə nəisə amma islam peyğəmbəri , özünü rəsulullah adlanan edib və cəmiyyətə örnək olubsa o zaman onun kitabını da heç oxuma .
BəyənBəyən
Bu gün dünyanın hətta ən inkişaf etmiş ölkələrində də böyük yaş fərqi ilə evliliklərin baş verməsi müşahidə olunur. Əgər yaş fərqinə baxmadan evlənən tərəflərin hər ikisi evliliyə razıdırsa, burda hansı qəbahətdən söz gedə bilər?
BəyənBəyən